ADU haqqında

Germanistika İnstitutu

Ümumi məlumat

Germanistika İnstitutu Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 28 fevral 2018-ci il tarixli qərarına və ADU-nun 09 mart 2018-ci il tarixli 1/27 saylı əmrinə əsasən yaradılmışdır.

İnstitutun əsas məqsədi universitetdə alman dili və mədəniyyətinin tədrisini, tədqiqini və inkişafını təmin etmək, eləcə də Azərbaycan ilə almandilli ölkələr (Almaniya, Avstriya, İsveçrə) arasında elmi, mədəni və təhsil əməkdaşlığını gücləndirməkdir.

Germanistika İnstitutu ADU-da alman dilinin tədris olunduğu bütün kafedraların fəaliyyətini vahid elmi-metodik mərkəz kimi əlaqələndirir və beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalarla fəaliyyət göstərir.

Direktor: ped.f.d.,dos. Qahirə Vaqif qızı Axundova – ictimai əsaslarla

Elmi məsləhətçi: professor Sieglinde Hartmann – ictimai əsaslarla

Struktur bölmələr

Germanistika İnstitutunun tərkibinə aşağıdakı struktur bölmələr daxildir:

1. Alman dilinin əsas və ikinci xarici dil kimi tədris olunduğu kafedralar

2. Avstriya Kitabxanası

3. Alman Oxu Zalı

4. DAAD Mərkəzi

Fəaliyyət istiqamətləri

Elmi-metodik və tədris fəaliyyəti

·         Germanistika İnstitutu ADU-da alman dili üzrə tədris prosesinin elmi-metodik əsaslarını vahid sistemdə formalaşdırır.

·         Alman dilinin əsas və ikinci xarici dil kimi tədris olunduğu bütün ixtisaslarda fənn proqramlarının məzmun və məqsədlərinin uyğunlaşdırılması;

·         Müasir Avropa Dil Çərçivəsinə (CEFR) əsaslanan dil səviyyələrinin izlənməsi və qiymətləndirmə meyarlarının standartlaşdırılması;

·         Alman və Avstriya universitetlərində tətbiq olunan müasir didaktik modellərin tətbiqi;

·         Müəllimlərin peşəkar inkişafını dəstəkləyən metodik seminarlar, ortaq dərs nümunələri və tədris müşahidələrinin təşkili;

·         Rəqəmsal tədris mühitinin (Moodle, Goethe.de, Quizlet və s.) genişləndirilməsi və alman dili üzrə elektron resurs bazasının yaradılması.

 

 Elmi-tədqiqat və layihə fəaliyyəti

·         Alman dili, ədəbiyyatı, mədəniyyəti, tərcümə və dilçilik sahələrində ortaq tədqiqat layihələrinin təşkili;

·         Beynəlxalq elmi konfranslar, seminarlar, simpoziumlar və germanistikanın aktual problemlərinə həsr olunmuş elmi müzakirələrin keçirilməsi;

·         ADU-nun elmi əməkdaşlarının almandilli ölkələrin universitet və tədqiqat mərkəzləri ilə ortaq elmi nəşrlər və tədqiqat proqramlarında iştirakı;

·         Tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, tələbə konfranslarının və elmi məqalə müsabiqələrinin təşkili.

Beynəlxalq əməkdaşlıq və mübadilə

·         DAAD, OeAD və Goethe Institut kimi beynəlxalq qurumlarla həyata keçirilən təhsil, təlim və mobillik proqramlarının əlaqələndirilməsi;

·         Müəllim və tələbə mübadiləsinin təşkili, ortaq tədris layihələrinin icrası;

·         Hər il ADU-da DAAD-nin dəstəyi ilə keçirilən “Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” adlı beynəlxalq yay məktəbinin təşkili;

·         Avstriya Kitabxanası, Alman Oxu Zalı və DAAD Mərkəzinin fəaliyyətinin elmi və tədris layihələri ilə inteqrasiyası;

·         Xarici universitetlərlə birgə yay və qış məktəblərinin, dil düşərgələrinin, metodik seminarların həyata keçirilməsi.

Mədəniyyətlərarası dialoq və ictimai fəaliyyət

·         Alman dilinin tədrisinin yalnız dil öyrənmə prosesi kimi deyil, həm də mədəniyyətlərarası dialoqun əsas vasitəsi kimi dəyərləndirilməsi;

·         Universitet daxilində “Alman Dili Həftəsi”, “Mədəniyyət Günləri”, “Alman Dili Klubu” kimi tədbirlərin təşkili;

·         Almaniya, Avstriya və İsveçrə səfirlikləri və mədəniyyət institutları ilə birgə layihələrin icrası;

·         Alman və Avstriya ədəbiyyatına, incəsənətinə və kinomotoqrafiyasına həsr olunmuş oxu axşamları, film nümayişləri və müzakirələrin təşkili;

·         Tələbələrin dil bacarıqlarını və yaradıcılıq potensialını inkişaf etdirən danışıq klubları, esse və tərcümə müsabiqələri, eləcə də “Tələbə bələdçi” kimi layihələrin həyata keçirilməsi.

İnnovativ tədris və rəqəmsallaşma

·         Alman dili tədrisində yeni texnologiyaların tətbiqi, rəqəmsal öyrənmə platformalarının yaradılması;

·         Virtual siniflər vasitəsilə dərslərin təşkili və məsafədən tədris imkanlarının genişləndirilməsi;

·         Kafedralar üçün ortaq elektron resurs bazasının – dərsliklər, audio-vizual materiallar, terminoloji lüğətlər və interaktiv tədris vasitələrinin hazırlanması.

 

Ünvan: Rəşid Behbudov küç.: 134 II mərtəbə  Germanistika İnsitutu, AZ 1014, Bakı, Azərbaycan

Tel.: (+99412)441-22-78/79 (daxili 119)

E-Mail: [email protected]

Veb səhifə: www.adu.edu.az