ADU haqqında

Elektron qeydiyyat şöbəsi

I. Tarixi

Tələbə şöbəsi 1964-cü ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə Tədris şöbəsinin tərkibində Qeydiyyat bölməsi kimi, 2016-cı ilin noyabrında  аpаrılаn struktur dəyişiklikləri nəticəsində  Tələbə qəbulu və qeydiyyatı şöbəsi kimi, 2019-cu ilin noyabrından Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.

2024-сü ilin 15 yanvar tarixindən tərkibində Tələbə şöbəsi daxil olmaqla Elektron qeydiyyat şöbəsi yaranmışdır.

 

II. Fəaliyyət istiqamətləri

Elektron qeydiyyat şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Tələbə qəbulu ilə bağlı qeydiyyatın aparılması (bakalavr və magistr səviyyələri üzrə);
  2. Universitetin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunun təmin edilməsi, qeydiyyata alınması və arxiv şöbəsinə təhvil verilənədək təhsil aldığı müddət ərzində sənədlərin şöbədə  saxlanması;

3.      Məzun olan tələbələrin DTS (Diplom təsdiq sistemi) üzrə (Azərbaycan Respublikasının vətəndaşı olan, habelə əcnəbi tələbələrin)  şəxsi məlumatlarının sistemə daxil edilməsini həyata keçirir;

4.      Bütün aspektlər üzrə tələbə məlumatlarının bazaya yerləşdirilməsini təmin edir;

  1. Təhsil Nazirliyinə Dövlət nümunələri sənədlərinin (diplom blankları və diploma əlavələrin), şəhadətnamələrin alınması üçün sifarişlərin verilməsi, müəyyən olunmuş miqdarda Xüsusi şöbədən akt əsasında alınmış diplomların, diploma əlavələrin və şəhadətnamələrin müvafiq ixtisaslar üzrə əmrlər əsasında yazılıb bu məqsədlə ayrılmış kitabda qeydiyyat aparmaqla məzunlara təqdim edilməsi;
  2. Korlanmış diplomların, diploma əlavələrin, şəhadətnamələrin korlanma səbəblərini və nömrələrini göstərməklə rektora izahat təqdim edilməsi və rektorun razılığı əsasında akt tərtib etməklə həmin sənədləri Xüsusi şöbəyə təhvil verilməsi;
  3. Fakültələrdən kurslar üzrə alınmış əmrlərin (daxili-xarici köçürülmə, xaric olunma, akademik məzuniyyət, soyadı, adı, ata adlarının dəyişdirilməsi, kursdan-kursa keçirilmə), illər üzrə universiteti bitirən bakalavr və magistratura  tələbələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “TİMS-Ali və orta ixtisas təhsili” üzrə sisteminə daxil edilməsi;
  4. Təhsilalanlarla əlaqədar verilən əmrlərdən çıxarışların onların şəxsi işlərində saxlanılması və əmrdən irəli gələn digər tələblərin icrasının təmin edilməsi, təhsilalanların müraciətləri əsasında müvəqqəti olaraq attestatların verilməsi, habelə universiteti bitirmələrinə dair arayışların verilməsi;
  5. Fakültələr nəzdində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin mühasibatlığa ötürülməsi;

10.  AOİTAS (Ali və orta ixtisas təhsili alt sistemi) sisteminin işlənilməsi;

11.  Bərpa olunmuş  tələbələrin şəxsi işlərinin yığılması;

12.  Akademik arayışların verilməsi;

13.  Elektron təhsil idarəetmə sisteminin səmərəli fəaliyyətini təşkil edilməsi;

  1. Elektron Qeydiyyat Sisteminin Qurulması: Tələbələrin qeydiyyatı üçün müasir platformanın hazırlanması;
  2. Məlumatların Rəqəmsallaşdırılması: Mövcud tələbə və məzun məlumatlarının sistemə köçürülməsi;
  3. Məlumatların Təhlükəsizliyinin Təmin Edilməsi: Məlumatların qorunması üçün müasir şifrələmə sistemlərinin tətbiqi;
  4.  Tələbə Nəticələrinin İzlənməsi: Qiymətlər, transkriptlər və akademik göstəricilərin elektron sistemə inteqrasiyası;
  5.  Mobil Tətbiqin Hazırlanması: Elektron qeydiyyat prosesinin mobil cihazlarda da mövcud olması;
  6. Əməkdaşların Təlimi: Elektron sistemdən səmərəli istifadə üçün əməkdaşlara təlimlərin keçirilməsi;
  7. Tələbələrin Maarifləndirilməsi: Onlayn qeydiyyat prosesini tələbələrə izah etmək üçün təlimatların hazırlanması;
  8. Arxiv Sisteminin Qurulması: Köhnə tələbə məlumatlarının rəqəmsal arxivdə saxlanılması;
  9. Fakültələr nəzdində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin mühasibatlığa ötürülməsi;
  10. Daimi Monitorinq və Yeniləmə: Sistem performansının mütəmadi yoxlanılması və yenilənməsi.

 

 

  

 

III. Əlaqə

Tel: (Daxili 105)

Email: elektronqeydiyyat@adu.edu.az

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, I mərtəbə

 

Elektron qeydiyyat şöbəsinin müdiri

Dos.Rüstəmzadə Aygün Vahid