ADU haqqında

Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi

Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin məqsədi tələbələrin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, dəyirmi masalar, konfranslar, seminarlar, iclaslar və sosial-mədəni tədbirlər təşkil etməkdir. İncəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, tələbələrin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması bu bölmənin üzərinə düşür.

Azərbaycan Dillər Universitetində keçirilən ədəbi-bədii və musiqili tətbirlərin səviyyəsinin yüksəldilməsi, tədbirlərin təşkilində pərakəndəlik və qeyri-peşəkarlığın aradan qaldırılması seçilmiş repertuara və tədbirlərin müddətinə nəzarətin təmin edilməsi həmçinin beynəlxalq və yerli tədbir və sərgilərin təşkilini həyata keçirilməsi, QHT-lər ilə işin təşkili bölmənin əsas gördüyü işlərdəndir.

İstedadlı tələbələrlə iş, mahnı və rəqs kollektivlərinin formalaşdırılması, respublikada keçirilən mahnı, musiqi, rəqs festivallarına tələbələrin hazırlanması və onların iştirakını təşkil etmək şöbənin istiqamət sahələrindəndir.

Şöbənin müdiri Səadət Qasımovadır

Tel: 055-815-81-55

e-mail:

[email protected]