XƏBƏRLƏR

"Yurduma bahar gəlir" adlı tədbir keçirilib

19 mart, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nuranə Bədiyeva və Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalovanın rəhbərliyi ilə  Bakı şəhəri Binəqədi rayonunda yerləşən Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin təşkilatçılığı ilə  Novruz bayramına həsr olunmuş "Yurduma bahar gəlir" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Novruzun tarixi və ənənələri haqqında məlumat verilib. Şagirdlər bayrama həsr olunmuş şeirlər səsləndirib, "Səməni və xonça bəzəmə" təqdimatı nümayiş etdirilib. Novruzun əsas personajları Kosa, Keçəl və Bahar qızının iştirakı ilə səhnəcik təqdim olunub. Həmçinin, musiqi nömrələri, maraqlı Novruz oyunları təşkil edilib və tədbir Yallı rəqsi ilə yekunlaşıb.

Tədbirdə məktəb kollektivi və pedaqoji heyətlə yanaşı, 54 saylı məktəbin direktoru Sahibə Abbasova, təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Seyidova  və tərbiyə işləri üzrə təşkilatçı Gülər Cəfərova  iştirak ediblər.