ELMİ-TƏDQİQAT

Sanskirt dilinə olan maraq-Azərbaycan Dillər Universitetində antik mədəniyyətə baxış

4 mart tarixində Azərbaycan Dillər Universitetinə sanskrit dilinin tədrisi ilə bağlı mediatur təşkil edilib.

Mediatur zamanı dilin əhəmiyyəti və onun tədrisi ilə bağlı vacib məqamlara toxunulub.

ADU rektoru, akademik Kamal Abdulla həmin dilin əhəmiyyətindən söz açıb:

“Hazırda filologiya elmində əsas boşluqlardan biri də qədim dillərin öyrənilməsi ilə bağlıdır. Bu istiqamətdə ən çox latın dilinin tədrisinə üstünlük verilir, lakin boşluqlar hələ də qalmaqdadır. Klassik dillərin öyrənilməsi həm elm, həm də  praktik mənada əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Dillər Universitetində klassik dillərdən ən əhəmiyyətlisi olan sanskrit dili tədris olunur. Bu yanaşma yalnız sanskritlə kifayətlənməyəcək, digər antik dillərin tədrisinə də yer veriləcək. Bu dilin öyrənilməsi bizə Avropa və Asiyanın aparıcı dillərinin tədrisinə kömək edəcək. Bu dillər vasitəsi ilə biz həmin ölkələrin mədəniyyətlərini qavraya biləcəyik. Biz antik mədəniyyətin incəlik və əhəmiyyətini yüksək qiymətləndiririk”.

ADU-nun tədris işləri üzrə prorektoru Sevinc Zeynalova həmin dilin tədrisindən söz açıb:

“Hazırda sankrit dili ilk semestrdir ki,  universitetimizdə tədris olunur. Bu, bizim ilk addımlarımızdır. Hazırda filologiya, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində bu dili tədrisini  həyata keçiririk. 60 saat və 6 keredit olmaqla tədris edilir. Paraqlel olaraq dərs kimi sonda qiymətləndirilmə də həyata keçiriləcək. Filologiya fakültəsində iki qrupa bu dil tədrsi edilir”.

Sanskirt dilini Azərbaycan Dillər Universitetində tədris edən macarıstanlı mütəxəssis Anna Pika bu dilin yayılmasından söz açıb:

“Sanskrit dilinə ABŞ, İngiltərə, Almaniya və s. kimi ölkələrdə böyük maraq var. Sanskrit dili İngiltərə Sem Ceyms orta məktəbində 8 il tədris olunur. Eyni zamanda, universitet səviyyəsində də öyrədilir. Qərb ölkələrində bu klassik dil olduqca yayılıb”.

Qeyd edək ki, sanskrit mürəkkəb sintetik qrammatikaya malik Hindistanın qədim ədəbi dilidir. “Sanskrit” sözünün özü “işlənmiş, təkmilləşmiş” deməkdir. Sanskrit qrammatikası son dərəcə mürəkkəb və arxaikdir. Sanskrit dili dünyanın ən flektiv dillərindən biri hesab olunur.