İnklüziv Təhsil Mərkəzində inklüziv tələbələrlə görüş keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzində universitetdə təhsil alan bir neçə inklüziv (xüsusi qayğıya ehtiyacı olan) tələbələrlə ilə görüş keçirilib.
Görüş zamanı tələbələrin təhsil prosesində üzləşdikləri bir sıra çətinliklər müzakirə edilib, onların həlli istiqamətində təkliflər irəli sürülüb. Təkliflər tələbələrin təhsil mühitinə daha səmərəli şəkildə inteqrasiyasını təmin etməyə və universitetdə inklüzivlik prinsipinin daha da gücləndirilməsinə yönəlib.
Səsləndirilən təkliflər müvafiq strukturlara təqdim olunub, hazırda onların həllinə dair müzakirələr aparılır.



