ELMİ-TƏDQİQAT

Dr. Vasumathi Badrinathan. Emosiyalar, mətnlər və dil antik dövrdən müasir dövrə qədər: Sanskritin davamlı təsiri (22 iyun, 2023. Saat:11.00. ADU, Amerika Mərkəzi)

Dr. Vasumathi Badrinathan. Görkəmli Karnatik müğənnisi, alim, mütəfəkkir, yazıçı, akademik. Hindistan.

 

Emosiyalar, mətnlər və dil antik dövrdən müasir dövrə qədər: Sanskritin davamlı təsiri

Hind fəlsəfəsi və sənət formaları əsasən Sanskrit dilində traktatlar və əsərlərlə qeyd edilmişdir. Hindistanda klassik musiqi və rəqs bu gün də Sanskrit dilində olan əsərlər və kompozisiyalarla zəngindir. Tanrıların və Vedaların dili olan bu qədim dil bir çox müasir hind dillərində də öz izini qoymuşdur. Qədim dildə emosiyaların əsərlər vasitəsilə necə ifadə olunduğu və çoxdilli və çoxmədəniyyətli Hindistanda indiyədək mövcudluğu maraq doğurur.