Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyətə başlayan psixoloji xidmət mərkəzi 2022-2023-cü tədris ilinin 1-ci semestrindən Universitetin rektorunun əmri əsasında yaradılmışdır. Bu struktur mərkəz nizamnamə və daxili qaydalar əsasında fəaliyyət göstərir. Mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar təşkil edilir. Psixoloji yardım xidmətindən istifadə etmək könüllülük əsasındadır. Mərkəzdə peşəkar psixoloqlar tərəfindən yardım göstərilir. Psixoloji yardım prosesi zamanı müraciət edən şəxsin kimliyi və şəxsi məlumatların gizliliyi qorunur və 3-cü şəxslərlə paylaşılmır. Mərkəzdə göstərilən yardım əvvəldən təyin olunmuş gün və saatda seanslar şəklində keçirilir. Görüş günü və saatını məsləhətçi psixoloq təyin edir. Mərkəzdə psixoloji konsultasiya, psixodiaqnostika, psixomaarifləndirmə, seminar, təlim xidmətləri göstərilir.
Mərkəzə müraciət edən insanlara aşağıdakı istiqamətdə psixoloji yardım göstərilir:
İnsanlarla münasibətlərdə yaranan problemlər,
Təhsillə bağlı probləmlər,
İş yerində yaranan problemlər,
Stress, depressiya, panika, ailədaxili problemlər, həyəcan, qorxu (fobiyalar),
İmtahan həyəcanı,
sosial fobiya,
özünə qapanma,
post travmatik stres,
motivasiya əskikliyi,
şəxsiyyət pozuntuları,
psixoloji travma və ünsiyyət problemləri
Psixoloji xidmət mərkəzində göstərilən psixoloji xidmətdən kimlər yararlana bilər:
1. Tələbələr (ödənişsiz)
2. yaxın qohumu şəhid olanlar, qazi olan müəllim və işşi heyət (ödənişsiz)
3. Universitetin müəllim işçi heyətinə (Ödənişli)
4. Kənar şəxslərə (ödənişli)
İşçi heyət:
Abbasova Pərvin Paşa qızı ADU Psixoloji xidmət mərkəzinin müdiri
Mərkəzin rəhbəri, kordinator
Telefon (+994 51 535 12 36)
2. Haqverdiyeva Könül (psixoloq) (CV)
3. Dəmirova Ceyhunə (psixoloq) CV
Xəbərlər və elanlar
Facebook sosial şəbəkəsində olan məlumatların yerləşdirilməsi
“ADU PSİXOLOJİ XİDMƏT MƏRKƏZİNƏ” müraciət blankı
Azərbaycan Dillər Universiteinin nəzdində fəaliyyət göstərən “ADU Psixoloji Xidmət Mərkəzinə” ilkin müraciət üçün aşağıda qeyd olunan sualları səmimi cavblandırmağınız xahiş olunur. Qeyd edilən müraciət və cavabların məxfiliyi tam şəkildə qorunur. Müraciət blankını telefonla doldurduğunuz zaman telefonu üfüqi vəziyyətdə tutmağınız tövsiyə olunur. Əlavı sualınız olarsa [email protected] mail poctuna yaza bilərsiniz.
Adınız____
Soyadınız______
Sosial statunsunuz (tələbə, müəllim, işçi) uyğun olanı göstərin______
Sizə uyğun olan gün, saat _______
Əlaqə nömrəniz______
email adresiniz_______