ADU haqqında

Magistratura şöbəsi

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi ali təhsilin ikinci pilləsini həyata keçirir və müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssislərin hazırlanmasını təmin edir. Şöbənin əsas fəaliyyət istiqamətləri həm elmi-tədqiqat yönümlülük, həm də peşəkar kadr hazırlığıdır. Magistrtrantlar müstəqil elmi araşdırma aparmağa, nəzəri və praktik nəticələr əldə etməyə şərait yaradır, həm ölkəmiz üçün, həmdə ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı, savadlı, bilikli və bacarıqlı ingilis, alman, fransız dili müəllimləri, tərcüməçilər, diplomatlar, ədəbiyyatçılar, psixoloqlar, müxtəlif regionlar üzrə mütəxəssislər və peşəkar pedaqoqlar və s. hazırlayır. Magistrantların seçimindən aslı olaraq dərslər Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. ADU tələbələrin elmi araşdırmalar aparması üçün tezis və məqalələrin dərc edilməsi üçün əlverişli şərait yaradır, həmçinin ixtisas sahəsində yeniliklər irəli sürmək üçün zəruri bilik və bacarıqlar aşılanır. Həmçinin magistratura şöbəsi beynəlxalq  ali təhsil müəssisələri ilə sıx əlaqələr qurur, birgə tədris proqramlarını həyata keçirir və magistrantlara beynəlxalq mübadilə, təcrübə və təhsil imkanları yaradır. Bundan başqa, inteqrativ təhsil prinsipi əsas götürülür. Magistrantların həm nəzəri, həm də praktik hazırlığını təmin etmək üçün fənlərarası yanaşmalara üstünlük verilir. Tədris prosesi müasir metodologiya və innovativ yanaşmalar əsasında təşkil olunur.

Nəhayət, karyera yönümlülük də şöbənin əsas fəaliyyət istiqamətlərindən biridir. Təhsil müddətində magistrantlara gələcək peşəkar fəaliyyətlərində uğur qazanmaq, elmi-pedaqoji və praktiki iş mühitinə uyğunlaşmaq üçün dəstək göstərilir,  onların karyera inkişafına xidmət edən seminarlar, təcrübə proqramları, dəyirmi masalar və müxtəlif layihələr təşkil edilir.

Beləliklə, Azərbaycan Dillər Universitetinin magistratura şöbəsi magistrantların həm elmi, həm də peşəkar inkişafını dəstəkləyərək onları əmək bazarında rəqabətədavamlı mütəxəssislər kimi formalaşdırır.

 Universitetimizdə   effektiv, kreativ tədris mühiti, yeniləşmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq  sizi gözləyir. Həmçinin həm yerli, həm də əcnəbi  professor və müəllim  heyəti  təlim fəaliyyətini həyata keçirirlər. ADU-nun magistr səviyyəsi üzrə təhsil alan tələbələrin sənaye, biznes və  hökümət karyeralarının inkişafını nəzərə alaraq dərsləri həftədə 4 dəfə (1, 2, 3, 4 cü günlər) 2 və ya 1 (alt və üst həftə) dərs olmaqla I saat17:45-19:05, II saat 19:10-20:30-a qədər təşkil olunur.

 

Uğurlu gələcəyə inamla addımlamaq  istəyirsinizsə heç bir tərəddüd etmədən BİZİ seçin!

Sizi gözləyirik, əziz tələbələr!

 

ADU-nun Magistratura şöbəsində  mövcud olan ixtisaslar:  

Pedaqogika

1. Azərbaycan dili və ədəbiyyatının tədrisi.

2.  Dil və ədəbiyyatın tədrisi (ingilis dili üzrə)

3. Dil və ədəbiyyatın tədrisi (alman dili üzrə)

4. Dil və ədəbiyyatın tədrisi (fransız dili üzrə)

5. Dil və ədəbiyyatın tədrisi (rus dili üzrə)

6. Xarici dilin tədrisi (ingilis dili üzrə)

7. Xarici dilin tədrisi  (alman dili üzrə)

8. Xarici dilin tədrisi (fransız dili üzrə)

9. İbtidai təsil

10.Xüsusi təhsil

11.Məktəbəqədər yaş dövrünün inkişafı və təhsili

12.Təsil nəzəriyyəsi və tarixi

13.Təsildə qiymətləndirmə və monitorinq

14.Təlim və tədrisin təşkili

 

2.Humanitar və sosial ixtisaslar qrupu

Beynəlxalq Münasibətlər

15. Beynəlxalq münasibətlər və diplomatiya

16. Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

17.Qlobal siyasət

Filologiya

18. Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı üzrə)

19.Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı üzrə)

20. Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı üzrə)

21.Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı üzrə)

22.Azərbaycan ədəbiyyatı

23.Azərbaycan dili

24.Dilşünaslıq (ümumi dilçilik)

25 Dilşünaslıq (fransız dili üzrə)

26.Dilşünaslıq (ingilis dili üzrə)

27 Dilşünaslıq (Alman dili üzrə)

28.Müqayisəli dilçilik 

Psixologiya

29.Təsil psixologiyası

 

Regionşünaslıq (regionlar üzrə)                                                           

30.Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə)

31. Regionşünaslıq (Skandinaviya üzrə)

32. Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə)

33. Regionşünaslıq (Qafqaz üzrə)

34. Ölkəşünaslıq (Böyük Britaniya üzrə)

35. Ölkəşünaslıq (ABŞ üzrə)

36. Ölkəşünaslıq ( Türkiyə üzrə)

Tərcümə dillər üzrə

37.Tərcümə (ingilis dili üzrə)

38.Tərcümə (alman dili üzrə)

39.Tərcümə (fransız dili üzrə)

40.Tərcümə (italyan dili üzrə)

41.Tərcümə (ispan dili üzrə)

42.Tərcümə (koreya dili üzrə)

43.Tərcümə (ərəb dili üzrə)

44.Konfrans dilmanclığı (ingilis dili üzrə)

 Menecment

45.Təsil menecmenti

 

Magistratura şöbəsinin müdiri, Əsədov Namiq Cəmaləddin oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent

Ünvan: Bakı ş., Rəşid Behbudov küçəsi 134,

ADU-nun əsas tədris binası

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 115)

E–mail: [email protected]

Facebook: https://www.facebook.com/profile.php?id=100063498490736

Instgram: https://www.instagram.com/magistratura.adu?igsh=MWF4cGFhcmVscmtiMQ