XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdü

Azərbaycan ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri xalqda böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edir, bu istiqmətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Dillər Universitetinin kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 52340 manat vəsait köçürüb. 

https://www.moderator.az/news/345897.html