TƏLƏBƏ HƏYATI

Pedaqoji təcrübə Cocuq Mərcanlıda uğurla davam edir

Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd Novruz Aslanov adına orta məktəbdə metodist Anar Rəhimovun rəhbərliyi ilə pedaqoji təcrübəni uğurla davam etdirirlər.

Pedaqoji təcrübə bir aylıq nəzərdə tutulmasına baxmayaraq, məktəb kollektivinin və  direktor Zamin Həziyevin rəsmi məktubu, universitetin rektoru akademik Kamal Abdullanın göstərişi ilə daha bir ay müddətində artırılıb.

Martın 27-də təcrübəçi tələbələr Nicat Aşurov və Toğrul Cahangirov məktəbin 9-cu sinif şagirdlərinə “bir dərs-iki müəllim” layihəsi çərçivəsində “ Progressive tenses in English” mövzusunda nümunəvi dərs keçiblər.

Dərsi tandem şəklində keçən təcrübəçi tələbələr növbəlilik prinsipində müzakirə formasından istifadə ediblər. Təcrübəçi müəllimlərin fəaliyyəti şagirdlər tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.