ADU-nun dosenti Azərbaycanda İnkluziv təhsilin perspektivləri mövzusunda elmi seminarda çıxış edib
Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri, dosent Nigar Zeynalova 24–28 iyul 2024-cü il tarixlərində Çeçenistan Respublikasına ezam olunmuşdur. O, “Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları” adlı beynəlxalq elmi-tədqiqat layihəsi çərçivəsində təşkil olunan seminarda məruzə ilə çıxış etmişdir.