ADU-nun dünya universitetləri arasında yüksək nəticəsi

Azərbaycan Dillər Universiteti “HE Higher Education Ranking” sisteminə daxil olub və 422 iştirakçı universitet arasından 6622 balla 125-ci yerdə qərarlaşıb.
“HE Higher Education Ranking” nəşri 2025-ci il üçün reytinq cədvəlini tərtib edib. HE Higher Education Ranking ali təhsil müəssisələrini xüsusi meyarlara və ali təhsil müəssisələrinin fəaliyyətinin və nəticələrinin yaxşılaşdırılmasına töhfə verən fəaliyyət göstəricilərinə görə sıralayan elmi, akademik və tədqiqat reytinqi qurumudur. Reytinq akademik şəffaflığın və azadlığın dəstəklənməsinə, məlumat və faktlara çıxışın təmin edilməsinə, ali təhsil müəssisələrinin mədəni, sosial və elmi təsirinə nail olunmasına, sosial bərabərliyin təşviqinə, ali təhsil müəssisələrində ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına əsaslanır.
Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisəsinin daxil olduğu reytinq cədvəlində ölkə üzrə ADU 5-ci yerdədir.