
Təhsildə Xarici dillər kafedrası
Təhsildə xarici dillər kafedrası 2017-ci ildə, əvvəl mövcud olan II Xarici dillər kafedrasının bölünməsi nəticəsində yaradılmışdır və Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrası adlandırılmışdır. 2017-2019-cu illərdə (ölümünə qədər) dos. Y.M. Mürşüdov kafedra müdiri vəzifəsində çalışmışdır. 2019-cu ildə isə kafedranın müdiri vəzifəsinə dos.S.S.Nuriyev seçilmişdir. Kafedra 2019-cu ilin oktyabr ayından etibarən yeni yaradılmış Təhsil-2 fakültəsinin nəzdində fəaliyyət göstərməyə başlamışdır. Elə həmin ildə, dos. S.S.Nuriyevin Təhsil-2 fakültəsinə dekan seçilməsi ilə əlaqədar olaraq 2019-cu ilin dekabr ayından etibarən kafedra müdiri vəzifəsinə dos.A.B.Sobor təyin edilmişdir. 2024-cü ilin sentyabr ayında universitetdə yeni yaradılmış Təhsil fakültəsi nəzdində fəaliyyətə başlayan kafedranın adı dəyişdirlərək Təhsildə xarici dillər kafedrası adlandırılmışdır. 2025-ci ilin yanvar ayından hazırki dövrə qədər dos.H.A.Hacıyeva kafedra müdiri vəzifəsində çalışmaqdadır.
Təhsildə xarici dillər kafedrasının missiyası - ikinci xarici dil kimi Alman, Fransız və İngilis dilləri üzrə kadrların hazırlanması ilə məşğul olur. Bu fənnlərin öyrənilməsi gələcəkdə tələbələrin magistraturaya qəbul olmalarında, doktorant və dissertant kimi minimum imtahanlarının verilməsində və xarici ədəbiyyatdan istifadə edə bilmələrində tələbələrə kömək edir. Hazırki dövrdə bir xarici dili bilmək hər şeyi həll etmir. Odur ki, ikinci xarici dil kimi bu dillərdən birinin öyrənilməsi bakalavr pilləsini bitirən tələbələrə öz gələcək işlərini düzgün qurmaqda köməklik edir. Bunun üçün hər fənn üzrə yeni proqramlar, dərs vəsaitləri və dərsliklər hazırlanr ki, bu da xarici dillərin öyrənilməsini xeyli asanlaşdırmış olur. Tələbələrin bu dilləri dərindən mənimsəmələri üçün texniki vasitələrdən də geniş istifadə olunur.
Təhsildə xarici dillər kafedrasının işi tədris, tədris-metodik, elmi-tədqiqat, təşkilat-metodik, tələbələrin təlim-tərbiyəsi istiqamətində kafedra iclasında təsdiq edilmiş plan əsasında həyata keçirilib. Bu işlərin yerinə yetirilməsi və kafedranın digər iş formaları bütün kafedra üzvlərinin iştirak etdiyi kafedra iclasında müzakirə olunur. Kafedra əməkdaşları mütəmadi olaraq həm respublika daxili, həm də xarici ölkələrdə təşkil olunan konfranslarda, ixtisasartırma təlimlərində fəal şəkildə iştirak edirlər, eyni zamanda yerli və xarici jurnallarda özlərinin elmi metodik əsərlərini çap etdirirlər. Kafedranın dosenti Aidə Burzu qızı Soborun 3 elmi məqaləsi imparkt faktorlu jurnalda dərc olunub. Kafedra əməkdaşları Universitetdə fəaliyyət göstərən Amerikaşünaslıq, Germanistika və Fransız dili və mədəniyyəti mərkəzləri ilə daima sıx əlaqədə olurlar.
Kafedra yarandığı vaxtdan etiabarən bir çox tədbirlər təşkil etmiş və kafedra əməkdaşları həmin tədbirlərdə fəal iştirak ediblər.
03.05.2018 - ci il tarixində Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
22.05.2019 - cu il tarixində Təhsil fakültəsi nəzdində Xarici dillər və Linqvokultrologiya kafedrasının birgə təşkil etdiyi “28 May – Respublika gününə” həsr edilmiş tədbir keçirilib.
26.09.2019 - ci il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Dillər Universitetinin 2 saylı binasında Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dos. S.S.Nuriyev tərəfindən Avropa dilləri günü təşkil edilmişdir.
20.12.2019 - cu il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “31 dekabr Həmrəylik günü-Yeni il” adlı bayram tədbiri keçirilib.
16.01.2020 - ci il tarxində Təhsil-2 fakültəsi və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
21.02.2020 - ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ADU-nun tələbələrinin “Audiokitab” layihəsinin əməkdaşları ilə görüşü keçirilib.
10.05.2020 - ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Afət Həşiminin 213 a qrupunun tələbələri ilə Ulu Öndər Heydər Əliyevin 97 illiyinə həsr olunmuş online dərsi keçirilib.
12.12.2020 - ci il tarixində ADU-nun Təhsil-2 fakültəsi və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən “Ulu öndər Heydər Əliyevin anım günü” nə həsr olunmuş online dəyirmi masa keçirilib.
24.02.2021 - ci il tarixində ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının il dönümünə həsr edilmiş online dəyirmi masa keçirilib.
29.04.2021 - ci il tarixində ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin müdiri Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru Əsgər Zeynalovun təşkilatçılığı ilə “Şuşa ziyalıları və Fransa” adlı onlayn tədbir keçirilib.
30.04.2021 - ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər və Psixologiya kafedrasının birgə təşkilatçılığı ilə dünyaşöhrətli nəzəriyyəçi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş elmi-praktik tədbir keçirilib.
26.05.2021 - ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının “28 May – Respublika gününə” həsr olunmuş onlayn tədbir keçirilib.
03.11.2021 - ci il tarixdə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru və Fransız dili və Mədəniyyəti, Frankafoniya Mərkəzinin müdiri Əsgər Zeynalov və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib.
27.04.2022 - ci il tarixində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru və Fransız dili və Mədəniyyəti, Frankafoniya Mərkəzinin müdiri Əsgər Zeynalov və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə “Avropa poeziya gecəsi” adlı tədbir keçirilib.
29.11.2022 - ci il tarixdə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə Şuşa ili ilə əlaqədar “Şuşa Qarabağın incisidir” adlı tədbir keçirilib.
19.05.2023 - cü il tarixində Frankafoniyanın müdiri və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının professoru Əsgər Zeynalovun təşkil etdiyi Səməd Vurğun və Lui Araqon yaradıcılığı adlı tədbir keçirilib.
20.10.2023 - cü il tarixində Ümumilli lider H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
28.11.2023 - cü il tarixində b/m. Rəhimova Sabinanın 321 B qrupunun təşkil etdiyi “Heydər Əliyev – poeziya və mədəniyyət” adlı açıq dərsi təşkil edilib.
13.05.2024 - cü il tarixində kafedranın gənc müəllimi Məmmədli Ayselin təkilatçılığı ilə “Ümummilli lider H.Əliyevin 101 illiyinə həsr olunmuş dəyirmi masa və şeir müsabiqəsi” keçirilmişdir.
17.10.2024 - cü il tarixində b/m. Bağırova Ruhlanə və b/m. Rəhimova Sabina tələbələrlə “Qala Etnoqrafik Muzeyi”nə ekskursiya təşkil etmişdirlər.
28.10.2024 - cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” adlı dəyirmi masa təşkil olunmuşdur.
5.11.2024 - cü il tarixində kafedranın professoru Frankofoniya mərkəzinin müdiri Əsgər Zeynalovun təşkilatı ilə 223 A qrup tələbələri ilə birlikdə “Bakı COP-29” mövzusunda açıq dərs təşkil olunmuşdur.
7.11.2024 - cü il tarixində kafedranın müəllimi Abdullayeva Jalə “Nizami yaradıcılığında təbiət motivləri” adlı elmi-seminar keçirmişdir.
Kafedra üzvləri
Ümumilikdə kafedrada 26 əməkdaş fəaliyyət göstərir: onlardan 15 nəfəri tam ştat, 10 nəfəri 0.5 ştat, 1 nəfəri 0.25 baş müəllim, 2 nəfəri 0.75 ştat baş müəllim, 1 nəfər professor, 3 nəfər baş laborant vəzifəsində çalışır. Kafedra əməkdaşlarının 5 nəfəri dissertant, 2 nəfəri doktorantdır.
№ |
Soyad, ad, ata adı |
Vəzifə, elmi dərəcə |
Ştat |
1 |
Hacıyeva Həqiqət Aslan qızı |
k/m., dos., fil.f.d |
1 |
2 |
Zeynalov Əsgər Məmməd oğlu |
Prof., f.e.n |
0,5 |
3 |
Nuriyev Salman Süleyman oğlu |
Dos., fil.f.d |
0,5 |
4 |
Hüseynova Sevinc Ramiz qızı |
Dos., p.f.d |
0,5 |
5 |
Sobor Aida Burzu qızı |
Dos., fil.f.d |
1 |
6 |
Rəhmanova Sevinc Nurağa qızı |
b/m. |
1 |
7 |
Cəbrayılova Sevinc Xalıq qızı |
b/m. |
1 |
8 |
Rəcəbova Südabə Şəmsəddin qızı |
b/m. |
1 |
9 |
Tağı-zadə Cəmalə Fuad qızı |
b/m. |
1 |
10 |
Quliyeva Nigar Əsgər qızı |
b/m. |
1 |
11 |
Qəhrəmanova Səyyarə Cəlil qızı |
b/m. |
1 |
12 |
Mahmudova Dilbər Mirəhməd qızı |
b/m. |
1 |
13 |
Bağırova Ruhlanə İdris qızı |
b/m. |
1 |
14 |
Abbasova Yazgül Mirəli qızı |
b/m. |
0,75 |
15 |
Səlimli Təmkinə Frahim qızı |
b/m. |
0,75 |
16 |
Əliyeva Almas Mirzellabdin qızı |
b/m. |
0,5 |
17 |
Məmmədova Lətifə Məcid qızı |
b/m. |
0,5 |
18 |
Əsgərova Xumar Yarəmməd qızı |
b/m. |
0,5 |
19 |
Həsənova Könül Sürdar qızı |
b/m. |
0,25 |
20 |
Bayramova İlahə Əliəshab qızı |
m. |
1 |
21 |
Abdullayeva Jalə Tofiq qızı |
m. |
1 |
22 |
Həmidova Nigar Şirxan qızı |
m. |
1 |
23 |
Kərimli Sevinc Tahir qızı |
m. |
0,5 |
24 |
Məmmədli Aysel Əli qızı |
m./ b/lab. |
0,5/1 |
25 |
Veyisova Əsmər Tofiq qızı |
m./ b/lab. |
0,5/0,5 |
26 |
Əliyeva Dürdanə Tofiq qızı |
b/lab. |
1 |
Təhsildə xarici dillər kafedrasının müdafiə etmiş əməkdaşları
№ |
Soyad, ad, ata adı (elmi dərəcəsi) |
Alimlik dərəcəsi aldığı tarix ( fəlsəfə və ya elmlər) |
Mövzu |
İxtisasın adı və şifri |
1 |
Hacıyeva Həqiqət Aslan qızı |
Fil.f.d.-5.11.2012 pr. №-31 - k Dosent – 20.05.2016 pr. №-12-k |
Alman dillində xəbərlik kateqoriyası və onun Azərbaycan dilində qarşılığı |
German dili 10.02.19 Dil nəzəriyyəsi 10.02.04 |
2 |
Zeynalov Əsgər Məmməd oğlu (f.e.d.,professor) |
Fil.f.d.-29.11.1991 pr.№ 14 Elmlər doktoru 04.06.2003 pr.№ 11-R |
1.Azərbaycan bayatıları Qafqaz regionunda 2. Fransız ədəbiyyatında Şərq (Volterin yaradıcılığı ) |
Folklorşünaslıq 10.02.09 Fransız ədəbiyyatı -10.01.01. Azərbaycan ədəbiyyatı -10.01.03 |
3 |
Nuriyev Salman Süleyman oğlu (fil.f.d.,dos) |
Fil.f.d.-19.04.2000 pr.№ 17 Dosent – 02.03.2004 pr.№ 07-k |
Dildə erqativ mənalı konfiqurasiyalar (İngilis və Azərbaycan dili materialları əsasında) |
Dil nəzəriyyəsi 10.02.04 |
4 |
Sobor Aidə Burzu qızı ( fil.f.d.,dos) |
Fil.f.d.-17.07.2012 pr.№ 24-K Dosent – 27.05.2019 pr.№ 13-k |
Сравнительно-сопоставительный анализ интонационнго оформления придаточных роедложений времени с союзом “als” “когда” в немецком и русском языках |
Dil nəzəriyyəsi -10.02.04 German dilləri 10.02.19 |
5 |
Hüseynova Sevinc Ramiz qızı (p.f.d.,dos) |
p.f.d.-27.06.2012 pr.№ 22-K Dosent – 14.07.2015 pr.№ 20-k |
İngilis dili fakültələrinin II kursunda rollu oyunlar vasitəsilə nitq əlaqəsinin tədrisi metodikası |
Təhsilin və tərbiyənin nəzəri metodikası -13.00.02 |
6 |
Rəcəbova Südabə Şəmsəddin qızı |
|
İngilis dilində rəsmi-işgüzar üslub |
German dilləri 5708.01 |
Təhsildə Xarici dillər kafedrasının doktorant və dissertantları
1 |
Fil.f.d., dos. Hacıyeva Həqiqət Aslan qızı |
AMEA, Nəsimi adına dilçilik İnstitutu |
“Azərbaycan və alman dillərində frazeologizmlərin linqvo-kulturoloji xüsusiyyətləri” |
Müqayisəli tarixi və müqayisəli-tipoloji 5714.01 |
2 |
Fil.f.d., dos. Sobor Aida Burzu qızı |
AMEA, Nəsimi adına dilçilik İnstitutu |
Alman-Azərbaycan bilinqvizmi və onun eksperimental fonetik təhlili |
Müqayisəli tarixi və müqayisəli-tipoloji 5714.01 |
3 |
b/m. Quliyeva Nigar Əsgər qızı |
ADU, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası |
Funksional üslublar sosial linqvistik paradiqmalar kimi |
Dil nəzəriyyəsi 5706.01 |
4 |
b/m. Əsgərova Xumar Yarəmməd qızı |
ADU, Fransız dilinin fonetikası və qrammatikası kafedrası |
Fransız və Azərbaycan dillərində rəng bildirən sifətlər |
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
5 |
b/m. Bağırova Ruhlanə İdris qızı |
ADU, Alman dilinin fonetikası və qrammatikası kafedrası |
Alman dilində partisipli cümlələr və onların qarşılığının funksional semantik xüsusiyyətləri |
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
6 |
m. Bayramova İlahə Əliəshab qızı |
ADU, Alman dilinin fonetikası və qrammatikası kafedrası |
Müasir Alman və Azərbaycan dillərində sifətin komparativlik sahəsi |
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 |
7 |
m., b/lab. Veyisova Əsmər Tofiq qızı |
AMEA, Folklor İnstitutu |
Azərbaycan və ingilis lətifələrinin tipologiyası |
Folklorşünaslıq 5719.01 |
8 |
m, b/lab. Məmmədli Aysel Əli qızı |
ADU, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası |
Müasir fransız dilində konstativ söyləmlərin koqnitiv təhlili |
Roman dilləri 5709.01 |
9 |
m. Həmidova Nigar Sirxan qızı |
OYU, Xarici dillər kafedrası |
Akademik diskursun praqmatikası |
Dil nəzəriyyəsi 5704.01 |
Təhsildə xarici dillər kafedrasında bakalavr pilləsi üzrə tədris olunan fənlər
1. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (Alman dili )
2. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (Fransız dili)
3. Xarici dildə işgüzar akademik kommunikasiya 1/2/3 (İngilis dili)
Təhsildə xarici dillər kafedrasında magistr pilləsi üzrə tədris olunan fənlər
1. Xarici dildə işgüzar akademik kommunikasiya (Fransız dili)
2. Xarici dildə işgüzar akademik kommunikasiya (İngilis dili)
Təhsildə xarici dillər kafedrasının müəllimləri haqqında qısa məlumat
Dosent Hacıyeva Həqiqət Aslan qızı 21 avqust 1969-cü ildə Qərbi Azrəbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur.
1976-cı ildə Toxluca kənd orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1986-cı ildə isə həmin orta məktəbi bitimişdir. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin Alman dili fakültəsində təhsil almışdır. 1994-1995-ci illərdə Azərbaycan Dillər Universiteti alman dilinin qrammatika kafedrasında laborant olaraq peşə fəaliyyətinə başlamışdır. 1995-ci ildən 1998-ci ilə qədər Azərbaycan Dillər Universiteti alman dilinin qrammatikası, fonetikası və dil tarixi kafedrasında tam ştat müəllim kimi fəaliyyət göstərmişdir. 1998-2012-ci illər ərzində Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
5 Noyabr 2012-ci ildə, German dili – 5708.01,
Dil nəzəriyyəsi – 706.01 indeksləri üzrə
“Alman dillində xəbərlik kateqoriyası və onun Azərbaycan dilində qarşılığı” adlı dissertasiya işini müdafiə etmiş, Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 may 2016-cı il (pr. №-12-k) qərarı ilə II xarici dil kafedrası üzrə dosent elmi adı verilmişdir. 2012-2017-ci illərdə II Xarici dil kafedrasında, 2017-ci ildən isə Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasında tam ştat dosnet vəzifəsində çalışmışdır.
2018-ci ildən AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun 5714.01 indeksi üzrə (Müqayisəli-tarixi və müqayisəli-tipoloji) “Azərbaycan və alman dillərində frazeologizmlərin linqvo-kulturoloji xüsusiyyətləri” adlı doktorluq işi üzərində akad. Kamal Mehdi oğlu Abdullayev və fil.e.d. Nərman Fərman oğlu Seyidəliyevin rəhbərliyi ilə işləməkdədir.
2024-cü ildən Filologiya fakültəsi nəzdində Avropa dillər kafedrasında tam ştat dosent vəzifəsində çalışmışdır.
2024-cü il 17 noyabr tarixli “525-ci” qəzetdə, Təhsildə xarici dillər kafedrasına boş elan edilmiş kafedra müdiri vəzifəsinə seçilmək üçün müraciət etmiş və 2024-cü ilin dekabr ayından etibarən Təhsildə xarici dillər kafedrasına müdir vəzifəsinə seçilmişdir. Hal-hazırda Təhsildə xarici dillər kafedrasının müdiridir eyni zamanda da, Filologiya fakültəsi nəzdində Avropa dilləri kafedrasında yarım ştat dosent vəzifəsində çalışmaqdadır.
Hacıyeva Həqiqət Aslan qızı pedoqoji fəaliyyəti dövründə Almaniyanın Münhen, Berlin, Haydelberq, Vaymar şəhərlərində ixtisasartırma və dil kurslarında iştirak etmişdir. Türkiyənin Karabük və Niğde, Polşanın Varşava, Gürcüstanın Tbilisi və Rusiyanın Poltava şəhərlərində, həmçinin ölkə daxilində keçirilən beynəlxalq konfrans və simpoziumlarda tezis və məqalələrlə çıxış etmişdir.
40-dan çox məqalənin (onlardan 13-ü xaricdə çap olunmuş ), 3 dərslik, 3 vəsait, 1 monoqrafiya və 7 proqramın müəllifidir və ümumilikdə 30-dan yuxarı Sertifikat əldə etmişdir.
İctimai və siyasi fəallığı:
Hacıyeva Həqiqət Aslan qızı Universitet xaricində də ictimai fəallıq göstərməkdərir.
2020-ci ildən Qərbi Azərbaycan İcmasının ilk fəallarından olmuşdur. Hazırda Çəmbərək rayon Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr Şurasının sədridir.
2021-ci ilin mart ayında Niderland Krallığında Benilüks Azərbaycanlıları Konqresi tərəfindən dəvət edilərək 31 Mart Soyqırımı ilə bağlı Rotterdam və Haaqa şəhərlərində konfranslar təşkil etmişdir. Həmin ilin martın 29-da Niderland Partlamentinin Xarici İşlər Komissiyasına ünvanlanan müraciətdə Xocalı haqqında petisiyasının təqdim olunması ilə əlaqədar görüşdə yaxından iştirak edərək Soyqırım və Deportasiya haqqında çıxış etmişdir.
Aprelin 6-da isə Avropada ilk dəfə olaraq Hollandiyanın Haaqa şəhərində “Azərbaycan-Türk Kültür Derneği” nəzdində Qərbi Azərbaycan İcmasının Niderland nümayəndəliyini yaratmış və ilk təsis iclasını keçirmişdir. Avropada və bir çox xarici ölkələrdə yaşayan Diaspora nümayəndələri ilə birgə əməkdaşlığa başlamışdır.
O, Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri kimi Qərbi Azərbaycanla bağlı bir neçə konfransın təşkilatçısı olmuşdur.
44 günlük müharibə zamanı müntəzəm olaraq Avropada yaşayan soydaşlarımızın dəstəyi ilə cəbhə bölgələrində olan əsgərlərimizə yardımlar etmişdir. Hazırda Avropada yaşayan soydaşlarımızın maddi dəstəyi ilə Şəhid və Qazi ailələrinə yardım kampaniyalarının təşkil edilməsində yaxından iştirak edir.
Müharibə zamanı əsgərlərimizə etdiyi maddi və mənəvi dəstəyə görə bir neçə dəfə Beynəlmiləl Əlil Döyüşçülər Fondu tərəfindən Fəxri Fərman və “Zəfər” medalı ilə təltif olunmuşdur.
2022-ci ilin yanvar ayında Hollandiyada “Azerbaycan-Türk Kültür Derneği”nin rəhbəri İlhan Aşkın tərəfindən əlil arabalarının Azərbaycana gətirilməsinin təşəbbüskarlarından olmuş və paylanmasını təşkil etmişdir. Əlil arabalarının paylanılması zamanı Qazilərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəylik İnstitutu İctimai Birliyinin təsisçisidir.
2023-cü il8 Noyabr Zəfər bayramına həsr olunmuş Avropada yaşayan diaspora və digər nümayəndələrin iştirakı ilə onlayn şəkildə beynəlxalq konfrans təşkil etmişdir. Hal-hazırda Milli Kültür Araştırmaları Dergisinde Azərbaycanın Türk dünyası kordinatoru, Almaniya, Nürnberq “Türk Tarixi və Mədəniyyətləri” Muzeyinin Azərbaycandakı təmsilçisi, Hollanda Azerbaycan-Türk Kültür Derneğinin Azərbaycandakı təmsilçisidir.
Əldə etdiyi sertifikatların siyahısı:
· 18.02.-27.02.1998 Azərbaycan Dillər Universiteti ilə Boxum Universiteti (Almaniya) arasında tərəfdaşlıq proqramı çərçivəsində alman dili müəllimləri üçün keçirilən seminar.
· 04.01-31.01.1998 Münhen şəhərində (Almaniya) alman dili müəllimləri üçün ixtisasartırma kursu.
· 19.01.2000-11.02.2000 Alman Akademik Mübadilə Xidmətinin Bakıda təşkil etdiyi ixtisasartırma kursu
· 20.12.2003 Dil kursu (alman dili xarici dil kimi) (Berlin).
· 24.11-20.12.2003 Goethe Universitetinin Berlində təşkil etdiyi dil kursu.
· 30.06.2008- 11.07.2008 Alman dili müəllimləri üçün dil kursu.
· 01.10.2008-21.10.2008 DAAD-nin Bakıda təşkil etdiyi biznes kurs.
· 10.03.2009-10.01.2009 Bakıda Alman dili müəllimləri üçün seminar.
· 10. 01. 2009 “Tangram aktull” dərsliyinin tədrisinə dair seminar.
· 02.05.2010. “Schritte international” dərsliyinin tədrisinə dair seminar.
· 01.08. -29.08.2011-ci il tarixlərində Heidelberqdə “Deutsch/İntensiv 20” kursunda istirak etmiş və “Oberstufe” C1 sertifikatı almış.
· 22 fevral 2012-ci il tarixdən 23 may 2012-ci il tarixədək prof. Robert Schmidt-Brandtın rəhbərliyi altında ADU-da keçirilən “Dependenzgrammatik”adlı seminar.
· 4 iyun 2012-ci il tarixdən 08 iyun 2012-ci il tarixədək Bonn universitetinin professoru Dr.Heinrich P.Kelzin rəhbərliyi ilə ADU-da keçirilən seminar.
· 11 avqust 2012-ci il tarixdən 25 avqust 2012-ci il tarixinədək Vaymarda keçirilən “İndividualität, Gemeinschaft, Gesellschaft” yay kursu.
· 12 may 2012-ci il tarixində “Modernizm və postmodernizm” adlı Beynəlxalq Forum.
· 05 oktyabr 2012-ci il tarixində Bakıda keçirilən “Postmodernist Mədəniyyətində ənənəvi dəyərlər sistemi” adlı II Beynəlxalq Humanitar Forum.
· 14 may 2013-cü ildə ADU-da keçirilən “postmodern ədəbiyyatda və müasir diskursda milli özünüdərk” adlı noyabr ayında keçiriləcək beynəlxalq forumun ii seminarı.
· 20-21 may 2013-cü il tarixində Azərbaycan Dillər Universitetində keçirilən “The Modernisation of Higher Education ” adlı seminar
· 25 oktyabr 2014-cü ildə “Sprechen ist alles Kreative Sprechanlasse”, Beynəlxalq Dil Mərkəzi
· 26 oktyabr 2014-cü il “Die Lesekompetenz fördern und beurteilen” Beynəlxalq Dil Mərkəzi
· 11-12 aprel 2019, Alman dili müəllimləri birliyinin 3-cü qurultayı, Şəki və s.
Müəllifi olduğu elmi işlərin siyahısı:
1. Alman və Azırbaycan dillərində xəbərlik kateqoriyasının bəzi məsələləri.// ” Xarici dil tədrisinin nəzəri və praktik məsələləri” konfransı. Xəzər Universiteti Bakı, 20 may 1995-ci il. s. 118
2. Schwierigkeiten der Aserbaidshaner beim Unterricht der deutschen kategorie des Prädikats. // Zaqafqaziya ölkələri arasinda germanistlərin keçirdiyi beynəlxalq konfrans // Tbilisi 17-20 mart, 1997-ci il, 5 s.
3. Xəbərlik kateqoriyası və onun tədqiqinə dair. // Xəzər xəbər. 193. Bakı, 15.09.2005. s. 34-35.
4. Alman və Azərbaycan dillərində ismin qrammatik kateqoriyalarının müqayisəsinə dair. // Pedaqoji Universitet xəbərləri, 4, Bakı-2000. s. 185-187.
5. О катагори предикативности в неметскам и Азербайджанском языках. // Dilçiliyin və dillərin tədrisinin aktual problemləri. Beynəlxalq elmi konfransın problemləri; 9-10 noyabr, Bakı, 2010, s. 158-162.
6. Azərbaycan dilində xəbərlik kateqoriyasının ifadə vasitələri. // ADU-nun Elmi xəbərləri, 2008, 4 s. 159-162.
7. Predikativliyin ifadə vasitələri. // Elm ilinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” II Respublika elmi konfransının materialları; 21-22 may, 2009, I hissə, s. 249-254.
8. Особенности предикативности в немецком и азербайджанском языках. // Современные гуманитарные исследования. №-2 (27) 2009 Москва, с.90-93.
9. Dilçilikdə xəbərlik kateqoriyası problemi. // Alman dili fakültəsinin müstəqil fəaliyyətinin 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın tezisləri (19 dekabr 2009 ), Bakı, 2010, s. 53-54.
10. Cümə intonasiyasının bəzi xüsusiyyətləri haqqında. // Ümummilli lider H.Əliyevin sərəncamı ilə ali məktəbimizə Universitet statusu verilməsinin 10 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” III Respublika elmi konfransı, Bakı, 15-17 aprel 2010, I hissə, s. 158-162.
11. Alman dilçiliyində xəbərlik problemi. // Ümummilli lider H.Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans, Gənc tədqiqatçıların ümumrespublika elmi konfransı. Qafqaz Universiteti, 6-7 may 2010, s. 540-541.
12. Alman və Azərbaycan dilçiliyində xəbərlik kateqoriyasının müqayisəsi. // “Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər” Beynəlxalq Elmi Konfransı, 25-26 noyabr 2010-cu il, Bakı, Azərbaycan, s. 141-142.
13. Alman və Azərbaycan dillərində xəbərlik kateqoriyasının ifadə vasitələri və melodik komponentin təhlili // Bakı Avrasiya Universiteti. Qloballaşma şəraitinə humanitar elmlərin aktual problemləri mövzusunda keçirilmiş Respublika elmi-praktik konfransının materialları. 15.03.2011. s. 98-99.
14. Sintaqmatik üzvlənmədə intonasiyanın roluna dair // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. 3 / 2011. s. 35-38.
15. К изучению интонационно характеристики предикативности (на материале немецкого и азербайджанского языков) // Полтавский Национальный Педагогический Университет им. В.Г.Королнко, вып.9, Полтава,2011,стр.87-92
16. Xəbərlik kateqoriyasında melodik komponentlərin təhlili // Doktorantların və gənc tədqiqatçıların 16-cı Respublika elmi konfransının materialları, Bakı, 2012, səh. 369-373. Müəllimlər İnstitutu.
17. “Dilçilikdə xəbərlik kateqoriyası problemi” Məqalə. Filologiya məsələləri. Nurlan nəşriyyatı. səh. 53-54, Bakı, 2013.
18. “Alman və Azərbaycan dillərində xəbərlik kateqoriyası” Monoqrafiya. “Elm və təhsil”. Bakı, 2013, 158 səh.
19. “H.Əliyev və Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması xətti” Məqalə. Bakı Avrasiya Universiteti. “H.Əliyev və gənclər siyasəti” Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans. Bakı , 2013, 5 səh.
20. “Alman dili” fənni üzrə işçi-tədris proqramının müəllifi, 09.07.2014
21. “Yazılı anlama və yazılı ifadə” fənni üzrə (bakalavr hazırlığı üçün) proqramın müəllifi, BAAU Nəşriyyatı, 2014
22. “Alman dilinin qrammatikası” kitabının müəllifi
23. “Alman dili” dərsliyinin müəllifi, Ləman, 2015
24. Təlimin Kommunikativ metodu Qafqaz Universiteti 17-18, Aprel 2015, Bakı, Azərbaycan, s. 1286-1287
25. İxtisası xarici dil olmayan ali məktəblərdə xarici dillərin tədrisində müxtəlif yanaşma Xarici dillərin tədrisinin aktual problemləri, Respublika Elmi-Praktik Konfransının materialları (Bakı, 4-5 may 2015-ci il) s. 320-325
26. Weise Geschichten- Hauslektüre Ev oxusu Filologiya məsələləri.“Nurlan” nəşriyyatı. Bakı. 2016
27. Alman şairi Y.V.Götenin yaradıcılığında poetik frazeologiya və stilistika. ADU-nun 80 illiyinə həsr olunmuş “Xarici Dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktik konfrans. Bakı 11-12 may 2017, səh. 303-306
28. Jozef Artur dö Qobino və Şərq Türkiyə Karabük Universiteti, 4-6 oktyabr 2017.
29. Pоль игр в обучении иностранных языков Polşa Varşava, II Beynəlxalq konfrans, 18 Dekabr 2017, s. 31-35
30. Azərbaycanda multikulturalizmin inkişafina dair VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu, 13-15 iyun 2019, Bakı.
31. Efsanelerin sırp milliyetçiliği ve Balkanlardakı çatışmalarda rolü, Milli Kültür Araştırmaları Dergisi (MİKAD), Türkiyə, 1 iyun 2020, s. 38-54.
32. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi (TÜDAD) e-ISSN: “Frazeoloji Sistem: Frazeoloji Somatizm və Üslub” başlıklı makale, Türkiyə, 2023 Ocak ayı, Cilt 6, Sayı 1
33. “Alman Dilində Söz Mənasının Dəyişməsi (Semantik Çıxarma)” başlıklı makale, Türkiyə, 2022 Aralık ayı, Cilt 6, Sayı 2’de və s.
34. “Frazeoloji vahidlərin milli-mədəni spesifikliyi” başlıklı makale, Türkiyə
35. “Atalar sözü, idiomlar və frazeologizmlərin işlənmə funksiyaları” Filologiya məsələləri N4, 2024
36.“Frazeoloji sistem: frazeoloji somatizm və üslub” Bakı Avrasiya Universiteti.
37. “Alman dilində frazeologizmlərin funksiyaları və yeri” 01.01.2025 Filologiya məsələləri.
Professor, Əsgər Məmməd oğlu Zeynalov
Əsgər müəllim uzun illər ərzində Fransız ədəbiyyatının, xüsusən məşhur fransız yazıçıları Volter, Hüqo, Balzak, Düma, Jorj Sand, Flober və Mopassanın ədəbi irsini yüksək peşəkarlıqla tədqiq etmiş və mövzu ilə bağlı Azərbaycanda ilk dəfə elmi tədqiqat əsərləri, monoqrafiyalar çap etdirmiş, Azərbaycan-Fransa ədəbi əlaqələrinin genişlənməsinə əvəzsiz xidmət göstərmiş görkəmli alimlərdən biridir. Azərbaycan, rus, erməni, fransız dillərində tədqiqat apara bilməsi ona araşdırdığı elmi istiqamətlər üzrə dərin elmi və etibarlı nəticələr çıxarmağa imkan vermişdir. Ə.Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədlik dissertasiyasını bir dillə, doktorluq dissertasiyasını başqa bir dillə bağlı yazmışdır.
Ə.Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonunun Yuxarı Necili kəndində fəhlə ailəsində anadan olmuşdur. O, həmin kənddə səkkizillik, Uluxanlıda orta məktəbi, 1974-cü ildə isə APXDİ-nin Fransız dili fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Ağdərə rayonunun Manikli və Xatunbəyli kəndlərində, Zəngibasar rayonunun Dəmirçi və Yuxarı Necili (Nizami) kəndlərində müəllim kimi fəaliyyət göstərmiş, 1976-77-ci illərdə Rusiyanın Ulan-Ude şəhərində hərbi xidmətdə olmuş, 1980-cı ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Qarabağ hadisələri ilə əlaqədar olaraq 1988-ci ildə Azərbaycan Respublikasının Xırdalan şəhərinə köçmüş, 1989-cu ildən APXDİ-nin Praktik fransız dili kafedrasında əmək fəaliyyətini davam etdirmişdir. O, 1998-ci ildə Praktik fransız dili kafedrasının müdiri seçilmiş və 2012-cu ilə qədər bu vəzifədə işləmişdir. 2017-ci ilin may ayında Universitetdə yeni açılmış Qafqazşünaslıq kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2020-ci ilə qədər həmin vəzifəni daşımış, hal-hazırda ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri vəzifəsində çalışır. Ə.Zeynalov 2004-2017-ci illərdə ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, 2006-cı ildən ADU-nun İxtisaslaşmış doktorluq şurasının üzvüdür.
Ə.Zeynalov 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik, 2003-cü ildə “Fransız ədəbiyyatında Şərq mövzuları” (Volterin yaradıcılığı üzrə) doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2005-ci ildən professordur. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Tədqiqatçı İrəvan Qədim Əlyazmalar İnstitutunda, Matenadaranda, İrəvan Xalq Yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etmişdir ki, ermənilərdə bayatı olmamışdır, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Onun “Azərbaycan bayatıları Qafqaz regionunda“ namizədlik dissertasiyası da bu mövzuya həsr olunmuşdur.
Ə.Zeynalov “Fransız ədəbiyyatında Şərq mövzuları” (Volterin yaradıcılığı üzrə) doktorluq dissertasiyasında fransız mütəfəkkiri Volterin Şərq mövzusunda yazdığı üç faciə, bir roman və esselərini tədqiqat obyekti kimi götürmüş, fransız qaynaqları əsasında filosof yazıçının Şərq mədəniyyətinə, türk aləminə, zərdüştiliyə, Astiaq əfsanəsinə, qədim Hindistana baxışlarını araşdıraraq fransız qaynaqları əsasında tutarlı faktlarla Avropada elmin, mədəniyyətin Şərq elminin təsirilə inkişaf etməsi kimi cəsarətli ideyanı ədəbi ictimaiyyətin diqqətinə çatdırmışdır.
Ə.Zeynalovun ,,Şərq Volter yaradıcılığında” monoqrafiyasında göstərilir ki, Volter Zərdüştiliyə aid yazısında o zamana kimi Avropada qəbul olunmuş fikirləri alt-üst etdi: ,,Bizim cahil, tez inanmağımız nəticəsində həmişə elə təsəvvür edirdik ki, hər şeyi biz ixtira etmişik və hər şey yəhudilərdən gəlib, nə irsimiz varsa yəhudilərə məxsusdur; ancaq qədim dövrü bir az araşdırdıqda hər şey aydınlaşır”.
Elmi ədəbiyyatda həmişə belə bir fikir mövcud olmuşdur ki, guya Ankvetil dü Perronun Hindistana romantik səyahətindən sonra ,,Avesta”nı fransız dilinə çevirib 1771-ci ildə nəşr etdirməsi ilə Avropa bu möhtəşəm Şərq əsəri ilə tanış olmuşdur. Ə.Zeynalov apardığı tədqiqatlar nəticəsində həmin fikri təkzib edib göstərdi ki, Volter hələ bu nəşrdən 25 il əvvəl yazdığı ,,Zadiq, yaxud tale” əsərində “Avesta”dan istifadə etmiş, 1756-cı ildə qələmə aldığı ,,Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərində isə əsərdən böyük bir parça təqdim etmişdir.
Ə.Zeynalovun tədqiqatlarında Volterin Hindistan mədəniyyətinə baxışı, onların beş min il əvvəl sanskrit dilində Veda və Kasta adlı kitablarını yaratması, Pifaqordan əvvəl (e.ə.585-500) yunanların elm öyrənmək üçün Hindistana gəlməsi, dəqiq elmlərin ilk dəfə Hindistanda yaranması diqqətə çatdırılır.
Alimin əsərlərində qabarıq şəkildə təqdim edilən problemlərdən biri də Volterin türk baxışıdır. Fransız mütəfəkkiri skiflərin, hunların, tatarların, türklərin eyni kökə mənsubluğunu dönə-dönə təsdiq etmişdir. Halbuki, istər Türkiyə, istərsə də Azərbaycanda bu barədə tədqiqatlar çox sonralar aparılmışdır. Əsgər müəllim ciddi axtarışları nəticəsində Volterin türk xalqlarının mənəviyyatına, adət-ənənəsinə, xarakterinə olan maraqlı münasibətini aşkara çıxarmışdır. “Onların adətləri eyni zamanda sərtlik, təkəbbürlülük, zəriflik və incəlikdir. Onlar sərtliklərini əcdadları skiflərdən qoruyub saxlamışlar”, ,,Türklər ifrat dərəcədə məğrurdurlar”.
Uzun illər fransız ədəbiyyatının tədqiqi ilə məşğul olmuş Əsgər müəllim XVIII əsr məşhur fransız filosofu, dramaturqu, yazıçısı, şairi Volterin əsərlərindən orijinaldan istifadə etməklə Azərbaycanda ilk dəfə dahi mütəfəkkirin yaradıcılığı üzrə samballı elmi-tədqiqat əsərləri yazıb çap etdirmişdir. Onun 2001-ci ildə nəşr etdirdiyi “Viktor Hüqo”, bundan 10 il sonra işıq üzü görmüş “O, bir əsr idi” monoqrafiyalarında ədibin zəngin ədəbi irsi peşəkar ədəbiyyatşünas alimin elmi laboratoriyasında dərin təhlilini tapmışdır. Azərbaycan oxucuları Hüqonun yaradıcılığı ilə məhz professor Ə.Zeynalovun yorulmaq bilməyən fəaliyyəti nəticəsində bu qədər yaxından tanış ola bilmişlər. Xüsusən 2-ci əsərində fransız ədibinin “Səfillər”, “Paris Notrdam kilsəsi” romanlarını və Volter, Balzak haqqında publisistik əsərlərini təhlil süzgəcindən keçirməyə çalışmışdır. İri həcmli bu əsərdə eyni zamanda ,,Hüqonun müasirləri” başlığı altında fransız ədibinin müasirləri Düma, Balzak, Jorj Sand, Flober, Mopassan haqqında məqalələr də öz əksini tapmışdır.
Əsgər müəllim Volter yradıcılığından dissertasiya müdafiə etsə də, ədəbiyyatşünaslar arasında daha çox V.Hüqonun tədqiqatçısı kimi tanınmışdır. O, fransız qaynaqlarına əsaslanaraq sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmiş, müsəlman kimi dünyasını dəyişmişdir. Hörmətli alim Hüqonun Məhəmməd peğəmbərə həsr etdiyi “Hicrinin doqquz ili” əsərini orijinaldan dilimizə çevirmişdir. Tədqiqatçı görkəmli fransız yazıçısı Jozef Artur Qobinonun “Şamaxı rəqqasəsi” əsərini Fransadan tapıb Azərbaycana gətirib.
Tədqiqatçı 40-a qədər kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiyalar da Ə.Zeynalovun qələminə məxsusdur. Onun 2018-ci ildə İsveçdə “Volter və Hüqonun Şərq dünyası” adlı monoqrafiyası nəfis şəkildə nəşr olunmuşdur.
Təsadüfi deyildir ki, onun fransız ədəbiyyatı sahəsində apardığı tədqiqatlar nəticəsində gəldiyi elmi nəticələr bir sıra Azərbaycan alimləri ilə yanaşı, Fransa və Türkiyə alimləri tərəfindən də, yüksək qiymətləndirilmişdir: Paris Milli Tədqiqatlar Mərkəzinin prezidenti, Osmanlı dövrünə qədər və Osmanlı dövrü üzrə Beynəlxalq Komitənin prezidenti Jan Lui Bakke Qrammon (Fransa): ,,Mən Əsgər Zeynalovun Bakıda Azəri türkcəsində nəşr olunmuş ,,Fransız ədəbiyyatında Şərq” əsərini böyük maraqla oxudum. Lazımi şəraitin və ədəbiyyatın istənilən dərəcədə olmamasına baxmayaraq, bu dəyərli iş heç vaxt Fransada olmayan bir fransızdilli müəllif tərəfindən həyata keçirilmişdir”. Ə.Zeynalovun əsərləri, yaradıcılığı haqqında bir sıra tanınmış tədqiqatçılar 100-dən artıq məqalə, resenziya yazmış, 150-dən artıq alim onun əsərlərindən istifadə etmişdir.
Viktor Hüqonun latın qrafikası ilə nəşr olunmuş məşhur “Səfillər” romanına 25 səhifədən ibarət geniş ön sözü, 2009 və 2010-cu illərdə nəşr olunmuş ,,Seçilmiş əsərləri”nin ön sözü Ə.Zeynalov tərəfindən, Aleksandr Dümanın(ata) ,,Üç müşketyor”əsərinin ön sözü isə dos.S.Vahabova ilə şərikli yazılmışdır.
Prof.Ə.M.Zeynalov Volter yaradıcılığından müdafiə etsə də, beynəlxalq aləmdə daha çox Hüqonun mütəxəssisi kimi tanınmışdır. Azərbaycanlı alim faktlarla sübut etməyə çalışmışdır ki, dahi fransız ədibi islam dinini qəbul etmişdir. Tədqiqatçı yazır ki, Hüqo ömrünün son günlərində “Qurani-Kərimin”, “Əl-Fatihə” surəsindən “İndinas-surətəl müstəqim”-“Tanrı, özün bizə doğru yol göstər” kəlamını dəfələrlə deyib ağlayırmış. Fransa Senatı Hüqonun İslam dini ilə bağlı yazdı “Hicrinin doqquzuncu ili”, “Məhəmməd”, “Sidr ağacı” əsərlərin 100 il müddətinə nəşrinin qadağan olunması ilə bağlı əmr vermişdi.
Tədqiqatçının “Hüqo islam dinini qəbul etmişdirmi?” məqaləsi onun İngiltərə, Kanada, İsveç və Avstraliyada nəşr olunmuş kitablarında həmin məqalə öz əksini tapmışdır.
Bosniya-Hersaqovinalı alim Enes Kariç Sloveniyada “Preporod” qəzetini 1 iyul, 2017-ci il tarixli nömrəsində nəşr etdirdiyi “Viktor Hüqo Məhəmməd peyğəmbər haqqında” məqaləsində bir neçə dəfə azərbaycanlı alimin Londonda işıq üzü görmüş “Hüqonun Şərq baxışı” (2017) monoqrafiyasına istinad etmişdir.
Yorulmaq bilmədən çalışan zəhmətkeş alim “Fransız ədəbiyyatında Şərq“, ,,İrəvan ziyalıları”, ”Şərq Volter yaradıcılığında”, “Viktor Hüqo”, “Azərbaycan bayatıları Qafqaz regionunda” ,”Altaydan-Altaya”, “İllərin yol yoldaşı” , ”Hara gedir bu qatar?!”, “Orda, bir yurd var uzaqda”, ”Dil və ədəbiyyat tədrisinə dair düşüncələr”, ,,O, bir əsr idi...”, ,,İrəvan məktəbləri”, ,,İrəvan ziyalıları”(İngilis dilində), ,,İrəvan ziyalıları”(Rus dilində) və digər kitabların, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Alimin oxucular arasında ən geniş yayılmış kitabı “İrəvan ziyalıları” əsəridır. “İrəvan ziyalıları” kitabında uzun illərin axtarışları nəticəsində İrəvanda yetişmiş təxminən 150-200 illik soykökə mənsub nəsillərin nümayəndələrini üzə çıxarmışdır. Bu kitabla müəllif əsaslı faktlarla İrəvanın Azərbaycanın əzəli yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiq etməyə çalışmışdır. Əsər dünyanın bir çox ölkələrində nəşr olunub. Rus oxucularının marağını nəzərə alan nəşriyyatlar 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə Moskvada həmin kitabı nəfis şəkildə kütləvi tirajla nəşr etmişlər. Kitab 2016-cı ildə Amerikada da ingilis dilində işıq üzü görüb. Müəllifin digər əsərləri də ABŞ-da çapdan çıxıb: “İrəvan xanlığı...Gerçəkliyin aydınlığı”, “Hüqo-fransız ədəbiyyatının milyarderi” əsərləri; “Hüqo-fransız ədəbiyyatının milyarderi” 2015-ci ildə fransız dilində Fransada, 2016-cı ildə ingilis dilində Almaniyada, “Hüqonon Şərq baxışı” 2016-cı ildə İngiltərədə, “Volter və Hüqonun Şərq baxışı”, Kanadada, “Şərq Volter yaradıcılığında” monoqrafiyası 2017-ci ildə Hindistanda, “Volter və Hüqonun Şərq dünyası” kitabı 2018-ci ildə İsveçdə ingilis dilində nəşr olunub. 2022-ci ildə isə Avstraliyada “İki dahi” monoqrafiyası işıq üzü görmüşdür. Ə.Zeynalovun 10-dan artıq məqaləsi İranda, Rusiyada, Türkiyədə, Serbiyada, Çində, Özbəkistanda çap edilmiş, Fransanın ən nüfuzlu qəzetlərindən biri olan “L’Est Républicain” qəzetinin 11 avqust 2007-ci il tarixli nömrəsində isə onun haqqında “Viktor Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində” adlı məqalə dərc edilmişdir. Parisdə nəşr olunan “Hüqonun Dostları Cəmiyyəti” məcmuəsinin 2013, 2015 və 2016-cı illərdə işıq üzü görmüş nömrələrində dünya şöhrətli fransız alimi Arno Laster Əsgər Zeynalov haqqında məqalələr dərc etdirmişdir. 2014-cü ildə “L’Est Républicain” qəzetində azərbaycanlı alim haqqında yeni məqalə nəşr olunmuşdur. Ə.Zeynalovun həmmüəllif olduğu “Magistr pilləsi üçün proqram” və ali məktəblər üçün “Fransiz dil” dərsliyi Universitetimizin tələbələri tərəfindən geniş istifadə edilir.
Qeyd etmək lazımdır ki, bir sıra tədqiqatçılar, ayrı-ayrı elm, mədəniyyət mütəxəssisləri araşdırmalar aparıb, monoqrafiyalar yazarkən ilkin qaynaq olaraq Ə.Zeynalovun da əsərlərinə müraciət etmiş, Ə.Zeynalovun yaradıcılığı haqqında məqalələr yazmışlar.
Tədqiqatçı alim 2000-ci ildə AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş benəlxalq konfransda əsas məruzəçilərdən biri, 2001-ci ildə İrəvanda YUNESKO-nun xətti ilə keçirilmiş “Cənubi Qafqazda təhsil problemi” Beynəlxalq konfransın iştirakçısı, 2005-ci ildə tərcümə problemi ilə bağlı Bakıda keçirilmiş Beynəlxalq konfransın bölmə sədrlərindən biri, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin IX qurultayına nümayəndə, həmin ilin avqust ayında bir aylıq Fransanın Bözanson şəhərinin Franş Konte Universitetinin Dil Vərdişləri Mərkəzində, 2013-cü ildə Parisdə, 2014-cü ildə yenə də Fransanın Bözanson şəhərində, 2015-ci ildə Qrönobl şəhərində təkmilləşdirmə kurslarında olub, 2009-ci ildə Türkiyənin Ankara şəhərinin Qazi Universitetində keçirilən Beynəlxalq konfransda geniş məruzə ilə çıxış və bölmələrdən birinə sədrlik etmişdir. 2021-ci ildə Türkiyənin Nijde şəhərində keçirilən Beynəlxalq konfransda “Fransız ədəbiyyatında Hun mövzusu” mövzusunda məruzə ilə çıxış etmiş və bölmə sədri olmuşdur. 2022-ci ildə Özbəkistanın Kokand şəhərində təşkil olunmuş konfransda “Attilanın 452-ci il Roma yürüşü” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Tədqiqatçı alim 2014 və 2017-ci illərdə AMEA-nın müxbir üzvlüyünə, 2012, 2014, 2016, 2018 (sonra təxirə salınmışdı), 2020-2022ci illərdə Azərbaycan Respublikasının Dövlət Mükafatına namizəd olmuşdur. Bu yüksək mükafata onun müxtəlif ölkələrdə nəşr olunmuş əsərləri ADU-nun tərəfindən təqdim olunmuşdur. 2021-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” adına təqdim edilmişdir. Əsgər müəllim 1997-ci ildən Jurnalistlər, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. Son 35 ildə Azərbaycanın həyatında elə bir mühüm hadisə yoxdur ki, Ə.Zeynalov ona münasibətini bildirməsin. Qarabağ hadisələri, Xocalı, 20 yanvar faciələri, Birinci və İkinci Qarabağ müharibələri, Yurd həsrəti ilə bağlı 200-dən məqalə yazmışdır. Haqsız hərəkət və çıxardığı qərarlara görə Fransanın müxtəlif dövlət qurumlarına- o cümlədən Fransanın Senatına, Milli Assambleyasına məktublar göndərmişdir. II-ci Qarabağ müharibəsi dövründə və sonrakı vaxtlarda Ə.Zeynalov Kürdəxanı təcridxanasında (3-4 noyabr, 2020), Respublika MTN-də (30 aprel, 2021) Azərbaycan Respublikası Ali Baş Prokurorluğun inzibati binasında (03 may, 2021), Bakı Ağır Cinayətlər Məhkəməsində (21,22,23 iyun) və diqər yerlərdə erməni girov və terroristlərinin istintaqı zamanı erməni dilindən tərcüməçilik etmişdir.
Ə.Zeynalovun yaradıcılığında tərcüməçilik fəaliyyəti mühüm yer tutur. O, Hüqonun, Lui Araqonun,Valmerin, Beranjenin, Müssenin, Apollinerin, Şarl Bodlerin və b. şairlərin şeirlərini orijinaldan Azərbaycan dilinə tərcümə etmişdir. Tədqiqatçı alimin əsərləri Azərbaycan, rus, ingilis və fransız dillərində işıq üzü görmüşdür. Bu gün Ə.Zeynalovun əsərlərinə Türkiyə, Rusiya, Fransa, İran və Almaniya Universitetlərinin kitabxanalarında rast gəlmək olar. O, 10-dan artıq kitabın redaktorudur. ADU-nun “Dil və ədəbiyyat” məcmuəsinin, ’’Azərbaycanda fransız dili” (fransız dilində) jurnalının redaksiya heyətinin üzvüdür. Ə.Zeynalovun birbaşa iştirakı, məsləhəti və əsərlərindən istifadə əsasında ,,Uluxanlı məktəbi-125”, ,,İrəvan və İrəvanlılar”, ,,Mustafa bəy Topçubaşov” və “Bir şair ömrü” sənədli filmləri çəkilmişdir.
Ə.Zeynalov ADU-da “Qarşılıqlı tərcümə problemi”(2004), ,,Volterin türk baxışı”(2011) mövzularına həsr olunmuş seminarlarda, akademik Heydər Hüseynovun 100 illiyi münasibətilə keçirilmiş sessiyada əsas məruzəçi kimi çıxış etmiş(2008), məruzələrin mətnləri jurnallarda dərc olunmuşdur.
Ə.Zeynalovun rəhbərliyi altında iki dissertant artıq müdafiə etmiş, üçüncü dissertant isə dissertasiyasını bitirmək üzrədir. Görkəmli alim bir sıra ali məktəbin ixtisaslaşmış doktorluq Müdafiə Şuralarında opponent, yaxud üzv kimi müntəzəm iştirak edir.
1. Namizədlik dissertasiyasının kodu: 10.01.09 – Folklorşünaslıq
2. Doktorluk dissertasiyasının kodu: 10.01.03 – Azərbaycan ədəbiyyatı, 10.01.05 – Qərbi Avropa, Amerika və Avstrliya ölkələri ədəbiyyatı. Diplom nömrələri: 01065, RDN: 054790, EDN: 0649
Professor Əsgər Zeynalov 2017-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 2018-ci ilin aprelində Özbəkistan Respublikası Maxpirat adına Orta Asiya Xalqları İnstitutunun qərarı ilə Turan Elmlər Akademiyasının akademiki, 2019-cu ildə isə Parisdə “Viktor Hüqonun Dostları Cəmiyyəti”nin üzvü seçilib. O, Özbəkistan Respublikasının Turan Elmlər Akademiyasının “Akademik” diplomu ilə yanaşı, “Akademik” döş nişanı ilə, 2019-cu ildə Türk dünyasındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq Qızıl medalı ilə təltif olunmuşdur.
Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının akademikidır.
Ə.Zeynalov iki dəfə Azərbaycan Jurnalistlər Birliyinin diplomuna, Azərbaycan-Avropa Araşdırmalar Mərkəzinin diplomuna, “Vicdanlı qələm” mükafatına layiq görülmüşdür. “Vətən” mükafatı laureatıdır.
Professor Ə.Zeynalov YAP-ın fəal üzvü kimi Universitetin, eləcə də Respublikanın ictimai həyatında yaxından iştirak edir, Azərbaycan Prezidentinin yürütdüyü daxili və xarici siyasəti bütünlüklə dəstəkləyir və gənclər arasında daim təbliğ edir, Azərbaycanın Avropaya və dünyanın inkişaf etmiş digər ölkələrinə inteqrasiyası istiqamətində Respublikada aparılan işlərə əlindən gələn köməkliyi göstərir. Tələbələr arasında apardığı fəal elmi və ictimai işlərə görə dəfələrlə Universitet rəhbərliyinin təşəkkür və fəxri fərmanları ilə təltif olunmuşdur.
Dosent, Nuriyev Salman Süleyman oğlu - 1980-ci ildə Azərbaycan Respublikasının Maarif Nazirliyinin (indiki Azərbaycan Respublikasının Təhsil Nazirliyi) təyinatı ilə Astara rayonunda İngilis dili müəllimi vəzifəsində çalışmış, 1984 – cü ildə Bakı şəhərinə köçmüş və İnturist Səhmdar Cəmiyyətində tərcüməçi vəzifəsində işləmişdir.
Müxtəlif zamanlarda Bakı Neft Texnikumunda xarici tələbələr üzrə təlimatçı, “Bakİnturbüroda” metodist, “Cəmilə” firmasında direktor, “Eliskom” şirkətində Beynəlxalq Əlaqələr üzrə icraçı direktor, ADU-nun 2 nömrəli İngilis dili fakültəsində tədris işləri üzrə dekan müavini, Odlar Yurdu Universitetində Xarici dillər kafedrasının müdiri, 2007-2017-ci ilə kimi ADU-nun Regionşünaslıq və BM fakültəsinin (indiki BM və İdarəetmə fakültəsi) nəzdində Xarici Dillər kafedrasının müdiri, Tərcümə Araşdırmaları ETL – da böyük elmi işçi vəzifələrində çalışıb.
Sentyabr 1999-cu ildə namizədlik dissertasiyasını müdafiə etmiş, aprel 2000-ci ildə Filologiya elmləri namizədi, alimlik dərəcəsini alıb. 2004-cü ilin mart ayında dosent vəzifəsinə seçilmiş və AAK – nın mövcud qərarı ilə dosent elmi adını almışdır.
Müxtəlif illərdə UNESKO-nun təltifləri müəllifi olmuş, Avropa Komissiyasının “NİROA” (Azərbaycan Universitetlərində Xarici Əlaqələr Ofisləri Şəbəkəsinin yaradılması) adlı Tempus Layihəsinin 2008, 2009, 2010, 2011 – ci illərdə iştirakçısı və koordinatoru olub. Buna görə də Odlar Yurdu Universiteti rəhbərliyi dos.S.S.Nuriyevi elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək Universitetin Elmi Şurasının qərarı ilə onu professor vəzifəsini daşıyan diplomla təltif etmişdir. Bundan başqa dos.S.S.Nuriyev AUDEM Beynəlxalq Konfransın 2008-2010-cu illərdə iştirakçısı olmuş, Almaniyanın Zigen və Bonn Universitetlərində, Polşanın Bıdqoş Universitetində, Yunanıstannın Texnologiya Universitetində, Fransanın Nitse Universitetində, İtaliyanın Genua Universitetində, Norveçin Oslo Universitetində, Macarıstanın Peç Universitetində və s. elm ocaqlarında elmi-pedaqoji treyninq və təcrübələrdə iştirak etmişdir. Dos.S.S.Nuriyevin elmdə toxunduğu sahə - Nanolinqvistikadır.
Hal-hazırda Azərbaycan Dillər Universitetində Elmlər doktoru proqramı üzrə doktoranturaya daxil olmuş, “Müasir İngilis dilində danışıq aktının nanolinqvistik əsasları” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu sahə dünyada yalnız Azərbaycanda tədqiq olunur.
“Neft və Avropa siyasəti, “Diplomatik Əlaqələrin öyrənilməsi”, Beynəlxalq Münasibətlərə dair “Handbook” adlı dərs vəsaitləri, “İngilis – İspan – Azərbaycanca tematik lüğət”, eləcə də elmi məqalələri, proqramları həm ölkə daxilində, həm də xaricdə nəşr olunmuşdur.
Dosent, Sobor Aidə Burzu qızı – 1997-ci ildən ADU - nun Praktik alman dili kafedrasına laborant vəzifəsinə qəbul olunmuşdur. 2000-ci ildən müəllim, 2006-cı ildən isə baş müəllim vəzifəsində çalışır. O, praktik alman dili kafedrasında müəllim işləməklə bərabər filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Müasir alman və rus dillərində “als (nə vaxt) bağlayıcılı tabeli budaq cümləsinin intonasiya xüsusiyyətlərinin müqayisəli-qarşılıqlı təhlili” mövzusunda dissertasiya üzərində də elmi yaradıcılıq işi aparmış və mövzu ilə bağlı on yeddi məqalə və tezislər çap etdirmişdir. Onun namizədlik dissertasiyası “Alman dilinin fonetikası, qrammatikası və tarixi” kafedrasında müzakirə olunaraq müdafiəyə buraxılmışdır. 2010-cu ilin yanvar ayında müvəffəqiyyətlə müdafiə etmişdir. Aidə Sobor kafedranın və universitetin ictimai tədbirlərində fəal iştirak etmişdir. O, 1998 -ci ildən unversitetdə alman dili kurslarında iştirak edir. 2003-cü ildə Goethe İnstitunun Berlin şəhərində keçirilən seminarında iştirak etmiş və sertifikat əldə etmişdir. 2005-ci ildə Avstriyanın Vyana və Rets şəhərlərində kurslarda iştirak etmişdir. 2007-2019-cu illər arasında Almaniyanın Haydelberq şəhərində 3-4 həftəlik F+U Akademiyasında C1-C2 səviyəsində olan kurslarda iştirakçı olmuşdur və sertifiklar almışdır. 2008-ci il ildə Goethe İnstitutunun Hamburg şəhərində seminarda iştirak edib. 2010 və 2017- ci illərdə Almaniyanın Veymar şəhərində yerləşən Goethe İnstitutunun 2 və 3 aylıq stipendiyalarını qazanmışdır, 2011 və 2015-cı illərdə isə DAAD-nin Elmi-tədqiqat işi aparmaq üçün 1 və 3 aylıq stipendiyalarını qazanmışdır. Bundan əlavə Bakıda Goethe İnstitutu tərəfindən Kapellhausda keçirilən 3 illik metodik kurslarda iştirak etmiş və sertifikat almışdır. 2007-ci ilin aprel ayında isə Azərbaycan Dillər Universitetində Pedaqoji kadr hazırlığı adlanan 1 həftəlik “Fəal təlim” kursunda iştirak edib. 2010-cu ilin fevral ayında İntel kursunda iştirak etmiş və müdafiə edərək sertifikatla təmin edilmişdir. 2015 -ci ildə dosent titulunu almışdır. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun dissertantıdır. Doktorluq işinin adı “Azərbaycan-alman bilinqvizmi və onun experimental-fonetik analizi”-dir. 34 məqalə və tezis, 4 proqram (bakalavr və magistr üçün) və 1 dərs vəsaitinin “Alman dili”(II Xarici dil) müəllifidir.
Dosent, Hüseynova Sevinc Ramiz qızı – 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Praktik ingilis dili kafedrasında laborant vəzifəsində çalışıb. 2004-cü ildə Praktik ingilis dili kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyətə başlayıb. 2012- ci ildə həmin kafedranın baş müəllimi vəzifəsinə təyin edilib. 2012-cü ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi adı alıb. 2015- ci ildə II Xarici dil kafedrasında p.f.d dosent vəzifəsinə seçilib. 2017-ci ildən Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının və 2019-cu ildən Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının tam ştat dosentidir. 2023-cü ildən Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti dövründə 30-dan çox elmi məqalənin, tezisin və proqramın müəllifidir.
Baş müəllim Əliyeva Almas Mirzellabdin qızı – 1974-cü ildən SSR-nin 50 illiyi adına Xarici dillər İnstitutunun Fonetika və qrammatika kafedrasında laborant kimi fəaliyyətə başlamışdır. 1977-ci ildə həmin kafedrada baş laborant vəzifəsinə keçmişdir. 1993-cü ildə Alman dilinin tarixi və ölkəşünaslıq kafedrasında müəllim kimi pedoqoji fəaliyyətə başlamışdır. 2000-ci ildə isə baş müəllim keçmişdir. Elə həmin ildə də, Praktik alman dili kafedrasında fəaliyyətə başlamışdır. 2000-2012-ci illərdə həmin kafedrada, 2012-2017-ci ildə isə II Xarici dil kafedrasında baş müəllim kimi çalışmışdır. 2017-2019-cu illərdə Təhsil fakültəsi nəzdində Xarici dillər, 2019-2024-cü illərdə isə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim olmuşdur. 2024-cü ildən hazırki dövrə qədər isə Təhsildə xarici dillər kafedrasında çalışmaqdadır.
Pedoqoji fəaliyyəti dövründə 25 elmi işin müəllifi olmuşdur.
Baş müəllim Tağı-zadə Cəmalə Fuad qızı – 1992-2010-cu illər arasında Azərbaycan dillər Universitetinin Parktik fransız dili kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 2010-2012-ci illər arasında isə baş müəllim kimi çalışmışdır. 2012-2017-ci illərdə II Xarici dil kafderasında, 2017-2019-cu illərdə Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında, 2019-2024-cü illər ərzində isə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2024-cü ildən hazırki dövrə qədər isə Təhsildə xarici dillər kafedrasında çalışmaqdadır.
Pedoqoji fəaliyyəti dövründə 35 məqalə və 3 dərs vəsaiti olmaqla 38 elmi işin müəllifi olmuşdur.
Baş müəllim Səlimli Təmkinə Fərahim qızı - 2001-2004 -cü illərdə Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasında laborant işləyib. 2004-2012-ci illərdə ADU-nun Praktik fransız dili kafedrasında müəllim işləyib. 2012-2016-cı illərdə ADU-nun II Xarici dil kafedrasında müəllim işləyib. 2016-2017-ci ildə ADU-nun II Xarici dil kafedrasında baş müəllim işləyib. 2017-2019-cu illərdə ADU-nun Təhsil Fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim işləyib. 2019-2024-cü illərdə ADU-nun Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2024-cü ildən Təhsil fakültəsində Təhsildə Xarici Dillər kafedrasında baş müəllim vəzifəsində çalışır. Bir çox Respublika və beynəlxalq konfranslarda, təlimlərdə iştirak etmiş və sertifikatlar əldə etmişdir. 2014-cü il 4-5 aprel tarixlərində ADA Universitetində ʺ2-ci Fransız-Azərbaycan təhsil sərgisiʺ forumunda iştirak etmişdir. 2017-ci il 7 noyabr tarixində Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında " I Onlayn Təhsil simpoziumu" nda iştirak etmişdir. 2019-cu il 13 may-10 iyun tarixlərində “Frankafoniyanın formalaşmasına dəstək proyekti” əsasında keçirilmiş treninqdə iştirak etmiş və sertifikat əldə etmişdir.
Pedaqoji fəaliyyəti dövründə 14 məqalə və 4 tezis olmaqla ümumilikdə 18 elmi işin müəllifidir.
Baş müəllim Rəhmanova Sevinc Nurağa qızı – 1992-ci ildən APXDİ-nin Praktik alman dili kafedrasında əvvəl laborant sonra isə 1993-cü ildə baş laborant kimi fəaliyyət göstərib. 1993-cü ildən 2005-ci ilə qədər APXDİ-nin Praktik alman dili kafedrasında müəllim, 2005-ci ildən etibarən II Xarici dillər kafedrasında baş müəllim kimi çalışmağa başlayıb. Hal- hazırda ADU-nun Təhsildə xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışır.
25 elmi işin müəllifidir. Bu elmi məqalələr müxtəlif jurnallarda çap olunmuşdur.
Baş müəllim Qəhrəmanova Səyyarə Cəlil qızı – 1983-cü ildə SSRİ-nin 50 illiyi adına ADİ-ni bitirib. Təyinat ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndinə göndərilib. 1986-cı ildə isə Külüs kəndinə təyin edilib. 1992-ci ildə ADU-nun alman dili kafedrasında laborant kimi fəaliyyətə başlayıb. 1992-ci ilin oktyabr ayından baş laborant kimi fəaliyyətini davam etdirib. 1993-cü ildən həmin kafedraya müəllim təyin olunub. 2000-ci ildən isə həmin kafedrada baş müəllim kimi fəaliyyətini davam etdirib.
Pedaqoji fəaliyyəti dövründə 28 məqalə və 10 tezisin müəllifidir.
Baş müəllim Mahmudova Dilbər Mirəhməd qızı – 1999-2012-ci illərdə Praktik fransız dili kafedrasında pedoqoji fəaliyyətə başlamışdır. 2012-2017-ci illərdə II Xarici dil kafedrasında müəllim kimi çalışmışdır. 2017-ci ildən isə baş müəllim keçmişdir. 2017-2019-cu illərdə Təhsildə Xarici dillər kafedrasında baş müəllim kimi çalışmışdır. 2019-2024-cü illər ərzində Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2022-ci ildə tam ştat baş müəllim vəzifəsinə təyin edilmişdir. 2024-cü ildən hazırki dövrə qədər isə Təhsildə xarici dillər kafedrasında çalışmaqdadır.
Baş müəllim Rəcəbova Südabə Şəmsəddin qızı – 1992-ci ildə APXDİ-nin ingilis dili (2-ci xarici dil) kafedrasında əvvəlcə laborant, 1994-cü ildə baş laborant kimi fəaliyyətə başlamış, həmin ildə müsabiqədən keçərək tam ştat müəllim, 1999-cu ildən tam ştat baş müəllim vəzifəsində işləyir. Hal-hazırda ADU-nun Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışmaqdadır.
2012-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin dissertantı olaraq, “İngilis dilində rəsmi-işgüzar üslub” (5708.01 – German dilləri) mövzusunu 2023-cü ildə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmişdir.
26 məqalə, 5 tezis və 5 proqram müəllifidir.
Baş müəllim Ruhlanə İdris qızı Bağırova – 2011-cü ildən 2013-cü ilədək ADU-nun II Xarici dil kafedrasında laborant kimi çalışmış, 2013-cü ildən 2017-ci ilədək isə həmin kafedrada müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında alman dili müəllimi kimi çalışmaqla yanaşı, kafedra müdirinin müavini vəzifəsində də çalışıb. 2019 - cu ildən Təhsil - 2 fakültəsinin Fakültə Elmi Şurasının katibidir. 2024-cü ildən isə ADU-da yeni yaradılmış Təhsil fakültəsinin Elmi Şurasının elmi katibidir. Dövlət İmtahan Mərkəzinin magirstratura və doktorantura şöbəsinin alman dili üzrə ekspert və markeridir. Hal-hazırda Təhsil fakültəsi nəzdindəki Təhsildə xarici dillər kafedrasının alman dili üzrə baş müəllimi, bölmə rəhbəri və kafedra müdiri müavini kimi vəzifəsini davam etdirir.
Ruhlanə İdris qızı Bağırova 2017-ci ildə müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik- 5714.01 ixtisası üzrə ,, Alman dilində partisipli cümlələr və onların Azərbaycan dilində qarşılıqlarının semantik və funksional xüsusiyyətləri” adlı dissertasiya işi ilə doktoranturaya qəbul olmuşdur. Alman dilinin fonetikası və qrammatikası kafedrasının sabiq dissertantıdır. Müdafiə ərəfəsindədir.
Bu illər ərzində Ruhlanə İdris qızı Bağırova respublika və beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Dissertasiya mövzusu ilə bağlı 3-si xaricdə olmaqla 10 məqaləsi, 4 tezisi (2-si Respublika, 1-i xaric və 1-i isə Azərbaycanda Beynəlxalq konfransda) nəşr olunmuşdur. Bağırova Ruhlanə İdris qızı həm Respublikada, həm də xarici ölkələrdə bir sıra seminar və təkmilləşdirmə kurslarında iştirak etmiş, beynəlxalq dərəcəli sertifikatlar ilə təltif olunmuşdur.
Baş müəllim, Cəbrayılova Sevinc Xaliq qızı – 1984-1989-cu illərdə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun ingilis dili (müəllimi) fakültəsində təhsil almışdır. 1997-ci ildən Azərbaycan Dillər Universitetində müəllim kimi, daha sonra baş müəlim kimi fəaliyyət göstərib. Pedaqoji fəaliyyəti dövründə 25-dən çox məqalə və tezisin müəllifidir. Universitetdə keçirilən beynəlxalq və elmi praktik konfranslarda hər zaman fəal iştirak edir.
Baş müəllim, Əsgərova Xumar Yarəmməd qızı – 2014-2017-ci illərdə ADU-nun II Xarici dil kafedrasında yarım ştat müəllim, 2017-2022-ci illərdə ADU-nun Təlimdə innovasiyalar kafedrasında yarım ştat baş müəllim vəzifəsində çalışmışdır. 2022-ci ildən Təhsil fakültəsi nəzdində Təhsildə xarici dillər kafedrasında yarım ştat baş müəllim vəzifəsində çalışmaqdadır. 2024-cü ildən isə Təhsildə xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışır.
2013-cü ildən 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə ADU-nun dissertantıdır. 29 yanvar 2018-ci il tarixində “Fransız və Azərbaycan dillərində rəng bildirən sifətlər” adlı dissertasiya işinin ADU-nun Ümumi dilçilik və Fransız dilinin fonetikası və qrammatikası kafedralarının birgə iclasında ilkin müzakirəsi, 07 noyabr 2024-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda seminar müzakirəsi keçirilmişdir.
Bu illər ərzində müxtəlif tədbirlərdə, eləcə də yerli və beynəlxalq konfranslarda, təlim və seminarlarda iştirak etmişdir.
X.Y.Əsgərova ümumilikdə 30 elmi işin – onlardan 12 məqalə, 13 tezis, 1 dərs vəsaiti, 1 lüğət və 1 proqramın müəllifi, 1 lüğət və 1 proqramın isə həmmüməllifidir.
Baş müəllim, Həsənova Könül Sürdar qızı – 2003-cü ildən Azərbaycan Dillər Univeristetində müəllim vəzifəsində çalışır. 2018-ci ildən Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimidir. Britiş Konsulda keçirilən bir çox treyninqlərdə aktiv şəkildə iştirak edir. Pedaqoji fəaliyyəti dövründə 15-dən çox elmi məqalənin, tezislərin müəllifidir.
Baş müəllim, Quliyeva Nigar Əsgər qızı – 2003-cü ildən ADU-nun II Xarici dil kafedrasında tam ştat müəllim kimi fəaliyyətə başlamışdır. 2024-cü ildən Təhsildə xarici dillər kafedrasında tam ştat müəllim kimi çalışır. 2014-cü ildə ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantıdır. “Funksional üslublar sosial linqvistik paradiqmalar kimi” adlı elmi iş üzərində işləyir. 2014-cü ildə DAAD proqramı ilə tədaqüd qazanaraq Almaniyanın Frayburq şəhərində Alman Pedoqoji Universitetində təhsil alınb.
14 məqalənin müəllifidir.
Baş müəllim, Məmmədova Lətifə Məcid qızı – 1972-ci ildə ADU-nun Praktik Alman dili kafedrasında müəllim, 1986-cı ildən isə baş müəllim kimi fəaliyyət göstərir. 2012-2017-ci illər arasında ADU-nun II Xarici dillər kefdrasında baş müəllim, 2017-2019-cu illərdə Təhsildə Xarici dillər kafedrasında, 2019-2024-cü illərdə isə Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş müəllim olmuşdur. 2024-cü ildən hazırkı müddətə qədər isə Təhsildə Xarici dillər kafedrasında baş müəllim kimi çalışmaqdadır.
Pedoqoji fəaliyyəti dövründə 24 məqalə və 4 tezisin müəllifi olmuşdur.
Baş müəllim Abbasova Yazgül Mirəli qızı- 1997- 2012- ci illərdə Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasında baş laborant və saathesabı müəllim kimi fəaliyyət göstərib. 2012 - 2017 -ci illərdə ADU-nun II Xarici dil kafedrasında müəllim kimi çalışıb. 2018-ci ildə ADU-nun II Xarici dil kafedrasında baş müəllim vəzifəsinə seçilib. 2024-cü ildən Təhsil fakültəsində Təhsildə Xarici Dillər kafedrasında baş müəllim vəzifəsində çalışır. Bir çox Respublika və beynəlxalq konfranslarda, təlimlərdə iştirak etmiş və sertifikatlar əldə etmişdir. 2013-cü il 25-27 sentyabr ayında Tempus Ritsa layihəsinin yekun konfransında iştirak etmişdir. 2014-cü il 4-5 aprel tarixlərində ADA Universitetində ʺ2-ci Fransız-Azərbaycan təhsil sərgisiʺ forumunda iştirak etmişdir. 2017-ci il 9 dekabr tarixində ADU-da "Təlim Menecment Sistemi" adlı təlimdə iştirak etmişdir. 2019-cu il 13 may-10 iyun tarixlərində “Frankafoniyanın formalaşmasına dəstək proyekti” əsasında keçirilmiş treninqdə iştirak etmiş və sertifikat əldə etmişdir. 2023-cü il 30-31 avqust tarixlərində “The Heritage and Culture of the Jews in the North and East Caucasus” adlı Beynəlxalq konfransda “Development of multiculturalism as a state policy in Azerbaijan” adlı tezislə çıxış etmişdir.
Pedaqoji fəaliyyəti dövründə 6 məqalə və 6 tezis olmaqla ümumilikdə 12 elmi işin müəllifidir.
Müəllim Abdullayeva Jalə Tofiq qızı – 2009-cu ildə Azərbaycan Dillər Universitetinin “II Xarici dil” kafedrasında laborant kimi fəaliyyət göstərib. 2013-cü ildə “II Xarici dil” kafedrasında 0.5 ştat müəllim kimi pedoqoji fəaliyyətə başlayıb. 2017-ci ildən Təhsil-2 fakültəsi nəzdində “Xarici dillər” kafedrasının 0.5 ştat, 2022-ci ildən isə tam ştat müəllimi vəzifəsinə təyin edilmişdir. 2024-cü ildən isə Təhsildə xarici dillər kafedrasında müəllim vəzifəsində çalışmaqdadır.
J.T.Abdullayeva 5 elmi məqalə və 7 tezis müəllifidir. Universitet daxili və universitetdən kənar keçirilən beynəlxalq və elmi-pratik konfranslarda iştirak edib. 2008-ci ildə DAAD-nin keçirtdiyi imtahanlarda uğurlu nəticə göstərərək Almaniyanın Heydelberq şəhərində “Ruprecht-Karls” universitetində dil kursuna təqaüd qazanmışdır. Bununla yanaşı o, öz biliyini təkmilləşdirmək üçün universitetin tərkibində fəaliyyət göstərən Germanistika İnstitutunun təşkil etdiyi təlimlərdə mütəmadi olaraq iştirak edir və əldə etdiyi bilikləri öz həmkarları və tələbələri ilə bölüşür.
“Müasir cəmiyyətdə alman dilinin əhəmiyyəti və onun qramatik tətbiqi xüsusiyyətləri” adlı məqaləsi Türkiyədə çap edilmişdir.
Müəllim, Veyisova Əsmər Tofiq qızı – 2015-ci ildən ADU-nun Əlavə təhsil və ixtisasartırma fakültəsində saat hesabı müəllimə kimi çalışmışdır. 2017-ci ildə ADU-nun Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında laborant kimi fəaliyyətə başlamışdır. 2018-ci ildən AMEA-nın Folklor İnstitutunun dissertantıdır. “Azərbaycan və İngilis lətifələrinin tipologiyası” (Folklorşünaslıq 5719.01) adlı dissertasiya mövzusunun üzərində çalışmaqdadır. 2021-ci ildən etibarən ADU-nun Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında baş laborant vəzifəsinə keçmişdir. 2022-ci ildən Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışır. 2024-cü ildə isə Təhsildə xarici dillər kafedrasında müəllim və eyni zamanda da, baş laborant vəzifəsində çalışır.
Bu illər ərzində müxtəlif tədbirlərdə, eləcə də yerli və beynəlxalq konfranslarda, təlim və seminarlarda iştirak etmişdir.
3 Məqalə və 2 tezisin müəllifidir.
Müəllim, baş laborant Məmmədli Aysel Əli qızı – 2013-cü ildən ADU-nun II Xarici dil kafedrasında laborant kimi fəaliyyət göstərib. 2014-cü ildən ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının doktorantıdır. “Müasir fransız dilində konstativ söyləmlərin koqnitiv təhlili” (Roman dilləri-5709.01) adlı dissertasiya mövzusu üzərində çalışmaqdadır. 2019-cu ildən isə Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasında baş laborant kimi çalışıb. 2023-cü ildən Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışmaqdadır. 2024-cü ildə isə Təhsildə xarici dillər kafedrasında müəllim və eyni zamanda da, baş laborant vəzifəsində çalışmaqdadır.
Bu illər ərzində müxtəlif tədbirlərdə, eləcə də yerli və beynəlxalq konfranslarda, təlim və seminarlarda iştirak etmişdir.
8 Məqalə və 8 tezis olmaqla ümumilikdə 16 elmi işin müəllifidir.
“Some facts about constative and performative sentences, and their experimental-phonetic analysis (basing on French exemples)” adlı məqaləsi İngiltərədə, “Danışıq aktı: Lokutiv, illokutiv və perlokutiv aktlar” adlı məqaləsi İsveçdə, “Danışıq aktı nəzəriyyəsində ünsiyyətin yaranması və onun nəticəsinin fəlsəfi aspektləri” adlı məqaləsi isə Türkiyədə çap olunmuşdur. Məmmədli Aysel Əli qızı həm Respublikada, həm də xarici ölkələrdə bir sıra seminarlarda iştirak etmiş və beynəlxalq dərəcəli sertifikatlar ilə təltif olunmuşdur.
Müəllim, Kərimli Sevinc Tahir qızı - 2018-ci ildən ADU-nun German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasında tam ştat laborant kimi işə başlamışdır, 2021-ci ildə laborant vəzifəsi saxlanılmaqla həmin kafedrada 0,25 ştat müəllim vəzifəsinə keçrilmişdir. 2022-ci ildə Təhsil -2 fakültəsi nəzdnində Xarici dillər kafedrasında 0,5 ştat müəllim vəzifəsinə keçmişdir. 2024-cü ildən isə Təhsildə xarici dillər kafedrasında müəllim vəzifəsində çalışır.
Bu illər ərzində müxtəlif tədbirlərdə, eləcə də yerli və beynəlxalq konfranslarda, təlim və seminarlarda iştirak etmişdir.
7 tezisin müəllifidir.
Müəllim, Bayramova İlahə Əliəshab qızı - 2005-ci ildən Azərbaycan Dillər Universitetinin Praktik alman dili kafedrasında laborant kimi fəaliyyət göstərib. 2009-cu ildən II Xarici dil kafedrasında 0,5 ştat müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 2014-cü ildən ADU-nun Alman dilinin qrammatikası və fonetikası kafedrasının sabiq dissertantıdır. “Müasir alman və Azərbaycan dillərində sifətin komparativlik sahəsi” (Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik - 5714 indeksi üzrə) adlı dissertasiya mövzusu üzərində çalışmışdır. Hal-hazırda müdafiə ərəfəsindədir. 2017-ci ildən Təhsildə Xarici dillər kafedrasının müəllimidir.
İ.Ə.Bayramova 12-dən artıq elmi məqalə və tezis müəllifidir. Universitet daxili və universitetdən kənar keçirilən beynəlxalq və respublika elmi praktik konfranslarda iştirak etmişdir. “Положительная степень сравнения как номинальная форма прилагательного”, “Features of the expression of the main form (positive form), acting as a basic component of the field of comparative adjectives in german and azerbaijani languages” adlı məqalələri Ukraynada, “Выразительные особенности сравнительных отношений в компаративном поле прилагательного на немецком языке” adlı tezisi Moskvada çap olunmuşdur.
Müəllim, Həmidova Nigar Şirxan qızı – 2015-ci ildən ADU-nun İngilis dilinin qrammatikası kafedrasında laborant vəzifəsində işə başlamışdır. 2017-ci ildə Xarici dillərin tədrisi meodikası kafedrasında tam ştat müəllim ki fəaliyyət göstərmişdir. 2024-cü ildən isə Təhsildə xarici dillər kafedrasında pedoqoji fəaliyyətini davam elətdirməkdədir.
“Akademik diskursun praqmatikası” adlı disseratsiya işi üzərində çalışmaqdadır, 12 məqalə və 3 tezisi var.
Baş laborant Əliyeva Dürdanə Tofiq qızı – 2001-ci ildə İngilis dilinin leksikologiyası kafedrasında laborant kimi fəaliyyətə başlamışdır. 2004-cü ildən isə eyni kafedrada baş laborant vəzifəsinə keçirilmişdir. 2023-cü ildən Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasına baş laborant kimi çalışıb. 2024-cü ildən Təhsildə xarici dillər kafedrasında baş laborant vəzifəsində çalışır.
1 Məqalənin müəllifidir.