ADU-nu ən yüksək orta balla bitirən məzunların universitet haqqında təəssüratları

Əzmlə çalışıb universitetimizi ən yüksək orta balla bitirərək məzun olan tələbələrin nailiyyətləri haqqında təəssüratları təqdim edirik.
Varis Qaçayev: “94 orta balla Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasını bitirmişəm. 2022-2023 tədris ili üçün Küveyt Dövlət Universitetində Azərbaycan Respublikasına ayrılmış təqaüd proqramının qalibi olaraq, 93 orta balla Filologiya fakültəsinin ərəb dili və ədəbiyyatı ixtisasını bitirmişəm. Orada təhsil şansı qazanmağımda ADU-nun böyük əhəmiyyəti olmuşdur. Ərəb və ingilis dilləri üzrə bacarıqlarımı məhz burada inkişaf etdirdim. Həm Azərbaycan
Bu ixtisasla bağlı orta məktəbdən məlumatım var idi. ADU-nu seçərək bu ixtisasa yiyələnməyimi daha da təkmilləşdirdim. Universitetin müəllim və professor heyəti peşəkarlıq göstərərək vəzifələrini icra edirlər. Gələcək karyeramla bağlı olan planlarda ADU-nun böyük rolu olacaq. Məhz yüksək nəticə göstərərək universitet sayəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təcrübə keçmişəm, iş prosesini dərindən mənimsəmişəm. Bundan əlavə, magistr təhsili də alaraq ixtisasımla bağlı olan biliklərimi daha təkmilləşdirilməyi qarşıma məqsəd qoymuşam.
Universitetdə tələbə üçün yaradılan atmosfer, dərs gedişatı ilə bağlı danışdıqda isə mənfi rəy demək mümkünsüzdür. Yenilik olaraq, səfirliklərdə tələbələrin istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı yerlərin, orqanların sayını artırılmasında görürəm. Bu, birbaşa olaraq tələbələrin ixtisasla bağlı iş bacarıqlarına sahib olmağa kömək edəcək.
Son olaraq isə qeyd etmək istəyirəm ki, universitet seçimi edərkən ilk yerə ADU-nu yazdım və bura da qəbul oldum. Universiteti kədər, bir o qədərdə sevinc hissi ilə bitirirəm. Oxuduğum, təhsil aldığım 5 il ərzində istər müəllim heyəti, istər işçi heyəti olsun, hər kəs tərəfindən tələbəyə göstərilən diqqət qayğı ADU-nun nə qədər böyük şərəfli və düzgün seçim olduğunun bariz nümunəsidir”.
Humay Alışzadə: “93.4 orta balla Beynəlxalq jurnalistika şöbəsinin Jurnalistika ixtisasını bitirmişəm. ADU-nun bu 4 il ərzində istər həyata baxış bucağından, istərsə də elm cəhətdən mənə çox təsiri oldu. Bu təhsil ocağı dünya görüşümün artmasında, müxtəlif şəxsi bacarıqların inkişafında, cəmiyyət arasında sərbəst olmağımda və yeni insanlar tanımağımda əsaslı rol oynadı. O dövrlər dünyaya baxışın formalaşdığı bir yaş olduğu üçün ali təhsil ocaqları insanların bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. ADU-nun mənim həyatımda oynadığı rol kimi. Təhsil səviyyəsi çox yaxşı, müəllimlər bacarıqlı, təcrübəli, eləcə də savadlıdır. Sonda gözlədiyimdən daha yaxşı nəticə əldə etdim və ADU-nun məni fəxri məzun adına layiq görməsini və rəhbər heyətin ədalətini yüksək qiymətləndirirəm. Bundan sonrakı mərhələdə beynəlxalq dil sertifikatları alıb təhsilimi davam etməyi düşünürəm. Universitetdə tələbələrin praktiki cəhətdən bacarıqlarını daha çox inkişaf etdirə bilmələri üçün bəzi avadanlıqların olmasını istərdim. Məsələn,
Sevinc Məhərrəmova: “93 orta balla ADU-nun Tərcümə fakütəsinin İtalyan dili üzrə tərcümə ixtisasını bitirərək məzun olmuşam. Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti öz sahələrində mütəxəssis və təcrübəli insanlardan ibarətdir. Akademik heyətimiz həm nəzəri bilik, həm də praktiki təcrübə baxımından zəngin biliklərə malikdir. Müəllimlərimiz tələbələri təkcə materiallar ilə təmin etmir, həm də onların tədqiqat və təhlil bacarıqlarının inkişafına kömək edir. Universitetimiz dünyanın bir çox universitetləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq tələbələrə xaricdə təhsil almaq, təcrübə keçmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradır. Ümumiyyətlə, universitetimizin təhsil səviyyəsi tələbələrin həm akademik, həm də fərdi inkişafını təmin edəcək səviyyədədir. Burada əldə etdikləri bilik və təcrübə ilə tələbələr məzun olduqdan sonra uğurlu karyera üçün möhkəm zəmin yarada bilərlər.
Universitetdə təhsil aldığım dörd il həyatımın ən yaddaqalan və maraqlı dövrlərindən biri oldu. Müxtəlif təlimlər və layihələr sayəsində nəzəri bilikləri praktikaya çevirmək imkanı qazandım. Xüsusilə də, öz sahəm üzrə əldə etdiyim təcrübələr və iştirak etdiyim seminarlar mənə peşəkar səriştə qazandırdı. Düşünürəm ki, Azərbaycan Dillər Universitetinin əsas xüsusiyyəti müxtəlif mədəniyyətlərdən olan insanları bir araya gətirməkdir. Bu da hər bir tələbə üçün əvəzolunmaz təcrübə şansı yaradır. Uğurlarım mənə özünə inamın və qətiyyətin vacibliyini öyrətdi. Çətinliklərin öhdəsindən gəlmək və məqsədimə çatmaq üçün nə qədər qətiyyətli olmağımın lazım olduğunu başa düşdüm. Akademik nailiyyətlərimlə yanaşı, həm də bir çox şəxsi bacarıqlar qazanmışam. ADU mənə gözlədiyimdən də artıq tələbəlik həyatı bəxş etdi. Müəllimlərimin gərgin və peşəkar əməyi sayəsində öz sahəm üzrə dərin akademik biliklər əldə etmək imkanım oldu. Heç bir əlavə kurslara getmədən 0-dan tam fərqli bir dil mənimsəyib, bu dildə müvafiq tərcümə bacarıqlarımı formalaşdıra bildim. Hətta bizləri bəzən öz real tərcümələrinə apararaq prosesi yerindəcə müşahidə etməyimizə, dərsi real təcrübələr əsasında öyrənməyimizə şərait yaratdılar.
Gələcək karyeramda siyasi sahə üzrə peşəkar tərcüməçi olmağı planlayıram. Özümü universitetdən əldə etdiyim dil bilikləri və müvafiq bacarıqlar sayəsində daha da təkmilləşdirərək bu yolda irəliləməyi düşünürəm. Mən bir tələbə kimi universitetimizdən bəzi yeniliklər, inkişaf gözləyirəm. Məsələn, rəqəmsallaşma və texnologiyanın istifadəsi ilə bağlı daha çox addımların atılması universitetin işinə fayda verər.
Son olaraq, gələcəkdə Azərbaycan Dillər Universitetini seçəcək abituriyentlərə bəzi məsləhətlər vermək istərdim. Universitet təkcə dərslərdən ibarət deyil. 4 il ərzində sadəcə dərsə gedib gəlməyi seçməyin. Universitetin ictimai həyatında fəal iştirak edin, klublara, cəmiyyətlərə qoşulun. Bu tədbirlər sizə yeni insanlarla tanış olmağa, şəbəkə qurmağa, özgüvəninizin artmasına və bir sıra bacarıqları inkişaf etdirməyinizə kömək edəcək.
Mümkün qədər könüllü fəaliyyət göstərin. Bu təcrübələr həm CV-nizi zənginləşdirəcək, həm də iş dünyasını yaxından tanımağınıza kömək edəcək. Bu mövzuda universitetimizdə fəaliyyət göstərən təşkilatlara müraciət edə bilərsiniz. Universitetimizin təqdim etdiyi imkanlardan maksimum yararlanın. Erasmus proqramları, tədqiqat layihələri, müsabiqələr və sair özünüzü təkmilləşdirmək üçün əla fürsətdir.
Universitetimiz sizə təkcə akademik biliklər deyil, həm də ömür boyu davam edəcək dəyərli təcrübə və bacarıqlar verəcəkdir. Bu prosesdə aktiv və təşəbbüskar olmaq universitet illərinizi ən məhsuldar şəkildə keçirmənizi təmin edəcək”.





