BEYNƏLXALQ ƏLAQƏLƏR

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Dillər Universitetinin birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün Beynəlxalq Akademik Mübadilə” layihəsinə start verilmişdir.

06.01.2022-09.01.2022 ci tarixlərində ADU da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Dillər Universitetinin birgə layihəsi olan “Tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər üçün Beynəlxalq Akademik Mübadilə” layihəsinə start verilmişdir. 
Qeyd olunan layihə çərçivəsində ADU əməkdaşlarına Fransanın Strasburq Universiteti, İtaliyanın Milan Tərcüməçilik Məktəbi, İngiltərənin London Metropolitan Universiteti, Amerikanın Coastal Carolina Universiteti və Türkiyənin Atılım Universitetindən olan mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. 
Bu gündən etibarən Bakı Amerika Mərkəzində Kostal Karolina Universitetinin dosenti Anna Oldfild tərəfindən “Mədəniyyətə Köklənmiş Tərcümə: Metafora və İdiomlara diqqət” mövzusunda təlimlərə start verilmişdir.