TƏBRİKLƏR, ADU

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 201-250 universitetinin siyahısına daxil olub. Müraciət edən 5200 universitetdən 1747 universitet tədqiqata cəlb olunub.
Qeyd edək ki, 2023 və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti Müasir Dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.
Sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.
Bu münasibətlə dünyanın müxtəlif universitetlərindən təbrik məktubları gəlir.
Amerika Təhsil Şurasının ali təhsil proqramları üzrə direktoru Qrehem Hettlinger |
![]() |
"QS reytinqlər cədvəlində əldə etdiyi mükəmməl nəticəyə görə Azərbaycan Dillər Universitetindəki bütün həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Dillər Universiteti uzun illərdir ki, birgə proqramımız çərçivəsində iştirak edən amerikalı tələbələrə yüksək səviyyədə dil tədrisi təqdim edir. Biz sizin peşəkar, qayğıkeş və möhtəşəm müəllim heyətinizi daim heyranlıqla izləyir və yüksək qiymətləndiririk.
Tələbələrimiz özlərini sizin universitetdə həmişə rahat və arxayın hiss edirlər. Azərbaycan Dillər Universitetindəki enerjili və pozitiv atmosferə görə siz çox minnətdarıq. Universitet bir çox amerikalı tələbənin həm dil bacarıqlarının, həm də dünyagörüşlərinin inkişafına müsbət töhfə verib və bunun üçün sizə təşəkkür edirik.
QS reytinqində bu gözəl nəticəni görmək məni çox sevindirir və sizə böyük uğurlar arzulayıram".
Ayfər Altay: “ADU-nun QS reytinq cədvəlində 100 pillə irəliləməsi tarixi uğurdur” |
![]() |
Türkiyənin Atılım Universitetinin tərcümə fakültəsinin dekanı, professor Ayfər Altay ADU-nun qazandığı böyük uğuru yüksək qiymətləndirib. Ayfər Altay bildirib ki, “Quacquarelli Symonds” reytinq agentliyinin fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlində Azərbaycan Dillər Universitetinin 100 pillə irəliləməsi tarixi uğurdur:
“Bu gözəl xəbəri çox böyük sevinclə oxudum. ADU-nun “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 201-250 universitetinin siyahısına daxil olması göstərilən 5 istiqamətdə işlərin necə səmərəli, dəqiq və peşəkar qurulmasını göstərir. 5200 universitetin müraciət etməsi, onlardan 1747 universitetin tədqiqata cəlb olunması ciddi rəqabətdir. Azərbaycan Dillər Universiteti dünyanın ən böyük universitetləri ilə rəqabət aparmaq gücündədir. İnanıram ki, Atılım Universiteti və Azərbaycan Dillər Universiteti arasında arasında əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Azərbaycan Dillər Universitetinin irəliyə doğru atdığı bütün addımları dəstəkləyir və bütün həmkarlarımızı təbrik edir, uğurlar arzu edirəm”.
Naoki Sakuraba - “Exit Entertainment” Beynəlxalq layihəsinin nümayəndəsi: |
![]() |
“Azərbaycan Dillər Universitetinin rəhbərliyini və kollektivini ürəkdən təbrik edirəm. Tələbələr şanslıdırlar ki, belə bir nüfuzlu universitetdə təhsil alırlar. İnanıram ki, gələcəkdə daha böyük uğurlara imza atacaqsınız. Bir daha təbrik edirəm. Yeni uğurlara doğru inamla addımlayın. Sizin nailiyyətləriniz dünyaya ümid gətirir”.
Rie Fujivara - Yaponiya Hipnoz Təlim Cəmiyyətinin sədri: |
![]() |
“Təhsil sahəsində beynəlxalq rəqabət çox güclüdür. Azərbaycan Dillər Universitetinin belə bir rəqabət mühitində uğur qazanmağı, ildən ilə inkişafı sevindirici haldır. Buna əlbəttə, gərgin əmək və doğru idarəçiliklə nail olmaq olar. Universitetlər arasında əməkdaşlıq təhsilin və elmin inkişafı üçün, mübadilənin faydalı olması üçün çox vacibdir. Yeni uğurlar arzu edirəm!”
Yuki Mori - Malay Universitetinin müəllimi: |
![]() |
“Azərbaycan Dillər Universitetinin müxtəlif dillərin tədrisi ilə məşğul olan peşəkar müəllimləri var. Universitetdə 20-dən artıq dil ən yüksək səviyyədə tədris olunur. ADU-nun QS reytinqlər cədvəlindəki uğuru onun 5 istiqamət üzrə keyfiyyət göstəricisidir. Universitetin rəhbərliyi, inzibati heyət, müəllimlər və tələbələr bir tarix yazdılar. Hər birinizə uğurlar arzu edir, təbik edirəm”.