Kafedralar

                            RUS DİLİ VƏ ƏDƏBİYYATI KAFEDRASI

1972-ci ildə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin təşəbbüsü ilə o dövrdə mövcud olan vahid M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunun bazasında  iki institut -  M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutu  və  SSRİ-nin 50 illiyi  adına Xarici Dillər İnstitutu.

SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun tərkibində də  o dövrdə rus dili və ədəbiyyatı kafedrası  fəaliyyətə başlamışdır. Ümumi işçilərinin sayı 20 nəfər olan  kafedranın müdiri vəzifəsinə ped. elmlər namizədi, dosent Yabbarov G.A. təyin edilmişdir.  Həmin vaxtdan  etibarən “Filologiya və jurnalistika” ixtisası lisenziyalaşdırılmışdır. Kafedra istiqamətləri üzrə mütəxəsis filoloq və jurnalist kadrları hazırlığı həyata kecirilirdi. Kafedranın işi çərçivəsində aşağıdakı elmi istiqamətlər mövcud idi:

1. “Müasir rus dili”;

2. “Rus dili və nitq mədəniyyəti”;

3. “Müasir rus ədəbiyyatşünaslığının aktual problemləri”,  ixtisas bazasını təşkil edən  və cümlədən seçmə fənlər.

Bir müddət sonra “Rus dili xarici dil kimi” əlavə ixtisasına lisenziya verilməsi qərara alındı. Tələbələr əsas ixtisası əldə etməklə paralel olaraq 1-ci kursdan başlayaraq xarici dilləri öyrənmək imkanı əldə etmişlər. Dil kurslarını bitirdikdən sonra məzun ixtisası üzrə ali təhsil haqqında diplom alır.

Tədris dövründə filologiya fakültəsinin tələbələri əldə etdikləri bilik, bacarıq və vərdişləri ixtisasın tədris planında nəzərdə tutulmuş tədris, istehsalat, diplomqabağı təcrübə prosesində tətbiq etmək imkanı əldə etmişlər. İxtisası bitirdikdən sonra aşağıdakı sahələrdə işləyə bilər:

1. təhsil (müəllim, tərcüməçi);

2. nəşriyyat fəaliyyəti (redaktor, bəddi redaktor, korrektor, menecer);

3. sənəd dövriyyəsi (analitik, katib köməkçisi, ofis idarəetmə strukturlarının rəhbəri);

4. kütləvi kommunikasiyalar (ictimaiyyətlə əlaqələr, jurnalistika, reklam)

Bir qədər sonra, 2008-ci ildə siyasi- iqtisadi  tələblər müstəvisində yuxarıda qeyd olunan ixtisasların buraxılış  funksiyası və dərəcələri saxlanılmaqla kafedralar ümumi Xarici dillər adı altında birləşdirilmişdir, Jurnalistika ixtisası isə  müstəqil fakültə kimi fəaliyyət göstərir.

20 Dekabr 2024 ildə Azərbaycan Dillər Universitetində ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə “Rus dili və ədəbiyyatı” kafedrası açılmışdır (Təhsil fakültəsi nəzdində rus dili xarici dil kimi ixtisasına əsaslanmış). Acılışda Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri M. N.Yevdokimov,  iki ölkə arasında elmi və mədəni mübadilə imkanlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində atılan bu addımın xüsusi əhəmiyyətini vurğulamışlar. Kafedra müdiri  vəzifəsinə prof. Əliev M.A. seçilmişdir.

Hal hazırda kafedranın professor-müəllim heyəti Təhsil, Filologiya, Beynəlxalq münasibətlər fakultələrin və magistratura şöbəsində tədris edirlər.

 

       Kafedra üzvləri

Ümumilikdə kafedrada 16 əməkdaş fəaliyyət göstərir: onlardan 11  nəfəri tam ştat, 5 nəfəri  0.5 ştat, 1 nəfər professor vəzifəsində  çalışır

 

Soyad ad ata adı

Vəzifə elmi dərəcə

Ştat

1

Əliyev Məmməd Arif oğlu

   k/m, prof, f.e.d

          1

2

Həmidova Leyla İlyas qızı

      dos., fil.f.d       

        1

3

Babayeva Zülfinaz Məmmədbağır qızı

      dos., fil.f.d

        1

4

Mirzəyeva Vüsalə Kamilpaşa qızı

      b/m, F.f.d

        1

5

Abbaslı Aidə Bəhram qızı

           b/m

       0,5

6

Baxşiyeva Fidan Sürət qızı

      dos, f.e.d

        1

7

Vəlağayeva Məlahət Namət qızı

           b/m

        1

8

Ağayeva Nailə Adil qızı

           b/m

        1

9

Həşimi Afət Tofiq qızı

           b/m

        1

10

Mehdiyeva Aytəkin Baxşəli qızı

             m.

       0,5

11

Zeynalova Süzan Sakit qızı

             m.

       0,5

12

Rəhimova Sabina Həsən qızı

           b/m

        1

13

Paşayeva Tahirə Sirac qızı

           b/m

       0,5

14

Ağakişiyeva Arzu Meybulla qızı

       dos., f.f.d

        1

15

Axundova Püstə Afət qızı

       dos., p.f.d

        1

16

Vəkilova Nailə Canbaxış qızı

            b/m

       0,5

 

Təhsildə Rus dili və Ədəbiyyat kafedrasında bakalavr pilləsi üzrə tədris olunan fənlər

Dil bacariqlari 1

Dil bacariqlari 2

Dil bacariqlari 3

Dil bacariqlari 4

Dil bacariqlari 5

Dil bacariqlari 6

Praktik qrammatika

Kommunikativ qrammatika 1

Kommunikativ qrammatika 2

Rus dilinin orfoqrafiyasi

Fonetika

Kommunikativ fonetika

Rus dilinin tedrisi metodikasi – 1

Rus dilinin tedrisi metodikasi – 2

Rus dilinin leksikologiyasi

Olkesunasliq

Rus dilinin uslubiyyati

Secme fenn

Rus dilinin leksikoqrafiyasi

Rus dilinin morfologiyasi

Rus dilinin tedrisinde İKT

Rus dilinin sintaksisi

Akademik yazi ve oxu

Linqvistik komprativistika (rus)

Rus edebiyyati

Pedaqoji tecrube

İxtisasyonumlu xarici dil (rus)

.

.

.

.

Xaqrici dilde İAK 1 (rus)

Xaqrici dilde İAK 2 (rus)

Xaqrici dilde İAK 3 (rus)

Oyrenilen esas dil-1

Oyrenilen esas dil-2

Oyrenilen esas dil-3

Oyrenilen esas dil-4

Komporativ qrammatika (rus dili, azerb. dili)

Rus dilinin nezeri fonetikasi

Uslubiyyat ve ritorika

Olkeşunasliq

Dil tarixi

Istehsalat tecrubesi

Şifahi xalq edebiyyati

Olke edebiyyati tarixi-1

Olke edebiyyati tarixi-2

Olke edebiyyati tarixi-3

Olke edebiyyati tarixi-3

Olke edebiyyati tarixi-4

Secme fenn

Rus dilinin nezeri fonetikasi

Muasir rus orfoqrafiyasinin esaslari

Rus dilinin kommunikativ qrammatikasi

Rus frazeologiyasi ve paremiologiyasi

XX esr qadin edebiyyati

Rus dili

Dil ve edeb-in tedrisinin tarixi ve metod

Tedqiqat usullari

Kompyuter linqvodidaktikasi

Dil ve edeb-in tedrisinin muasir prob

Dil telimi materiallari ve qiymetlendirme

Dil ve edeb-in ted metodikasi

Innovativ qiymetlendirme

Tehsilde innovasiyalar

Dil oyrenme strategiyalari

Muellim hazirliginda med-arasi kompetensi

Magistr isine rehberlik

Ixtisas olkesinin edebiyyati

Edebi metnler uzerinde is

Secme fenn

Edebiyyatin tedrisi

Edebi diskurs

Magistr isine rehberlik

Təhsildə xarici dillər kafedrasının müəllimləri haqqında qısa məlumat

Əliyev Məmməd Arif oğlu — fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2020-2024). Məmməd Əliyev Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, 2017-ci ildən Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri kimi çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.

M. Əliyev dinlərarası dialoq, nitq etiketi və sosial-etik problemlər ilə məşğul olur. O, 15 yanvar 1992-ci ildə Azərbaycan Dövlət Universitetində "Mənəvi dəyərlərin dini anlayışı" mövzusunda dissertasiya işini müdafiə edib. 3 aprel 1992-ci ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elmi rəhbəri f.e.d., professor Yusif İman oğlu Rüstəmov olub. 21 iyun 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Məmməd Arif oğlu Əliyevə Fəlsəfə kafedrasının dosenti elmi adı verilmişdir.

Fəlsəfə elmlər doktoru alimlik dərəcəsini almaq üçün "İslam və xristianlığın qarşılıqlı mənəvi – tarixi təsiri" mövzusunda dissertasiya işi yazmış və 2008-ci ildə müasir dünyada dinlərarası dialoqa həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir. 2 sentyabr 2009-cu il Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona elmlər doktoru elmi dərəcəsi verilmişdir.

5 fevral 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan tarixi və ictimai elmlər kafedrası üzrə professor elmi adı verilmişdir.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 13-cü sayından jurnalın "Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

Məmməd Əliyev 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının pofessoru olub, həmin universitetin Beynəlxalq Münasibətlər və Reqionşünaslıq, Tərcümə fakültələrində "Məntiq", "Din tarixi", "Fəlsəfə" fənlərini tədris edib. Hal-hazırda Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.

 

 

Elmi əsərləri

50-dən artıq elmi və metodik əsərin müəllifidir. O cümlədən:

  • Milli dinlər. (metodik vəsait). Bakı, "Mütərcim" 1994.
  • Dünyəvi dinlər. I hissə, Bakı, "Mütərcim", 1996.
  • İbtidai dinlər. Bakı., 2002.
  • Miili dəyərlərin dini anlayışı. Monoqrafiya, B. "Kitab Aləmi", 2005.
  • İslam-xristian dialoqu: tarix, müasirlik, perspektivlər. Monoqrafiya, Bakı."Kitab Aləmi", 2007.
  • Polşada fəlsəfi fikir. (metodik vəsait). Bakı, "Kitab aləmi", 2009.
  • Çexiyada fəlsəfə və sosial-siyasi fikir. (metodik vəsait). Bakı, Kitab aləmi, 2010.
  • "Məntiq" məsələlərinin hazırlıq kitabı. Dərs vəsaiti. Bakı, Mütərcim, 2010.
  • "Din tarixi". Metodik tədris vəsaiti. Bakı, Mütərcim, 2010.
  • "Məntiq"dən praktik məşğələlər üçün dərs vəsaiti. Bakı, 2018

 

 

Həmidova Leyla İlyas qızı  2001 – ci ildə Bakı Slavyan Universitetinin “Filologiya. Rus dili” ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə “Dilşunaslıq” ixtisası üzrə maqistratura şöbəsini bitirmişdir. 2004-2007 – ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllım, 2007–2011 ci illərdə Bakı Slavyan Universitetinin tərcümə kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2008-ci ildə namizədlik disertassiyasını müdafiyə etmiş, filologiya elmləri üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 2012 – ci ildən hal hazıradək  Azərbaycan Dillər Universitetinin  dosentidir.

Bir sıra kitab, dərslik  və elmi əsərlərin müəllifidir, o cümlədən:

1..“Azərbaycanca-rusca, rusca-azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti ;

2.“Tərcümədən praktikum” dərs vəsaiti  ;

3. “Cпецифика перевода архаико-реликтовых словесных комплексов с русского языка на азербайджанский ” adlı tədris – metodik vəsaiti;

4.“Русский язык как иностранныйdəslik ;

5.“Azərbaycan dilinin frazeologiya lüğəti” (iri həcmli / həmmüəllif).

Dos. L.İ. Həmidovanın elmi məqalələri ölkəmizdə və xarici ölkələrdə (Rusiya, Polşa, Amerika, Almaniya,Özbəkistan, Gürcüstan) çap edilmişdir: Conceptosphere in translation of sustainable word complexes (on the base of Russian, Azerbaijani and English languages); Лингвокогнитивный аспект перевода устойчивых словесных комплексов;Структурно-семантический аспект перевода УСК (на материале русского и азербайджанского языков) və s.  Bir neçə beynəlxalq  ixtisasartırma sertifikatları ilə təltif olunmuşdur:  «Сертификат о повышении квалификации «Актуальные проблемы регионоведения, лингвистики, лингводидактики и межкультурной коммуникации - Московский государственный лингвистический университет»; «Актуальные вопросы современной науки и практики - Российская Федерация г.Чистополь»; «Certificate - VI International Scientific and Practical Conference- Scientific Community Interdisciplinary Research - Hamburg Germany»;Certificate - II International Scientific and Practical Conference - Scientific Goals and Purposes in XXI Century - Seattle USA»«Современные проблемы филологии и методики преподавания иностранных языков - Российская федерация г.Астрахань»; «Русский язык за рубежом:инновационнные подходы и эффективные практики открытого образования -Узбекистан, Ташкент»; «Women’s lead in combating security challenges and transforming regional political environment - signed by Canada».

 

 

    Zülfinaz Məmmədbağır qızı Baba

  Filologiya üzrə fəlsəfə doktoru, dosent

Mən, Babaşova Zülfinaz Məmmədbağır qızı, 1946-cı ildə Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olmuşam.

1964-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı  fakültəsinə daxil olmuşam və 1969-ci ildə bitirmişəm. 1969-cu ildən həmin institutda baş laborant,  sonra isə müəllim kimi fəaliyyətə başlamışam.

1972-1975-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasının əyani şöbəsində təhsil almışam və “Сопоставление основных типов интонационных конструкций в русском и азербайджанском языках” adlı dissertasiyanı 1976-cı ildə müdafiə etmişəm. Həmin ildə  M.F.Axundov adına Azərbaycan Pedaqoji rus dili və ədəbiyyatı institutunda Rus dili müəllimi vəzifəsində çalışmağa başlamışam.

1978-1986-ci illərdə Moskva şəhərinin Elmi-tədqiqat institutunda «НИИ национальных школ МП РСФСР» elmi işçi vəzifəsində çalışmışam.

1986-1993-cü illərdə Azərbaycan Dillər Universitetində baş müəllim, dosent vəzifəsində çalışmışam.

1991-ci ildə dosent elmi adı almışam.

1993-1998 illərdə Azərbaycan Dillər İnstitutunun Rus dili kafedrasının müdiri vəzifəsində çalışmışam.

1998-ci ilin dekabr ayından Azərbaycan Dillər Universitetində dosent vəzifəsində işləyirəm.

1998-ci ilin sentyabr – dekabr aylarında Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda rus dili ixtisası üzrə tam ixtisasartırma kursu keçmişəm.

2006-ci ilin mart ayında Ali təhsil müəssisəsində müasir tədris metodları ilə əlaqədar treninqdə iştirak etmişəm.

2017-ci ilin dekabr ayında Bakıda Rusiyanın Puşkin adına Rus Dili İnstitutunun mütəxəssislərinin rəhbərliyi altında «Русский язык в глобальном образовательном пространстве (актуальные вопросы)» adlı ixtisasartırma kursda iştirak etmişəm.

          Bir çox respublika və beynəlxalq səviyyəli elmi konqres və konfranslarda öz elmi məqalələrimlə çıxış etmişəm: İspaniya (Granada şəhəri, 2015 il), Polşa (Varşava şəhəri, 2016 il), Qazaxıstan (Astana şəhəri, 2019 il), Rusiya (Moskva şəhəri, 2019 il), Rusiya (Sankt-Peterburq şəhəri, 2023 il).         

          70 elmi məqalə və tezisin, o cümlədən 2 monoqrafiyanın (onlardan biri həmmüəllif),  3 dərs vəsaitinin,  rus  dili fənni üzrə 4 proqramın müəllifiyəm.      

 

 

 

Abasli Aida Bəhram qızı                                                                                   

Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi

Mən Abaslı Aida Bəhram qızı 12 aprel 1967-ci il Bakı şəhərində anadan olmuşam. 1974-1982-ci illərdə Əzizbəyov (Xəzər) rayonu 183 saylı orta məktəbdə təhsil almışam. 1982-1986-cı illərdə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbində, 1987-1992-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (Bakı Slavyan Universiteti) təhsil almışam. 

        İnstitutu bitirdikdən sonra 1986-2004-cü illərdə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu 124 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışam. 2004-cü ildə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun Kompüter təlimi kursunu bitirmişəm.

        2004-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin rus dili kafedrasında rus dili müəllimi vəzifəsində çalışmışam. 2007-2011-ci illərdə Azərbaycan Turizm İnstitutunda baş müəllim və ATİ-nin dekan müavini (ictimai əsaslarla) vəzifəsində çalışmışam. 2012- 2016-cı illərdə Azərbaycan Dillər Universitetində rus dili müəllimi (saathesabı qaydada), 2013-2018-ci illərdə  Dövlət Sərhəd Xidməti Akademiyasında baş müəllim, rus dili müəllimi, 2019-2022-ci illərdə ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində rus dili müəllimi vəzifəsində çalışmışam.

        2023-cü ildən Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, 2025-ci ildən isə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi vəzifəsində çalışıram. 

2 proqram (həmmüəllif) və 6 məqalə çap etdirmişəm.

 

Fidan Surət qızı Baxşıyeva

1974-cü il 3 mart tarixində Bakıda anadan olmuşdur. 1990-cı ildə Bakı şəhəri 1 saylı dəmiryolu orta məktəbini, 1995-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il M.F.Axundov adına APRDƏ-nin Rus dili ixtisası üzrə aspiranturasına daxil olmuş və 2000-ci ildə “Семантико-струткутрные изменения в пословицах и поговорках русского языка” (“Rus dilinin atalar sözləri və zərb məsəllərində semantik-struktur dəyişikliklər”) adlı namizədlik dissertasiyasını müdafiə etmiş və filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müasir rus dili kafedrası üzrə dosent elmi adını almışdır.

2018-ci ildə “Приёмы языковой игры в русском и азербайджанском языках” (Rus və Azərbaycan dillərində dil oyunu üsulları) adlı dissertasiyanı müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.

F.S.Baxşıyeva əmək fəaliyyətinə 1993-cü ildən müxtəlif qəzetlərdə müxbir, tərcüməçi-müxbir (“Maraqlı qəzet”, “Əyalət” və s.) vəzifəsində başlamışdır. Pedaqoji fəaliyyətə 1998-ci ildən Bakı Slavyan Universitetinin Müasir rus dilinin qrammatikası kafedrasında başlamışdır. 2001-2002-ci tədris ilinldə Bakı Slavyan Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, 2002-2012-ci illərdə BSU-nun elmi katibi, 2020-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi katibi vəzifəsində çalışmışdır.

2015-ci ildən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində xarici dillər kafedrasında, hal-hazırda Rus dili və ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən ED 2.13 Dissertasiya şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06 Dissertasiya şurasının bazasında BFD 1.06 Birdəfəlik dissertasiya şurasının üzvüdür.

Rusiya, Qazaxıstan, İspaniya, Çin, Yunanıstanda keçirilən beynəlxalq konqres, forum, konfranslarda iştirak etmişdir. Əllidən artıq məqalə və tezis, metodik vəsait, 1 monoqrafiya müəllifidir.

 

Vəlaqayeva Məlahət Namət qızı

Azərbaycan Dillər Universiteti

Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi

*1966-cı il  dekabırın 08 - də Göyçay şəhərində anadan olub.

*1973-1983-cü illərdə Goyçay şəhər 3 nömrəli orta məktəbində təhsil alıb.

*1983-1988-ci illərdə  M. A. Suslov adına Rostov Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ  ELMİ  ADLARI

*1983-1988-ci illərdə  M. A. Suslov adına Rostov Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

*2001-ci ildən baş müəllim, Azərbaycan Dillər Universiteti

 

ƏMƏK  FƏALİYYƏTİ

1988-1993 - laborant, baş laborant, Azərbaycan Pedaqoji Xarici Dillər Institutun Rus dili kafedrası

1993-2001 - müəllim, ADU-nun Rus dili kafedrası

 2001-2007 - baş müəllim, ADU-nun Rus dili kafedrası

2007-2014 - baş müəllim, Azərbaycan Universitetin (özəl universitet) Xarici dillər kafedrası

2016-2024 - baş müəllim, ADU-nun Xarici dillər kafedrası

2024-ci ildən – rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi

 

ÇAP  OLUNMUŞ  ƏSƏRLƏRİ

*1995-cü il, «Обучение студентов грамматическому аспекту письменной деловой речи». Ali məktəblərarası elmi konfransın məruzə və bildirişlərinin tezisləri, 9-10 iyun.

*1996-cü il, «Домашнее задание – вид учебной деятельности». ADU əməkdaşlarının məqalələr toplusu .

*1997-ci il, «Организация учебного материала по специальности при обучении русскому языку».  Elmi- praktik konfransın məruzələrinin tezisləri, fevral.

*1998-ci il, «Разработка методов обучения русскому языку как иностранному». Ali məktəblərarası elmi konfransın məruzə və bildirişlərinin tezisləri, iyun.

*1998-ci il, «Военно-патриотическая работа со студентами языкового педвуза». Jurnal «Русский язык и литература в Азербайджане», № 4

*2002-ci il, «Роль перевода в преподавании русского языка студентам-иностранцам». Elmi xəbərlər, № 3

*2013-cü il,  «Программа по практическому курсу русского языка для азербайджанских групп».  Azərbaycan Universitetinin nəşriyyatı

*2016-cı il, «Развитие устной диалогической речи студентов азербайджанского сектора». Jurnal “Filoloqiya məsələləri” , № 11, s. 110-115

*2017-ci il, Тестовые задания по русскому языку (для  студентов  азербайджанских групп вузов). Tədris-metodik vəsait, Bakı, Mütərcim nəşriyyatı, 112 səh.

*2018-ci il, Тестирование – как форма контроля знаний студентов – азербайджанцев при обучении русскому языку. Bakı, Elmi xəbərlər (2018-ci il, № 1,  s. 82-85

*2019-ci il, Устаревшие фразеологизмы и их употребление в речи (категория утверждения/отрицания) Bakı, Azərbaycanda Xarici Dillər (2019-ci il, № 4 (41), s.7-11) (Həmmüəlif B/m Həşimi A. T.)

*2022-ci il, Влияние психолингвистических и психологических факторов на успешность овладения русским языком как иностранным. Bakı, Elmi xəbərlər (2022-ci il, № 1, s. 120 - 125)

*2022-ci il, Некоторые психолингвистические факторы, влияющие на процесс обучения РКИ. Tezis  “Xarici Dillərin Tədrisinin Aktual Problemləri” Respublika elmi-praktik konfransı. Tezislər Toplusu (Bakı, 23 dekabr 2022 -ci il), s. 161-162

*2023-ci il, Работа с текстом при обучении русскому языку как иностранному. Yeni Dövrdə Tənsil və tədqiqat Fəaliyyəti: Reallıqlar və Çagırışlar. Beynəlxalq elmi konfrans materialları.  Mingəçevir, 16-17 dekabr 2023-ci il, s. 321-324

 

 

b/m Ağayeva Nailə Adil qızı

1974-cü ildə C.M. Kirov adına Azərbaycan Dövlət Universitetin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin rus bölməsinə qəbul olunmuşam və həmin universitetin 1980-ci ildə bitirmişəm.

1978-ci ildə Azərbaycan Xarici Dillər İnstitutuna (indiki Dillər universitetin) tədris şöbəsində müfəttiş vəzifəsində işləmişəm. 1980-ci ildən tədris hissəsinin baş müfəttişi vəzifəsinə keçirilmişəm. 1984-cü ildə həmin universitetin rus dili kafedrasına baş labarant vəzifəsinə keçmişəm və 1986-cı ildə mən rus dili kafedrasina müəllim vəzifəsinə müsabiqədən keçmişəm. 1990-cı ildə həmin kafedrasına müsabiqədən baş müəllim vəzifəsinə təyin olunmuşam və həmin vəzifədə indiki vaxta qədər calışıram.

 

Afət Tofiq qızı   Həşimi                                                      

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin nəzdində   Rus dili və ədəbiyyat  kafedrası

Baş müəllim

*1988-1994-ci illərdə  illərdə Bakı Slavyan  Universitetinin rus dili və ədəbiyyat   fakültəsini  bitirib.

*1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda  laborant, baş laborant  işləyib.

*2000-2014-cü illərdə Azərbaycan  Milli Elmler Akademiyasının  Folklor İnstitutunda kiçik elmi işçi, elmi işçi  işləyib.

*2014-2017 illərdə Azərbaycan  Dillər Universitetinin  II Xarici Dil kafedrasında  rus dili müəllimi  işləyib.

*2017 ildən   Azərbaycan Dillər Universitetinin Təhsil fakultəsi nəzdində Xarici Dillər kafedrasının rus dili  müəllimi.

*2024 cü ildən Azərbaycan Dillər Universitetinin Təhsil fakultəsi nəzdində Rus dili və ədəbiyyatı kafedrası,  baş müəllim.

*Ailəlidir, üç övladı var.

*1994,  Bakı Slavyan Universiteti, rus dili və ədəbiyyat  fakültəsi.

*27 dekabr 2024 -cü il  5707.01 – Slavyan dilləri ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Функционирование категории утверждения/отрицания в паремио-фразеологических единицах русского языка» (“Rus dilinin paremio-frazeoloji vahidlərində təsdiq-inkar kateqoriyasının rolu”) mövzusunda disser­ta­­­siya işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən ED 2.13 – Dissertasiya şurasında mudafiə etmişdir.

Aytəkin Baxşəli qızı Mehdiyeva 1988-ci ilin 25 fevral tarixində Gürcüstan Respublikasinin Tbilisi şəhərində anadan olmuşdur. 2006-cü ildə Baki şəhərində 214 saylı məktəbi bitirmişdir. Mətkəbi bitirdikdən sonra “Bakı Dövlət Universiteti”-nin “Rus dili ve ədəbiyyat filologiyası” fakultəsinə qəbul olunmuş və 2010 -ci ildə həmin fakultəni bitirmişdir. 2020-ci ildə Bakı Slavyan Universitetinin “Rus dili ve ədəbiyyat filologiyası” ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2022-ci ildə “Развитие диологичесой речи школьников на уроках русского языка” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, magistr dərəcəsini əldə etmişdir.

Əmək fəaliyyətinə 2012-ci ildə “ABC” Tədris Mərkəzində rus dili müəllimi kimi başlamışdır. 2015-2022- ci illərdə “OXU” Tədris Mərkəzində direktor və müəllim vəzifəsində işləmişdir. 2023-cü ildən hal hazıradək Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin ilk olaraq Xarici dillər kafedrasında sonra isə  “Rus dili və ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır.

Ailəlidir, üç övladi var.

 Müəllifi olduğu proqramlar:

TƏHSİL-2 FAKÜLTƏSİ NƏZDİNDƏ XARİCİ DİLLƏR KAFEDRASI

          1) “Xarici dildə işgüzar və akademik kommunikasiya (Rus dili) fənni üzrə) (Ali təhsilin bakalavriatura səviyyəsi üçün)

 

           2) "Rus dili dərslərində informasiya-kommunikasiya texnologiyaları (bakalavr

             hazırlığı üçün) proqramı (2025)

 

 

Suzan Sakit qızı Zeynalova 1998-ci ilin 27 may tarixində Rusiya Federasiyasının Tumen şəhərində anadan olmuşdur. 2014-cü ildə Tumen şəhərində 49 saylı

gimnaziyanın 9-cu sinifini fərqlənmə diplomu ilə bitirmiş və Bakı şəhərinə köçərək 42 saylı məktəbə qəbul olmuşdur.

Məktəbi bitirdikdən sonra “Bakı Slavyan Universiteti”-nin “Rus dili ve ədəbiyyat filologiyası” fakultəsinə qəbul olunmuş və 2020 -ci ildə universiteti bitirərək həmin ixtisas üzre magistraturaya daxil olmuşdur. 2022-ci ildə “ТВОРЧЕСТВО Л.Н. ТОЛСТОГО В ШКОЛЬНОМ ИЗУЧЕНИИ: СРАВНИТЕЛЬНО-

ИСТОРИЧЕСКИЙ АСПЕКТ” adlı namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, magistr dərəcəsini əldə etmişdir.

2021-cı ildən “OXU” tədris mərkəzində işə başlamışdır. 2023-cu ildən Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində xarici dillər kafedrasında, hal -hazırda “Rus dili və ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır. Ailəlidir.

 

Proqramlar:

TƏHSİL-2 FAKÜLTƏSİ NƏZDİNDƏ XARİCİ DİLLƏR KAFEDRASI

1)  "Nəzəri və praktik leksikoqrafiya" proqramı (bakalavr hazırlığı üçün) (RUS DİLİ) FƏNNİ ÜZRƏ (2024)

TƏHSİL FAKÜLTƏSİ NƏZDİNDƏ RUS DİLİ VƏ ƏDƏBİYYATI KAFEDRASI

 

2)  "Rus dili dərslərində informasiya-kommunikasiya texnologiyaları (bakalavr hazırlığı üçün)" proqramı (2025)

Məqalələr:

1)   Xarici Dilin Tədrisi Prosesində Dil Laboratoriyası (Məqalə) 2024 (Müasir Elmin Çağırışları və Problemləri. XIV Beynəlxalq Elmi-Praktik Konfransın Materialları 11- 12 Aprel London -2024 (Sertifikat) )

2)   XARİCİ DİLİN TƏDRİSİNDƏ MULTIMEDIA TEXNOLOGIYALARINDAN İSTİFADƏ EDİLMƏSİ BEYNƏLXALQ ELMİ NƏZƏRİ JURNAL (2025)

 

 

Təhsil fakültəsi nəzdində

Rus dili və ədəbiyyatı kafedrası

Rəhimova Sabina Həsən qızı

Təhsili, elmi dərəcə və elmi adları

M.F.Axundov adina Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyati İnstitutu

1986 – 1992: rus dili və ədəbiyyatı muəllimi (fərglənmə diplomu ilə)

2002 – 2003: Azərbaycan Dillər Universiteti – İxtisasartırma və kadrların yenidın hazırlanması kursu – inilis dili

 

Əmək fəaliyyəti

1.                 1987 – 1989: MİS – baş inspektor

2.                 1989 – 1990: PSO “Azərbıt spes stroy” – baş inspektor

3.                 1990 – 2004: 246 sayli orta məktəb – müəllim, təlim-tərbiyə üzrə direktor müavini

4.                 2004 – 2007: ADU- rus dili müəllimi

5.                 2007 – 2010: Baki Avrasiya Universiteti – rus dili müəllimi

6.                 2010 – hal hazirda: ADU – Xarici dil kafedrasi – baş müəllimi

 

Tədris etdiyi fənlər

Xarici dildə işgüzar və akademik kommunikasiya

 

Cap olunmuş məqalələr

1.                 “Прагматика в лингвистике. О постановке вопроса.”,  Filologiya məsələləri № 12, 2018, səh. 144-152, “ Eim və təhsil”, Bakı

2.                 “Применение некоторых инновационных методов в практике преподавания РКИ в ВУЗах Азербайджана.”, Filologiya məsələləri № 9, 2021, səh. 36-49, “Eim və təhsil”, Bakı

3.                 “Влияние и применение новых психолого-педагогических методов на преподавание русского языка как иностранного в меняющуюся информационную эпоху”, Bakı Slavyan Universiteti, Актуальные проблемы изучения гуманитарных наук № 2, Bakı, 2022, səh. 306 - 316

4.                 “Роль компьютерных технологий при обучении русскому языку в азербайджанских учебных заведениях”, Filologiya məsələləri № 3, 2023, səh 281- 289, “Eim və təhsil”, Bakı

 

 

      Tahirə Sirac qızı Paşayeva 28 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəbi bitirib M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna ( indiki Bakı Slavyan Universiteti) qəbul o. 1992-ci ildə həmin universiteti bitirmişdir. 1992-2005-ci illərdə Bakı Sənaye Kollecində Rus dili və Ədəbiyyatı müəlliməsi vəzifəsində çalışmışdır. 2005-ci ldən Azərbaycan Dillər Universitetində Rus dili kafedrasinda baş laborant vəzifəsində, rus dili müəllimi, baş müəllim vəzifəsində çalışmişdır.2013-2024 -cü illər Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsi nəzdində xarici dillər kafedrasında, hal-hazırda Rus- dili və ədəbiyyatı kafedasında baş müəllim vəzifəsində çalışır.

1 övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adı BSU, Rus dili və ədəbiyyatı, 1987-1992 Baş müəllim.

Çap olunmuşəsərləri

1.       « Использование интерактивных методов обучения на уроках русского языка » Bakı 2012

2.       « Модернизация методов обучения на уроках русского языка » Bakı 2012

3.       « Müqayisəli-tarixi dilçiliyin XXəsr mərhələsi » Bakı 2015

4.       « Научно исследовательская работа студентов в изучении русского языка и литературы » Bakı 2015

5.       « Методика организация внеурочной работы по русскому языку » Bakı 2016

6.       « Многозначность как следствие лексико-семантического словообразования в русском языке » Bakı 2016

7.       « Специфика внеурочной работы в процессе преподавание русского языка как не родного » Bakı 2016

8.       « Организация внеурочной работы по русскому языку » Bakı 2017 9. « Типыупражнениявметодикепреподавания русскогоязыка внерусскойаудитории» Bakı 2018

10.« Методические рекомендацииианализ ошибокприпроведении открытогоурокарусскогоязыкакакиностранного (РКИ)» Bakı

11.« Лингвометодические основыиспользованияинтерактивных приёмоввобучениирусскомуязыкукакиностранному» Bakı 2021.

12.          « Обиспользованиинаглядностикакободномизважнейших средствобучениярусскомуязыкукакиностранному» Bakı 2022.

 

 

Ağakişiyeva Arzu Meybulla qızı                                                                                        

Filologiya elmləri üzrə fəlsəfə doktoru,  

Xarici dillər kafedrasının dosenti 

 

Mən Ağakişiyeva Arzu Meybulla qızı 10 may 1966-cı il Bakı şəhərində anadan olmuşam. 1973-1983-cü illərdə Binəqədi rayonu 248 saylı orta məktəbdə təhsil almışam. 1984-1989-cu illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (Bakı Slavyan Universiteti) təhsil almışam. İnstitutu bitirdikdən sonra 1989-1994-cü illərdə təyinatla Siyəzən r-nu Zarat kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışam. 1994-2001-ci illərdə isə Bakı ş., Binəqədi r-nu 284 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmişəm. 2002-2006-cı illərdə Azərbaycan Dillər Universitetinin rus dili kafedrasında rus dili müəllimi vəzifəsində çalışmışam. 2006-2009-cu illərdə Azərbaycan Turizm İnstitutunda baş müəllim və ATİ-nin elmi katibi vəzifəsində çalışmışam.

2004-2011-ci illərdə BSU-nun müasir rus dili kafedrasının dissertantı olmuşam. 2012-ci ildə «Многокомпонентные сложные предложения с комплексной соотнесенностью частей (на материале русского и азербайджанского языков)» mövzusunda filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişəm və 10.02.03 – Славянские языки; 10.02.01 – Азербайджанский язык ixtisasları üzrə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm.

2012-ci ildən Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, 2017-ci ildən isə dosent vəzifəsini daşıyıram. 

6 proqram (Программа по практическому курсу русского языка. Bakı, 2009.; Программа для подготовки бакалавров по курсу «Фонетика». Баку, 2022; Программа для подготовки бакалавров по курсу «Лексикология русского языка». Баку, 2022; Программа для подготовки бакалавров по курсу «Морфология русского языка». Баку, 2023), Программа для подготовки бакалавров по курсу «Синтаксис русского языка». Баку: Мутарджим, 2024.,1 metodik vəsait (Программа и методические разработки по материалам специального курса «Многокомпонентные сложные предложения с комплексной соотнесенностью частей». Баку, 2016), 1 dərs vəsaiti (Сборник упражнений и тестов по современному русскому языку. Баку, 2018) və 16 məqalə çap etdirmişəm. Ailəli deyiləm.

 

Nailə Canbaxış qızı Vəkilova

 29 iyul 1972-ci ildə Baki şəhərində anadan olmuşam. 1989-cü ildə №157  məktəbi bitirmişəm. 1989-cü ildə Bakı Dövlət Universitetini Rus dili və ədəbiyyat fakültəsinə daxil olmuşam,  və 1994-cü ildə həmin universitetdən məzun olmuşam.

 

1996-cı ilin dekabrında Beynəlxalq İnformasiya Agentliyində müxbir kimi fəaliyyətə başlamış, daha sonra vitse-prezident vəzifəsini icra etmişəm. 1998-1999-cu illərdə “Литературная газета”nın Azərbaycan üzrə müxbiri, 1999-2000-ci illərdə isə Rusiya Federasiyasının İctimai-siyasi “Независимая газета”nın Azərbaycan üzrə müxbiri olmuşam.

 

2000-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Dillər kafedrasında müəllim kimi işləmişəm. 2009-2017-ci illərdə “Kroun LTD” MMC-də Kadrlar şöbəsinin müdiri vəzifəsini yerinə yetirmişəm. 2017-ci ildən etibarən isə “Kraun” MMC-də İnsan Resurslarının müdiri olaraq çalışıram. 16.02.2023-dən Azərbaycan Dillər Universitetində xarici diller kafedrasına müəlim kimi təyin olundum. Hal-hazırda Rus dili və ədəbiyyat kafedrasında baş müəllim vəzifəsində çalışıram

 

Fəaliyyətim boyu psixoterapiya, neyro-linqvistik proqramlaşdırma (NLP), gender psixologiyası, kopiraytinq və müasir dillər üzrə bir sıra sertifikatlar almışam. Beynəlxalq konqreslərdə iştirak etmiş, “Dilçilik” və “Linqvistika” mövzularında elmi məqalələr yazmışam. 

Ayləliyəm. İki övladim var.