İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzi I Beynəlxalq İnklüziv Məşğulluq Konfransında iştirak etmişdir.

Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı inklüziv məşğulluğun təşviqi, autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onlar üçün bərabər məşğulluq imkanlarının yaradılması və inklüziv məşğulluq modellərinin inkişaf etdirilməsi məsələlərinə həsr olunmuşdur. Konfrans beynəlxalq təcrübənin yerli kontekstdə tətbiqi, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi, işəgötürənlərin maarifləndirilməsi və əlilliyi olan şəxslərin əmək bazarında fəal iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.