XƏBƏRLƏR

"Suverenliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib

18 aprel, 2025

18.04.2025-ci il tarixdə İngilis alman dilləri fakültəsinin nəzdində Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimləri Aygün Kərimova və Aytən Zeynalovanın birgə təşkil etdikləri “Müstəqillik və suverenlik ili”nə həsr olunmuş “Suverenliyimiz əbədidir adlı dəyirmi masa keçirilib. 

Tədbirdə rektor köməkçisi Anar Osmanlı, İngilis alman dilləri fakültəsinin dekanı Naibə Camalzadə, İngilis fransız dilləri fakültəsinin dekanı Vəfa Bənnayeva, kafedra müdiri Sevda Zamanova, kafedranın müəllimləri və hər iki fakültənin III kurs tələbələri iştirak ediblər.

Tədbir Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.

Sonra hər iki fakültənin tələbələrinin suverenlik və müstəqillik anlamlarını müxtəlif aspektlərdə geniş və hər tərəfli şəkildə hazırlanmış çıxışları ilə davam edib.  

Azərbaycan şeiri və Zülfiyyə Xanbabayevanın ifasında Qurban olum Azərbaycan mahnısı səsləndirilib.

Sonda rektor məsləhətçisi Anar Osmanlı, dekan Vəfa Bənnayeva, kafedra müdiri Sevda Zamanova tələbələrin mövzu ətrafında hər tərəfli çıxışlarını təqdirə layiq hesab edərək, tədbirin təşkilatçılarına və tələbələrə öz minnətdarlıqlarını bildiriblər.