“İnklüziv təhsil – bərabər imkanlar, güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İnklüziv təhsil: bərabər imkanlar, güclü gələcək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətin bütün üzvləri üçün bərabər təhsil imkanlarının yaradılması, inklüziv mühitin formalaşdırılması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi olub. Tədbirdə inklüziv təhsilin mahiyyəti, tarixi inkişaf mərhələləri və hüquqi əsasları barədə məlumat verilib. Həmçinin inklüziv təhsilin əsas prinsipləri, bu tədris modelinin təşkilində istifadə olunan müasir metodlar və müxtəlif ölkələrdə tətbiq olunan inklüziv təhsil modellərinin müqayisəli təhlili təqdim olunub.
Tədbirdə İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova və mərkəzin mütəxəssisi, müəllim Nərmin Mərdanova çıxış ediblər. Çıxışlar zamanı inklüziv təhsilin aktuallığı, praktik tətbiqi, müəllimlərin rolu və inklüziv mühitin yaradılmasının əhəmiyyətinə dair geniş məlumat verilib.
Sonda iştirakçılarla interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi olub.





