ADU haqqında

Təsərrüfat şöbəsi

Təsərrüfat şöbəsinin qarşısında  genişmiqyaslı vəzifələr durur. Universitetin tədris və köməkçi binalarının mühafizəsi, tədris ləvazimatları və inventarlarla, elektrik avadanlıqları, kompyuterlərlə, rabitə sistemi ilə təmin etmək, nəqliyyat təsərrüfatını idarə etmək, digər işlər və xidmətlər Təsərrüfat şöbəsinin üzərinə düşən vəzifələrdəndir.

Universitetin tədris binalarının mühəndis-kommunikasiya xətlərinə – istilik və elektrik sisteminə, su,  rabitə xidmətlərinə nəzarət etmək, binaların əsaslı və cari təmirinin həyata keçirilməsi işləri də Təsərrüfat şöbəsinin  üzərinə qoyulmuş vəzifələrdəndir.

Korpuslar üzrə tədris binalarında aparılan təmir işlərinin keyfiyyətlə icra olunmasına, bütün otaqların normal işıqlandırma, istilik sistemləri, sanitar qovşaqlarının santexnika infrastrukturu ilə təmin edilməsinə, struktur bölmələrinin iş otaqlarının, auditoriyaların zəruri inventar və mebellə təchiz edilməsinə, onların mühafizəsinə və vaxtında təmir olunmasına nəzarət edir.

Xidməti işlər üzrə müqavilələrin bağlanılmasına, dəftərxana ləvazimatlarının, təsərrüfat materiallarının, avadanlığın, inventarların alınması və saxlanılmasına, sahələrin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, inventarizasiyanın aparılmasına rəhbərlik edir, yanğından mühafizə tədbirlərini yerinə yetirir, yanğından müdafiə avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin edir.

Universitetin təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərlik edir, auditoriyalarında, yataqxana və yeməkxanalarında sanitar-gigiyenik vəziyyətə nəzarət edir.

 

Təsərrüfat şöbəsinin müdiri

Nail Quliyev

E-mail: [email protected]