KİTABXANA

ADU EKİXM 2 beynəlxalq məlumat bazasına ödənişsiz istifadə imkanı əldə edib

 ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi  (EKİXM) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KIK)  ilə əməkdaşlıq çərçivəsində 2024-cü il dekabr ayının 10-dan 2025-ci il yanvar ayının 06-a qədər “Taylor &  Francis” beynəlxalq nəşriyyatının 32.130 –dan çox elektron kitablarından ödənişsiz istifadə imkanı əldə edib.

“Taylor &  Francis” eBooks elm, texnologiya, mühəndislik, tibb, humanitar elmlər və sosial elmləri əhatə edən  vahid platformadır.

 Platformaya giriş istifadəçilərə aşağıdakıları imkanları verir: həm kitab, həm də fəsil səviyyəsində e-kitab məzmununu axtarın, axtarış nəticələrini mövzu sahəsi, nəşr tarixi və nəşr ili üzrə filtrləyin.  Taylor &Francis platformasına giriş linki: https://www.taylorfrancis.com/search?sortBy=relevance&key=&isLicensed=true

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi “LexisUn”məlumat bazası ilə danışıqları nəticəsində bir aylıq istifadəyə açıq verilib. “ Lexis Un” məhsulları kompüter dəstəkli hüquqi tədqiqat (CALR), qəzet axtarışı və istehlakçı məlumatı üçün portallar da daxil olmaqla, onlayn portallar vasitəsilə əldə edilən müxtəlif verilənlər bazalarıdır. 1970-ci illərdə LexisNexis hüquqi və jurnalist sənədlərini elektron şəkildə daha əlçatan etməyə başlayıb. 

2006-cı ildən şirkət hüquqi və ictimai qeydlərlə bağlı məlumat üçün dünyanın ən böyük elektron məlumat bazasına malikdir. LexisNexis həmçinin hüquq peşəsinin təcrübəsini dəstəkləmək üçün nəzərdə tutulmuş bir sıra proqram təminatı, xidmətlər və məhsullar istehsal edir.

 LexisUni platformasına giriş linki:  www.nexisuni.com .