ELMİ-TƏDQİQAT

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli. F.D.Sössürün dil-danışıq konsepsiyasına yeni baxış. (27 fevral, 2023. Saat: 11:00. ADU, Amerika Mərkəzi)

Prof. F.Y.Veysəlli

Azərbaycan Dillər Universiteti, Ümumi dilçilik kafedrası

 

F.D.Sössürün dil-danışıq konsepsiyasına yeni baxış.

(27 fevral, 2023. Saat:11.00. ADU, Amerika Mərkəzi)

Müasir dilçilik V. fon Humboldtun irsi üzərində köklənsə də, onun sələfləri içərisində F. de Sössür  və İ. A. Boduen de Kurtene də var.

Qərb dilçiliyi müasir dilçilik məktəblərinin, sosiolinqvistika və struktur dilçilik cərəyanlarının Ferdinand de Sössürün ideyalarının tam təsiri altında yaranması və formalaşması qənaətindədirlər. Fonem nəzəriyyəsinin və ekperimental-fonetikanın bünövrəsini qoymuş İ. A. Boduen de Kurtene isə Şərqi Avropa dilçiləri tərəfindən dilçilik elminin atası hesab edilir.

F.de Sössürün 1000 səhifəlik bağça qeydləri tapılır və onlar L. Yeger və Y.Fehrin şərhləri ilə çap olunur. Məlum olub ki, Ş.Bali və A. Seıe adlı naşirlər özbaşınalıq edərək kitabı öz istəklərinə uyğun çap edirlər.

Kitabda F. de Sössürün işarə nəzəriyyəsi, dilin sistemliyi haqqında ideyaları ziddiyyətlidir. Həmçinin  dil və danışıq dixotomiyasının, obyekt və predmetin və s. məsələlərin şərhində naşirlər ustadın fikirlərini düzgün açmayıblar.

Prof.Veysəlli öz məruzəsində fonologiyanın F. de Sössür anlamında səslərin fiziologiyasından bəhs edən elm kimi,  İ. A. Boduen de Kurtene isə fonologiyanın əsl yaradıcısı kimi təqdim edir.

 

 

 

Məruzəçi

Prof.F.Veysəlli Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil aldıqdan sonra Sankt-Peterburq Dövlət Universitetində L. R. Zinderin rəhbərliyi altında "Alman dilində bitkinlik intonasiyası (eksperimantal-fonetik tədqiqat) adlı namizədlik dissertasiyasını, Moskva Linqvistik Universitetində və Berlin Humboldt Universitetində tamamladığı "Alman dilində sait fonemlərin variativliyi" (eksperimental tədqiqatlar və nəzəri ümumiləşdirmələr) adlı doktorluq dissertasiyasını Sankt-Peterburq Dövlət Universitetində müdafiə edib. Azərbaycan, alman və rus dillərində çap olunmuş dərslik, monoqrafiya, ensiklopediya, elmi məqalələrin müəllifidir.

 

VIDEO