Dünya Disleksiya Maarifləndirmə Ayı çərçivəsində TM Disleksiya Mərkəzinin rəhbəri Təranə Möhsünova Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzində seminar keçirmişdir.
Tədbirdə Təhsil fakültəsinin Xüsusi Pedaqogika və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələri iştirak etmişlər. Seminar zamanı disleksiyanın əsas xüsusiyyətləri, təlim prosesinə təsiri və dəstək strategiyaları müzakirə olunmuş, praktiki tapşırıqlar və sual-cavab vasitəsilə tələbələrin fəal iştirakı təmin edilmişdir. Həmçinin maarifləndirmə ayının əhəmiyyəti vurğulanmışdır.
Sonda İnklüziv Təhsil Mərkəzinin müdiri, ped.e.d. Nigar Zeynalova bu kimi tədbirlərin disleksiya haqqında məlumatlılığın artırılması və inklüziv təhsilin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.







