XƏBƏRLƏR

ADU-da Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

08 may, 2025

6 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mədinə Pirizadə və tələbə Fatimə Xəlilova çıxış edərək Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən, yaratdığı dəyərlərdən və misilsiz fəaliyyətindən danışıblar.

Tədbirdə tələbə Firuzə Vəliyevanın hazırladığı videoçarx nümayiş olunub. Daha sonra tələbə Fəridə Məmmədovanın "Heydər Əliyev – Qəlbimizdə yaşayan lider" adlı səhnəciyi təqdim edilib. Səhnəcikdə Fəridə Məmmədova ilə yanaşı Aytən Ərəbova, Salamova Fəridə, Tünzalə Rəhimova, Gülyaz Məmmədova və Hacı Arzu iştirak ediblər.

Tədbir çərçivəsində Səbinə Abaszadə və Mədinə Hacıyeva “Arşın mal alan” və “Uzundərə” rəqslərini təqdim ediblər. Ardınca Mədinə Hacıyeva "Küçələrə su sərpmişəm" mahnısını ifa edib. Tədbirin sonunda Ayşən Məmmədovanın təqdimatında Heydər Əliyevə həsr olunmuş kompozisiya nümayiş etdirilib.