TƏLƏBƏ HƏYATI

“Bir günlük xəlifə” layihəsi keçiriləcək

13 dekabr 2018-ci il tarixində Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi keçiriləcək. Artıq qeydiyyatın ilkin mərhələsi olan ərizə qəbulu başa çatıb. 32 rəhbər vəzifə üzrə 251 tələbə müraciət edib, onların ərizələri yoxlanılaraq 138 nəfər seçkinin ikinci mərhələsinə buraxılıb. II mərhələdə çıxış edəcək namizədlərlə yaxın günlərdə əlaqə saxlanılacaq və seçki mərhələsinə dəvət olunacaqlar.

Yekun seçki mərhələsi isə 27-30 noyabr tarixlərində keçiriləcək. Müsabiqədə iştirak edən hər kəsə uğurlar!