XƏBƏRLƏR

Ankara Universiteti TÖMER Azərbaycan Dillər Universitetində! 

18 mart, 2025

Ankara Universiteti TÖMER Azərbaycan Dillər Universitetində! 

Mart ayından etibarən Ankara Universiteti TÖMER Azərbaycan Dillər Universitetində fəaliyyət göstərəcək! Bu, türk dili öyrənmək və rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün möhtəşəm fürsətdir!

TÖMER haqqında:
1984-cü ildən bəri dil tədrisi sahəsində aparıcı qurum kimi tanınan və beynəlxalq akkreditasiyaya malik olan Ankara Universiteti TÖMER, türk dilinin xarici dil kimi tədrisində elmi və akademik yanaşmalar tətbiq edən nüfuzlu bir təhsil mərkəzidir.

TÖMER-in təqdim etdiyi imkanlar:
✅ Ümumi və akademik türk dili kursları
✅ Peşəkar və təcrübəli müəllim heyəti
✅ Səlis danışıq və inkişaf proqramları
✅ C1 diplom imtahanları və beynəlxalq sertifikat imkanı
✅ Türk dili sahəsində beynəlxalq standartlara uyğun təhsil

 Bu əməkdaşlıq tələbələrə nə qazandırır?
Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında qurulan bu akademik əməkdaşlıq sayəsində tələbələr beynəlxalq səviyyədə tanınan türk dili təhsili almaq, Ankara Universitetinin TÖMER proqramlarından yararlanmaq və rəsmi sertifikat əldə etmək imkanına sahib olacaqlar.

Əlaqə və Qeydiyyat:

Ünvan: Azərbaycan Dillər Universiteti Bakı şəhəri, R.Behbudov küçəsi, 134.​

Telefon: 0531 666 77 89 (whatsapp)

Email: [email protected]

Bu fürsətdən yararlanaraq türk dilini öyrənmək və beynəlxalq sertifikat əldə etmək  istəyən hər kəsi TÖMER-in kurslarına dəvət edirik!