ADU-nun magistr tələbələri açıq dərs keçib

Dillər Universitetində (ADU) istehsalat təcrübəsi çərçivəsində Azərbaycan II kurs magistr tələbələri tərəfindən açıq dərs keçirilib. “Beynəlxalq jurnalistika” ixtisası üzrə Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynovanın rəhbərliyi ilə təşkil olunan dərs 2025-ci ilin aprel ayında “Xarici ölkələr jurnalistika tarixi” fənnindən baş tutub.
Açıq dərs zamanı magistr tələbələrindən Fidan Vəliyeva “Argentina media tarixi”, Anar Əhmədli “Kuba mətbuat tarixi”, Nərmin Paşazadə isə “Meksika mətbuat tarixi” mövzularında çıxış ediblər.
Təcrübə müddətində tələbələr dosent A.Hüseynovanın dərslərində fəal iştirak edib, auditoriya ilə interaktiv əlaqə yaradaraq müxtəlif sualları cavablandırıb və müzakirələr aparıblar.







