Konfutsi İnstitutu
ADU-nun nəzdində Konfutsi İnstitutu - Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılmışdır.
ADU-nun nəzdində Konfutsi İnstitutunun yaranması haqqında müqavilə 11 noyabr 2015-ci ildə ÇXR-ın Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanası (Hanban) tərəfindən təstiq olunmuşdur. Müqaviləni Çin tərəfindən Hanbanın Baş müdiri xanım Xu Lin, Azərbaycan Dillər Universiteti tərəfindən rektor Səməd Seyidov imzalamışdılar. 24 iyun 2016-cı ildə Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun açılış mərasimi baş tutmuşdur. Çin tərəfindən Huzhou Universiteti partnyor olaraq çıxış etdi.
Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndə heyəti, ÇXR-ın Xaricdə Çin dili yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) Asiya ölkələri üzrə şöbə müdiri, Huzhou Universtitetinin nümayəndə heyəti və Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.
İnstitutun xidmətləri:
- Çin dili və mədəniyyəti üzrə kurslar:
- Şagirdlər, tələbələr, böyüklər üçün Çin dili kursları;
- Biznes Çin dili kursları;
- Fərdi və qrup şəklində Çin dili kursları;
- Başlanğıc səviyyə üçün və çin dili biliklərini artırmaq istəyən tələbələrə Çin dili təlimləri
- Çin dili səviyyə testlərinin keçirilməsi HSK/HSKK/YCT
- Çin mədəniyyəti tədbirlərinin təşkili
- Çin dilindən və Çin dilinə tərcümə xidmətləri
- Çində qısamüddətli və uzunmüddətli təhsil təcrübəsi
- Çinə səyahət üçün məsləhətlər, ÇXR ilə iş görüşmələri
- Çin dilindən tədris sahəsində tədqiqatlar (Çinin Huzhou Universitetinin aparıcı ekspertləri ilə birlikdə)
Konfutsi İnstitutunun direktoru
Abbasov Rafiq İldırım oğlu
E-mail:[email protected]
Tel: (+99412) 441 22 78/79 (daxili 157)
Ünvan: Bakı ş., Rashid Behbudov küç. 134, Azərbaycan Dillər Universiteti, otaq 212