Millət vəkili Arzu Nağıyev: "ADU-nun keçirdiyi konfransa diqqət həddindən artıq böyükdür"
Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev Beynəlxalq elmi konfransla bağlı təəssüratlarını bölüşüb:
“Hər il olduğu kimi bu il də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq elmi konfransı keçirilir və bu çox mühüm əhəmiyyətə malikdir.
Bu konfransa dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən olan nümayəndə heyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri qatılıb. Həmçinin qardaş Türkiyədən, Pakistandan, eyni zamanda Almaniya, ABŞ, Özbəkistan və s.ölkələrdən. Azərbaycanda təmsil olunan dini konfessiyaların nümayəndələri, istər katolik, istərsə də müsəlman və digər multikultural dəyərlərlə gündəmdə olan ictimaiyyət nümayəndələrinin iştirakı çox mühüm məsələdir.
Qeyd etmək istəyirəm ki, konfransa diqqət həddindən artıq böyükdür. ADU ilə bir sıra universitetlər arasında müqavilələrin imzalanması beynəlxalq əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət kəsb edir.
Ulu Öndər Heydər Əliyevin vaxtı ilə təməlini qoyduğu arzular, ideyalar bu gün həyata keçməkdədir və bu işdə Azərbaycan Dillər Universitetinin öz çəkisi, öz rolu var.
Digər mühüm məsələlərdən biri də konfrans çərçivəsində Milli Məclisin üzvlərinin çıxışlarıdır ki, bu da qanunvericilik baxımından öz həllini tapmalı olduğu məsələlərin gerçəkləşməsinə şərait yaratmış olur.
Konfransda çıxış edən dəyərli ziyalılar Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini bir daha qeyd etdilər.
Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin məhz bugünkü siyasətinin aparılmasında suverenlik, ərazi bütövlüyü, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün atdığı daxili və xarici siyasət Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlıdır. 44 gün ərzində əldə olunmuş Zəfərlə bağlı konfrans iştirakçıları, xüsusilə də xarici qonaqlar öz fikirlərini bildirdilər. Ümumiyyətlə, konfrans yüksək səviyyədə təşkil olunub, bununla əlaqədar konfransın təşkilatçılarına təşəkkür edirik.
Hazırladı: Tural Cəfərli