BEYNƏLXALQ ƏLAQƏLƏR

Serbiya Respublikası "World in Serbia" layihəsi çərçivəsində 2021-2022-ci tədris ili üçün magistratura və doktorantura pillələri üzrə dövlət təqaüdünə müraciətləri açıq elan edir.

Serbiya Respublikası "World in Serbia" layihəsi çərçivəsində 2021-2022-ci tədris ili üçün magistratura və doktorantura pillələri üzrə dövlət təqaüdünə müraciətləri açıq elan edir. 
 
Seçilən tələbələr təmin ediləcəklər: 
 
Serb dili üzrə hazırlıq proqramı (intensiv serb dili dərsləri)
Magistratura və ya doktorantura proqramı üzrə təhsil 
Aylıq 120 avro təqaüd 
Yaşayış yeri və yemək 
26 yaşa qədər olan tələbələr üçün məcburi sağlamlıq sığortası 
Yaşayış vizası 
Ali təhsil diplomunun tanınması 
 
Təqaüd üçün şərtlər: 
 
Tələbə Qoşulmama hərəkatına üzv ölkənin və ya müşahidəçi ölkənin vətəndaşı olmalıdır 
Tələbə adekvat təhsilə sahib olmalıdır 
Tələbə danışıq səviyyəsində ingilis və ya serb dillərini bilməlidir. 
Tələbəyə layihədə iştirak edən ölkənin səlahiyyətli orqanı tərəfindən təklif verilməlidir.
Magistratura pilləsi üzrə yaş həddi 25, doktorantura pilləsi üzrə isə yaş həddi 35 olmalıdır.
 
Müraciət üçün lazım olan sənədlər:
 
Tələbə əvvəlki təhsilinə və Serbiya Respublikasında qeydiyyatdan keçmək istədiyi tədris proqramının şərtlərinə uyğun olaraq təhsil almaq istədiyi iki tədris proqramı barədə məlumatla birlikdə müraciət etməlidir.
Motivasiya məktub ilə birlikdə CV (ingilis və ya serb dilində)
Pasport
İngilis və ya serb dillərinə tərcümə və təsdiq edilmiş sənədlər (orta məktəb diplomu, ali təhsil diplomu, transkript və diploma əlavə)
Danışıq səviyyəsində ingilis və ya serb dilləri üzrə dil sertifikatı
Tələbənin heç bir infeksion xəstəlik daşıyıcısı olmadığını təsdiq edən tibbi arayış (6 aydan gec olmayaraq)
Tələbənin HİV neqativ olduğunu təsdiq edən arayış
Qeyd: 
İngilis və ya serb dillərində təqdim edilməyən sənədlər nəzərə alınmayacaq
Qəbul imtahanını keçdikdən və xüsusi tədris proqramına qəbul edildikdən sonra qrant sahibi tələbə seçdiyi tədris proqramını dəyişə biməz. 
 
Seçilən tələbələr:
 
Sənələrin (orta məktəb diplomu, ali təhsil diplomu, transkript və diploma əlavə) əslini təqdim etməlidir (sənədlər Serbiya Respublikasında serb/ingilis dillərinə tərcümə edilməlidir). 
Serbiya Respublikasına gəldikdə heç bir infeksiyon xəstəlik daşıyıcısı olmadığını təsdiq edən tibbi arayışın (6 aydan gec olmayaraq) əslini təqdim etməlidir.
HİV neqativ olduğunu təsdiq edən arayış təqdim edilməlidir.
Müraciət üçün son tarix 28 yanvar 2022-ci ildir. 
 
Əlavə məlumat üçün Serb dili və mədəniyyəti mərkəzinə müraciət edə bilərsiniz.