XƏBƏRLƏR

ADU-nun dosentinin məqaləsi beynəlxalq jurnalda

15 aprel, 2025

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın  “XX əsrin əvvəllərində Bakı şəhərində uşaqlara xeyriyyə yardımları (qeyri-müsəlman təşkilatlarının fəaliyyəti əsasında) («Благотворительная помощь детям в г. Баку в начале ХХ века (на основе деятельности немусульманских организаций) adlı məqaləsi Rusiya Elmlər Akademiyası Dağıstan Federal Tədqiqat Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşri olan “Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası” (История, археология и этнография Кавказа) jurnalında (Cild 21, №25, 2025) dərc olunub. (https://caucasushistory.ru/2618-6772/article/view/11677

Jurnal Scopus elmi məqalə bazasının Q1 kateqoriyasına daxildir. 

 Qeyd edək ki, Ş.Bağırova 1 monoqrafiya, 2 dərs vəsaiti, 80-dən çox elmi məqalənin müəllifidir.