İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin müdiri, pedaqogika üzrə elmlər doktoru Nigar Zeynalova ilə universitetin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva arasında görüş keçirilmişdir.

Görüş zamanı xüsusi təhsil ehtiyacları olan tələbələrin kitabxana xidmətlərindən istifadəsinin əlçatanlığının artırılması, onların tədris vəsaitlərinə və müvafiq informasiya resurslarına olan tələbatının ödənilməsi, eləcə də kitabxana mühitində inklüziv imkanların genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Tərəflər xüsusi təhsil ehtiyacları olan tələbələrin informasiya resurslarından bərabərhüquqlu və rahat istifadəsinin təmin edilməsi istiqamətində gələcək fəaliyyət planları və birgə əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.