XƏBƏRLƏR

Microsoft Teams proqramı ilə tanışlıq

03 aprel, 2020

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə "Microsoft Teams" platformasından istifadəni təklif edib. "Microsoft Teams" platforması ali təhsil müəssisələri üçün video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi kimi imkanlar yaradır. Həmçinin böyük həcmli materialların yerləşdirilməsi, təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması alətlərində istifadə, qrup işinin təşkili də bura daxildir.

PDF faylı yüklə