Türkiyə Respublikasının Fırat Universitetinin professorları Prof. Dr. Mukadder Boydak Özan və Prof. Dr. Mehmet Nuri Gömleksiz, həmçinin Suheyla Demirkol Orak, “Orhun” mübadilə proqramı çərçivəsində Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində keçirilən tədris prosesində iştirak etmişlər.
Səfər çərçivəsində qonaqlar Təhsil fakültəsində müxtəlif fənlər üzrə keçirilən dərsləri müşahidə etmiş, tələbələrin tədris prosesindəki fəal iştirakını və praktiki fəaliyyətlərini izləyərək təhsil prosesinin təşkili ilə yaxından tanış olmuşlar. Eyni zamanda, dərslərin təşkili, tətbiq olunan müasir təlim metodları və tələbəyönümlü yanaşmalar barədə fikir mübadiləsi aparılmışdır.
Görüş və dərs müşahidələri Azərbaycan Dillər Universiteti ilə Fırat Universiteti arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil sahəsində birgə fəaliyyətlərin təşviqi baxımından əhəmiyyətli olmuşdur.





