XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri Pakistan səfirliyində tədbirdə iştirak edib

03 aprel, 2025

Bakıdakı Pakistan İslam Respublikasının səfirliyində "Pakistan Günü" münasibətilə bayraq qaldırma mərasimi keçirilib. Tədbirdə Pakistanın fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Pakistan bayrağını qaldırıb və dövlət himni səsləndirilib.
Mərasimdə səfirliyin komandası, Bakıda yaşayan Pakistan icmasının üzvləri və azərbaycanlı vətəndaşlar iştirak edib. ADU-nun Pakistan Mədəniyyət Mərkəzinin rəhbəri,  univerisitetin müəllimi Mahmud Athar, Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli, Beynəlxalq Münasibətlər və Regionşunaslıq fakültəsinin Pakistanşunaslıq ixtisası üzrə təhsil alan tələbələr - Nərmin Məmmədova, Rəvan Alışov, Emil İsmayılzadə və Amerikaşunaslıq ixtisası üzrə təhsil alan Dunay Mahmudova da tədbirdə iştirak edib.
Tədbirdə Pakistan İslam Respublikasının Prezidenti və Baş nazirinin Pakistan Günü haqqında nitqləri oxunub. Pakistanın sülh, firavanlıq və inkişafı üçün dualar edilib.
Səfir Qasım Mohiuddin Pakistan Günündə iştirak etdiyinə görə Pakistan ictimaiyyətinə və azərbaycanlı dostlara təşəkkür edib.
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.