Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi tərəfindən Xüsusi Pedaqogika ixtisasının tələbələrinin iştirakı ilə “İnklüziv Universitet nədir?” mövzusunda seminar təşkil olunmuşdur.

Seminarda inklüzivliyin ali təhsil mühitində rolu, bərabər imkanların yaradılması və əlçatan təhsilin əhəmiyyəti müzakirə edilmişdir. Tələbələr mövzu ilə bağlı fikir və mülahizələrini bölüşmüşlər.
İnklüziv Təhsil Mərkəzinin müdiri, ped.e.d. Nigar Zeynalova tələbələri dinləmiş, öz elmi və peşəkar fikirlərini bölüşərək onlarla qarşılıqlı müzakirələr aparmışdır.
Sonda bu kimi seminarların tələbələrin biliklərinin artırılması, inklüziv dəyərlərin mənimsənilməsi, şəxsi və peşəkar inkişafının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulamışdır.