TƏLƏBƏ HƏYATI

ADU-nun təcrübəçi tələbələri Novruza həsr olunan tədbir keçiriblər

Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 saylı orta məktəbin müəllim və şagird kollektivi, həmçinin Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetika kafedrasının baş müəllimi Yetər Əhmədova və Xarici Dillərin Tədrisi metodikasının baş müəllimi Zeynəb Ərəbova təcrübəçi tələbələrlə birgə Novruz bayramına həsr edilmiş tədbir keçiriblər.
Tədbirdə təcrübəçi tələbələrdən 405a qrup tələbələri  Qumru Məmmədova, Aysel Rəhimova, Sürayya Talıbova  və 411a qrup tələbəsi  Leyla Nərimanlı, 414a qrup tələbəsi  Şəmsiyyə Şəmsizadə, 411a qrup tələbəsi  Sənubər Eyyubova tədbirdə fəal iştirak ediblər.
Bayram tədbirində tələbələr Novruz bayramının tarixindən və çərşənbələrdən danışıblar.