İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi Xüsusi Pedaqogika ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “İnklüziv Universitet Nədir?” mövzusunda növbəti maarifləndirici seminar keçirmişdir.

Seminar zamanı inklüziv ali təhsil anlayışı, universitetlərdə müxtəlif ehtiyacları olan tələbələrin təhsil prosesinə cəlb edilməsi və hər kəs üçün dəstəkləyici mühitin qurulması ətrafında müzakirələr aparılmışdır. Tələbələr mövzu ilə bağlı şəxsi baxışlarını, təklif və düşüncələrini səsləndirərək müzakirəyə öz töhfələrini vermişlər.

Seminar tələbələrin inklüziv təhsil sahəsində nəzəri biliklərinin genişləndirilməsi, bu istiqamətdə düşüncə və yanaşmalarının formalaşdırılması baxımından əhəmiyyət daşımışdır.