Abdullayev Yusif Üt-3
German dillərinin tərcümə nəzəriyyəsi və
praktikası kafedrasının 13.09.2022 tarixli
iclası (Protokol № 1) ilə təsdiqlənmişdir.
Kafedra müdiri dos Fil.f.d: M.Ə.Hacıyeva________________
Fənn Sillabusu
Fənnin adı: |
Ümumi tərcümə-3 |
Akademik yarım il: |
I semestr |
Fənnə ayrılan saatlar: |
30 saat |
Tədris forması: (ənənəvi/məsafədən) |
Ənənəvi |
Fənnin krediti: |
6 |
Fənn müəllimi: |
B/m Y.S.Allahverdiyev
|
Dil səviyyəsi/Fakültə |
magistratura |
||
Qrup: Dərs saatları: |
224 Az, 225 Ru 80 dəq |
Virtual/ofis saatları |
I gün saat 17:50-19:05 IV gün saat 19:10-20:30 |
Fənn üzrə qrup rəhbəri: |
|
Fənn müəlliminin MS Teams hesabı: |
y.u.allahverdiyev@adu. edu.az |
Fənnin təsviri
Müxtəlif üslublu mətnlərin seçilməsi onların gələcəkdə müxtəlif sahələrdə işləmələrini asanlaşdıracaqdır. Fənnin tədrisi nəticəsində əldə olunmuş bilik, bacarıq və vərdişlər sayəsində tələbələr hər iki dildə çap olunmuş elm, texnologiya, neft və qaz mövzusundakı mətnləri orijinaldan tərcümə etmək qabiliyyətinə malik olurlar. Onlar, eyni zamanda müxtəlif lüğətlərlə işi təkmilləşdidrirlər.
Şərtlər
Tədris olunan fənn üzrə əldə olunan biliklər canlı dilin timsalında praktik tərcümə vərdişlərinə əsaslanmalıdır. Magistr tələbələr mövzularla əlaqədar müəyyən tədqiqatlar apararaq, əlavə materiallardan yararlanmalıdırlar. Hər iki dilə tərcümə edilmiş mətnlərın prezentasiya formasında əyani şəkildə nümayiş etdirilməsi müsbət hal hesab olunur. Mövzuların təhlili interaktiv metod formasında auditoriyada və kafedrada sərbəst şəkildə aparıla bilər. Verilmiş qiymətlərdən narazıçılıq olduqda münaqişə komissiyasına müraciət oluna bilər.
Fənnin məqsədi
• Tərcümə sahəsində olan biliklərin əhatə dairəsinin genişlənməsinə yardım etmək;
• Praktik biliklərə və tərcümə vərdişlərinə yiyələnmək;
• Əvvəlki semestrlərdə öyrəndikləri tərcümə nəzəriyyəsinə söykənərək yazılı və şifahi
tərcümə vərdişlərini daha da təkmilləşdirməsinə şərait yaratmaq;
• Ana dilinə və xarici dilə yazılı və şifahi tərcümə vərdişlərinə peşəkarcasına yanaşma
bacarığı aşılamaq.
Fənn üzrə təlim nəticələri
- Peşəkar tərcümə ilə bağlı təcrübi biliklərini artırır və təkmilləşdirir;
- Yiyələndikləri dil bilikləri əsasında aydın və səlis oxumaq,danışmaq və yazmaq qabiliyyəti əldə edir;
- Prezentasiyalar vasitəsilə əldə etdiyi tərcümə biliklərini nümayiş etdirir;
- Tərcümə sahəsində əldə etdiyi bilikləri təkmilləşdirir;
- Tərcümə diskussiyalarında fəal iştirak edir və münasibətlər bildirir.
Qiymətləndirmə meyarları və mərhələləri
Qiymətləndirmə 100 ballıq sistem üzrədir. Tələbənin biliklərinin qiymətləndirilməsi 50+50, maksimum 100, minimum isə 51 bal arasında aparılır.
Qiymətləndirmə mərhələləri:
Kollokvium (cari qiymətləndirmə) 10 bal
Onlayn dərslərdə aktiv iştirak(cari qiymətləndirmə) 20 bal
Sərbəst iş 10 bal
Davamiyyət 10 bal
İmtahan (aralıq qiymətləndirmə) 50 bal
İmtahan (aralıq qiymətləndirmə)
Aralıq qiymətləndirmə kursun sonunda aparılır və onun təşkili forması mövcud şəraitə uyğun olaraq dəyişə bilər.
Qiymətləndirmə sistemi/meyarları
Dərsdə fəallıq-10 bal;
Kollokvium-10 bal
Sərbəst iş-10 bal
Cari qiymətləndirmə-20 bal
51-70 bal=3
71-85bal=4
86-100bal=5
İmtahanda 17 baldan aşağı toplayanlar “2” almış hesab edilir.
Cəmi 51 baldan aşağı toplayan 2-yə bərabər tutulur.
Qiymətləndirmənin komponentləri
Kollokvium 1:
Dəyəri: 10 bal
Tarix: semestrortası
Tapşırıq növü: Tələbələrin sayına və vaxta uyğun olaraq, şifahi və ya yazılı formada
Təsvir: müazkirə formasında
Onlayn dərslərdə aktiv iştirak
Dəyəri: 10 bal
Tarix: Dərs cədvəlində qeyd olunur
Type: Dərslərdə aktiv iştirak kursun təlim nəticələrini əvvəlcədən müəyyənləşdirməyə imkan verir
Description: mövzulardan birinin üzərində qarşılıqlı müzakirələr yaratmaq
cari qiymətləndirmə
Dəyəri: 10 bal
Tarix: Dərs cədvəlində qeyd olunur
Tapşırıq növü: referat və ya açıq suallar və s.
Təsvir: tapşırılan mövzu üzərində prezentasiyalı çıxış hazırlamaq
cari qiymətləndirmə
Dəyəri: 10 bal
Tarix: Dərs cədvəlində qeyd olunur
Tapşırıq növü: referat və ya açıq suallar və s.
Təsvir: tapşırılan mövzu üzərində prezentasiyalı çıxış hazırlamaq
Sərbəst mövzu Dəyəri:
10 bal
Tarix: Dərs cədvəlində qeyd olunur
Tapşırıq növü: keçilən mövzular üzrə
Təsvir: tapşırılan mövzu üzərində prezentasiyalı çıxış hazırlamaq
İmtahan (aralıq qiymətləndirmə)
Dəyəri:
Tarix: İmtahan cədvəlində qeyd olunur
Tapşırıq növü: mövzulara uyğun yazılı suallar
Müddəti:
Təsvir: İmtahanın forması və məzmunun təsviri
Cari qiymətləndirmənin cədvələ salınması
Kollokviumlar sillabusda qeyd olunan tarixdə yazılmalıdır. Semestr boyu tələbələr bir kollokvium verir və X bal qazanır. Onlayn/ Ənənəvi dərslərdə aktiv iştirakına görə əlavə X bal əldə edir. Kollokviumda istifadə oluna biləcək tapşırıq növlərini fənnin məzmunundan asılı olaraq müəllim seçir və sillabusda qeyd edir.
Davamiyyət gözləntiləri (sinxron tədris formasında)
Fənnə ayrılan saatların 50%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır. Mövcud vəziyyətlə əlaqədar olaraq bu rəqəm bir qədər dəyişə bilər.
Dərsdə fəal iştirak (sinxron və asinxron tədris formalarında)
Fənn həm sinxron, həm də asinxron tədris formalarında təqdim olunacaq. Sinxron formada dərs sillabusda göstərilən mövzular üzrə davam edəcək, asinxron formada isə lazımi məlumatlar tələbələrə göndəriləcək.
Sərbəst iş
Sərbəst iş tələbələrə sillabuslarda təqdim olunur. Təqdim olunan zaman son tarix öncədən qeyd olunur. Son tarixdən gec verilən işlər qəbul olunmur. Prezentasiyalar vasitəsilə edilən çıxışlar daha yüksək nəticə ilə qiymətləndirilir. Plagiat halları qəbul edilməzdir.
Sərbəst mövzuların siyahısı:
1. Erdöl in Aserbaidschan;
2. Erdgas in der Bundesrepublik Deutschland .
Tədris və təlim metodları
Fənnin tədrisi metodları 3 ayrı fəaliyyət üzrə həyata keçirilir:
-Elmi-nəzəri ədəbiyyatın təşkili və mənimsənilməsi üzrə olan fəaliyyət:
1. Sözlü, görüntülü, praktiki (elmi-nəzəri ədəbiyyata əsaslanaraq)
2. Reproduktiv, izahlı-illüstrativ, tədqiqi-araşdırıcı (elmi-nəzəri faktlara əsaslanaraq)
3. Induktiv və deduktiv yolla
-Elmi-nəzəri ədəbiyyatın mənimsənilməsinin effektivliyinin müəyyənləşdirilməsi: şifahi və ya yazılı formada yoxlanılma;
-Nəzəri ədəbiyyatın daha geniş şəkildə araşdırılması üçün motivasiyaedici kiçik elmi işlərə təhrik edilmə.
Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş
Auditoriyadan kənarda iş aparmaq üçün xüsusi gün və vaxt təyin olunmuşdur.
İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)
1. И.С.Алексеева. Письменный перевод. Санкт-Петербург, 2006
2. T.Heydarov, T. Bagiyev. 100 Fragen und Antworten. Baku, 2010
3. Artikel und Videos zu den Themen im Internet. 2018-2020
4. Aserbaidschanische Zeitungen und Zeitschriften. 2018-2020
5. Deutsche Zeitungen und Zeitschriften. 2018-2020
Kursun qiymətləndirilməsi/Tələbə rəyləri (5 ballıq qiymətləndirmə)
Sorğu: (1) sorğulama tarixi........................................
Kurs:..........................................................................
Qrup nömrəsi:............................................................
Kursu necə dəyərləndirirsiniz?
Keçilən mövzular Metodiki olaraq mövzuların çatdırılması Dərs otaqlarının keyfiyyəti Dərslərin davamiyyəti Dərsliklər və dərs vəsaitləri
|
- - - - - - - - - - - - - - - - - - - - - - - - - |
Kursun məzmununun müfəssəl təsviri
Wochen
|
Datum |
Unterrichtsstoff |
Stunden |
Lehrmaterialien |
I |
15-18. IX. 2022 |
Wissenschaftliche Übersetzung und Analyse |
2 (225R) |
11.1 – 11.5 |
II |
19-25. IX. 2022 |
Wissenschaft. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
III |
26-02.IX X. 2022 |
Wissenschaft. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
IV |
03-9. X. 2022 |
Wissenschaft. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
V |
10-16. X.. 2022 |
Wissenschaft. Übersetzungund Analyse |
2 |
11.1 – 11.5 |
VI |
17-23. X. 2022 |
Technologie. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
VII |
24-30.X. 2022 |
Technologie. Übersetzungund Analyse |
2 |
11.1 – 11.5 |
VIII |
31-06.X-XI. 2022 |
Technologie. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
IX |
07-13. XI. 2022 |
Technologie. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
X |
14-20.XI. 2022 |
Technologie. Übersetzungund Analyse |
2 |
11.1 – 11.5 |
XI |
21-27. XI. 2022 |
Technologie. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
XII |
28-04. XI-XII. 2022 |
Öl und Gas. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
XIII |
05-11. XII. 2022 |
Öl und Gas. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
XIV |
12-18. XII. 2022 |
Öl und Gas. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
XV |
19-25. XII. 2022 |
Öl und Gas. Übersetzung und Analyse |
2 |
11.1 – 11.5 |
XVI |
26-31. XII. 2022 |
Wiederholung des Durchgenommenen |
2 (224Az) |
|
Insgesamt: 30 Stunden