“Yaşıl dünya naminə” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəylinin təşəbbüsü və təşkilatçılığı ilə kafedranın COP29-la bağlı keçirdiyi növbəti Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nümayəndələrin iştirakı ilə “Yaşıl dünya naminə” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Linqvokulturoligiya kafedrasının müdiri və müəllim heyəti ilə yanaşı, Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, rektorun məsləhətçisi Anar Osmanlı,
Giriş sözü ilə açan dosent V.Ağabəyli COP29 kimi Beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etmənin siyasi, ictimai önəmini və mahiyyətini qeyd edib, bu tədbirin məhz Azərbaycanda keçirilməsinin ölkə başçısı İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova çıxış edərək ekoloji problemlər, ətraf mühitin çirklənməsi, plastik tullantılar və onların ətraf mühitə verdiyi zərərlərdən söz açıb. O bu problemlərin aradan qaldırılmasının həlli yollarından danışıb, tələbələrlə maraqlı diskussiya aparıb.
Sonda çıxış edən rektorun məsləhətçisi Anar Osmanlı, Linqvokulturologiya kafedrasının istər COP29, istərsə də, digər istiqamətlər üzrə təşkilatçılıq təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb, tədbir iştirakçılarına və tələbələrə təşəkkürünü bildirib.



























