İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. Nigar Zeynalova Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş maarifləndirici və praktik təlim keçirmişdir.

Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. Nigar Zeynalova Təhsil fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələrə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş maarifləndirici və praktik təlim keçirmişdir.
Təlim zamanı tələbələrlə interaktiv müzakirələr aparılmış, tolerantlığın mahiyyəti, cəmiyyətdə qarşılıqlı hörmət və anlayışın əhəmiyyəti barədə fikirlər bölüşülmüşdür. O, həmçinin tolerantlıq və multikulturalizm prinsiplərinin Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların nümayəndələri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin qorunmasının əhəmiyyətini vurğulamışdır.
Praktik fəaliyyət çərçivəsində tələbələr tolerantlıq mövzusunda öz düşüncə və yanaşmalarını əks etdirən fikirləri təqdim edərək müzakirələrdə fəal iştirak etmişlər.
Sonda Nigar Zeynalova Tolerantlıq Gününün əhəmiyyətini vurğulayaraq bu kimi maarifləndirici və praktik təlimlərin tələbələrdə empatiya, qarşılıqlı hörmət və sosial məsuliyyət kimi keyfiyyətlərin formalaşmasına verdiyi töhfədən bəhs etmişdir.