ELMİ-TƏDQİQAT

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi. Mədəniyyətşünaslıqda strukturalizm və poststrukturalizm. (28 dekabr, 2022. Saat: 11:00. ADU, H.Əliyev adına Lektoriya)

Prof.N.Mehdi

Azərbaycan Dillər Universiteti, Fəlsəfə və İctimai Elmlər kafedrası

 

Mədəniyyətşünaslıqda strukturalizm və poststrukturalizm

Sössür dil sistemindəki vahidləri xarakterizə etməyin metodu kimi «fərqləndirmə» əməliyyatını təklif etdi. Sössür söylədi ki, dil sistemi başdan-ayağa fərqlərdən ibarətdir. Sonralar dilin mahiyyətini bu yolla anlatmaq üçün «struktura» termini işlədildi və nəticədə dilçilikdə, onun təsiri ilə yaranmış semiotikada «strukturalizm» deyilən cərəyan yarandı. Post-strukturalizm semiotik sistemlərə, tekstə yenidən hərəkəti qaytarır. Strukturalimzdən istifadə etsə də idrakı durmaz prosesuallıqla təmin edir. Ancaq demək olmaz ki, post-strukturalizm strukturalizmə dialektikanı qaytarır. Dialektika prosessuallğı dialektikanın qanunları əsasında düşünür və düşündürür, post-strukturalizm isə bunu dekonstruksiyalarla edir. Dekonstruksiya loqosentrizmi dağıtdığı üçün metadildə paralogizmi mümkün edir. Paralogizm elmi təhkiyəni məntiqin məngənəsindən çıxardığı üçün çox mütəhərrik, dinamik, sərbəst düşüncə axınlarına imkan verir. Dialektik düşüncənin dinamikası post-strukturalizmdə paralogistik dinamika ilə əvəz olunur.

 

 

Məruzəçi

Prof. N.Mehdi  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil almışdır. "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyasını  müdafiə etmişdir. Doktorluq dissertasiyası orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur.