Təlim və Metodologiya mərkəzi
Təlim və metodologiya mərkəzi müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması, təlim proqramlarının sistemləşdirilməsi, daxili və xarici təlim proqramlarının təşkil olunması, təlim materiallarının hazırlanması, strukturlara müxtəlif metodoloji dəstəyin göstərilməsini təmin etmək məqsədilə ADU Elmi Şurasının 04 iyul 2025-ci il tarixli qərarı və rektor akademik Kamal Abdullayevin imzaladığı 19.09.2025-ci il tarixli 112 saylı əmrə əsasən yaradılmışdır.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Dillər Universitetinin Nizamnaməsini, eləcə də Tədris işləri üzrə prorektorluğun Əsasnaməsini rəhbər tutur.
Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
§ ADU tələbələrinin, professor-müəllim heyətinin və inzibati əməkdaşlarının xarici dil biliklərinin inkişaf etdirilməsi, onların akademik və peşəkar mühitdə effektiv ünsiyyət, liderlik və digər peşə bacarıqlarının formalaşdırılması;
§ Universitetin təcrübəli və beynəlxalq sertifikatlı müəllimləri tərəfindən əməkdaşlar, saathesabı müəllimlər, könüllülər və tələbələr üçün təlimlərin, ustad dərslərinin, seminarların, vebinarların və dəyirmi masaların təşkili istiqamətində struktur bölmələrin və kafedraların fəaliyyətinin əlaqələndirilməsi və koordinasiyası;
§ Yerli və xarici universitetlər, eləcə də universitetin peşəkar məzunları ilə əməkdaşlıq çərçivəsində müxtəlif təlim, seminar, konfrans və digər elmi-metodiki tədbirlərin təşkili;
§ Süni intellekt və müasir texnologiyalar sahəsində innovativ proqramların və virtual öyrənmə modellərinin hazırlanması və tətbiqi;
§ Nəzəri və tətbiqi dilçilik, filologiya, tərcüməşünaslıq, jurnalistika və regionşünaslıq sahələrinin aktual problemlərinə həsr olunmuş nəzəri və praktik təlimlərin, seminarların və vebinarların keçirilməsi;
§ ADU məzunlarının peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə professor-müəllim heyəti tərəfindən ixtisasartırma təlimlərinin təşkili;
§ Müasir tədris metodları, rəqəmsal pedaqogika və qiymətləndirmə strategiyaları üzrə peşəkar inkişaf proqramlarının həyata keçirilməsi.
Email: [email protected]