"Novruz as the Symbol of Spring" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsi nəzdində Pedaqogika kafedrasının müəllimi Ayşən Şirinovanın rəhbərliyi ilə İbtidai sinif müəllimliyi (tədris ingilis dilində) ixtisasının 230a və 230b qruplarının tələbələrinin təqdimatında "Novruz as the Symbol of Spring" adlı tədbir keçirilib.
Tədbirdə fakültənin dekan müavini Aytac Əsgərova, fakültə əməkdaşları Aytac Abbasova və Samirə Əliyeva iştirak ediblər.
Dekan müavini Aytac Əsgərova və müəllim Ayşən Şirinova tələbələri bayram münasibəti ilə təbrik edib və Novruz Bayramı haqqında məlumat veriblər.
Tədbir ingilis dilində aparılmış və tələbələr milli adət-ənənələrimizin, o cümlədən milli şirniyyatlarımızın təqdimatına həsr olunmuş səhnəciklər göstəriblər. Tədbirdə "haxışta"lar da ingilis dilində səsləndirilib.
THT-in sədri Mədinə Pirizadə çıxış edərək fakültə fəalları adından tələbələri təbrik edib. Tədbirdə Aysel Hacıyeva, Aybəniz İsmayılova,
Sonda tələbələrə fəal iştirak etdiklərinə görə təşəkkürnamə təqdim olunub.













































