ADU-nun Məzunlar assosiasiyasının İşçi qrupunun ilk iclası keçirilib
Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) Məzunlar assosiasiyasının İşçi qrupunun ilk iclası keçirilib. İclasda ADU-nun Məzunlar assosiasiyasının təsis yığıncağına hazırlıq məsələləri müzakirə olunub.
İşçi qrupunun üzvləri universitet məzunlarının bir assosiasiyada birləşməsinin əhəmiyyətindən danışıblar. Bu istiqamətdə təşkilati işlərin görülməsi üçün işçi qrupunun üzvləri arasında vəzifə bölgüsü aparılıb, konkret təkliflər dinlənilib.
Xatırladaq ki, bir neçə gün öncə ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetin məzunlarından ibarət assosiasiyanın təşkil edilməsinə dair İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri universitetin 1982-ci ildə məzunu olmuş iş adamı İlqar Kərimov təyin olunub.