İradə Sultanova: "Regional konfrans biz məzunlar üçün tarixi hadisə kimi yadda qaldı"

Aprelin 3-də Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” 2-ci regional (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala) konfransı keçirilib.
Qax şəhər 2 nömrəli məktəb-liseyin İngilis dili müəllimi, ADU-nun 1997-ci il məzunu İradə Sultanova ilə təəssürat-müsahibəni təqdim edirik.
- İradə xanım, konfransla bağlı təəssüratlarınız necə oldu?
- Bu gün keçirilən regional konfrans biz məzunlar üçün tarixi bir hadisə kimi yadda qaldı. ADU nüfuzlu ali təhsil müəssisəsi kimi məzunlarının əmək fəaliyyətinə, karyera yoluna böyük önəm verir. Bu da biz məzunlara həm stimul verir, həm də yeni elmi əməkdaşlıq üçün əlverişli imkanlar yaradır.
-Konfransla bağlı hansı təklifləriniz var?
- ADU-nun rektoru, akademik Kamal Abdullaya bu möhtəşəm təşəbbüsünə görə minnətdarlığımızı bildiririk. İxtisasımızla bağlı təşkil olunan seminarlara, panel iclaslarına böyük maraq var idi. Bu görüşlərin davamlı olmasını arzu edərdik.
- Bölgələrdə müəllimlər üçün stimullaşdırıcı tədbirlər barədə nə deyə bilərsiniz?
- Müəllimlər fədakar əməyi ilə seçilir. Şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur, onların bilik və bacarıqlarının artırılması istiqamətində bütün varlığı ilə çalışır. ADU-nun regional konfransı bu mənada biz məzun müəllimlər üçün stimullaşdırıcı xarakter daşıyır. Bu kimi konfransların bölgələrdə keçirilməsi çox önəmlidir.
- Təşəkkür edirəm, İradə müəllimə. Sizə işlərinizdə uğurlar arzu edirik.
- Çox sağ olun. Mən də sizə uğurlar arzu edirəm.
Söhbətləşdi: Tural Cəfərli