XƏBƏRLƏR

Tələbələr “Novruz düşərgəsi 2025”də iştirak ediblər

01 aprel, 2025

ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə 400-ə yaxın tələbənin iştirakı ilə “Novruz düşərgəsi 2025” adlı düşərgə təşkil edilib. Düşərgədə universitet, kollec və peşə məktəblərinin tələbələri iştirak ediblər.

Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirilib.

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADU THİK) bir qrup aktiv tələbəsi də bu düşərgədə iştirak edib, müxtəlif tədbirlərdə yer alaraq həm öyrənib, həm də əyləniblər.