ADU-da “Korpus dilçiliyi” mövzusunda seminar keçirilib
23-25 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı doktor Summaira Sarfaz tərəfindən “Korpus dilçiliyi” (Corpus Lingusitics) mövzusunda seminar keçirilib.
Təşkil olunmuş seminarda Dilşünaslıq ixtisasının tələbələri iştirak ediblər.
Seminarda korpus dilçiliyinin dilin əsas hissəsinin olduğunu vurğulanıb, dilçilik üzrə müxtəlif aspektdən geniş çıxış edərək magistrantlara bəzi xüsusi dil proqramları göstərilib, həmçinin hesablama dilçiliyindən də danışılıb.
Seminarda eyni zamanda “Chatgpt”nin üstünlükləri və mənfi cəhətləri haqqında da tələbələri məlumatlandırılıb.
Seminardan razı qalan tələbələr belə seminarların keçirilməsinin onlar üçün uğurlu və faydalı olduğunu vurğulayıblar.